Çində təhsil alan azərbaycanlı tələbə: Doğmalarımı yoluxdurmamaq üçün...

Çində təhsil alan azərbaycanlı tələbə: Doğmalarımı yoluxdurmamaq üçün...Xəbər verdiyimiz kimi, Çin Xalq Respublikasında koronavirusun yayıldığı Uhan şəhərində 7 azərbaycanlı yaşayır, onlardan 4-ü tələbədir. Hazırda Çin hökuməti tərəfindən sözügedən bölgədə karantin rejimi tətbiq olunduğundan onların ölkədən çıxışına məhdudiyyət qoyulub və yaxın zamanda təxliyyə olunması gözlənilir.

Sözügedən 4 tələbədən biri Çinin Hubey əyalətinin Uhan şəhərindəki universitetlərin birində magistr pilləsində Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində təhsil alan Tural (təhlükəsizlik baxımından soyadını qeyd etmək istəməyib) "Qafqazinfo"ya müraciə edib.

Onun sözlərinə görə, koronovirus barədə ilk məlumat dekabrın 30-da yayılıb. Həmin tarixdən bu barədə xəbərlər mütəmadi olaraq sosial şəbəkələrdə yayılsa da, bu, tədris prosesinə və adi həyat axarına mane olmayıb:

"24 yanvarda Çində Yeni il qeyd olunur və əhalinin böyük əksəriyyəti öz doğma evlərinə qayıdır və ailələri ilə birgə bayram edir. Buna görə də, adətən kampusda yeməkxanaların böyük hissəsi və digər satış obyektləri bağlanır. Birinci semestr rəsmi olaraq bizim universitetdə 7 yanvarda başa çatıb və həmin tarixdən tətil başlayır. Universitetdə növbəti semestrin fevral ayının ortalarında başlaması nəzərdə tutulurdu, lakin hazırkı vəziyyəti nəzərə alsaq bu vaxtın dəyişəcəyi istisna deyil. Hazırda universitet tərəfindən Çini tərk etmiş tələbələrə rəsmi xəbərdarlıq verilmədən geri qayıtmamaq tövsiyə olunur".

Tural bildirib ki, Uhan şəhərində yanvarın 23-ü yerli vaxtla 10:00-dan etibarən karantin elan olunub:

"Bu tarixə qədər şəhərdə yaşayan azərbaycanlıların bəziləri şəhəri tərk edə bilib. Hazırda məndə olan məlumata görə, Uhanda 6 vətəndaşımız var. Şəhərə giriş-çıxış bağlıdır, ictimai nəqliyyat çalışmır. Hətta şəhərdaxili rayonlar da təcrid olunub, bu da virus yayılmasının qarşısının alınması üçündür. Hazırda evlərdə və yataqxanalarda qalmaq tövsiyə edilir, bayıra çıxanda isə maskalardan istifadə məcburidir. Virus yayılmasının qarşısını almaq üçün müxtəlif növdə maskalar satışda mövcuddur, lakin müəyyən yerlərdə qıtlıq müşahidə olunur.

Kampusda marketlər hazırda qısa iş qrafikində çalışır, cəmi 4 saat. Qaldığım kampusda 2 yeməkxana fəaliyyətini davam etdirir və ora həm yerli əhali, həm də xarici tələbələr gəlir. Onu da qeyd edim ki, kampusa da giriş-çıxış tələbə kartı ilə mümkündür, karantindən əvvəl isə sərbəst rejim tətbiq olunurdu

Özümü normal hiss edirəm, yaxşıyam. Hər gün kampusda qidalanıram. Hər gün hərarətimi yoxlayıram, ancaq hələ ki, müayinə etməyiblər".

Tələbə bildirib ki, 24 yanvar tarixindən səfirliklə sıx və birbaşa əlaqədədirlər. Hazırda Uhanda yaşayan vətəndaşlarımızın təxliyyə məsələsi Çinin dövlət qurumları ilə müzakirə olunur və bu sahədə işlər hələ davam edir:

"Böyük ehtimal Uhanı tərk etsək, digər şəhərdə məcburi karantində qalmalı olacağıq. Əgər belə olmasa belə bu proseduru Azərbaycanda keçmək lazımdır. Sosial şəbəkələrdə Uhandan olan həmvətənlərin ölkəyə buraxılmaması barədə bəzi şərhləri anlayışla qəbul edirəm. Burada əsas məsələ səhiyyəmizə olan etibarın aşağı səviyyədə olmasıdır. Onu da qeyd edim ki, doğmalarımı, dostlarımı və təmasda ola biləcəyim digər şəxsləri yoluxdurmamaq üçün hazırda Azərbaycana qayıtmaq niyyətində deyiləm.

Xatırlatmaq istərdim ki, koronavirusun hərarətdən başqa baş ağrısı, ürəkbulanması və digər simptomların olması da mümkündür. Son günlərdə adıçəkilən simptomlar olmayan şəxslərdə belə koronavirus aşkar olunub. Bunu nəzərə alaraq, karantin proseduru və şəraiti barədə Səhiyyə Nazirliyinin rəsmi saytda aydın şəkildə məlumatın yerləşdirilməsində ehtiyac var. Bu həmçinin Çində təhsil alan və çalışan azərbaycanlılar və onların ailələri, yaxınları üçün də mühüm məlumatdır.

Fürsətdən istifadə edərək cənab Prezident İlham Əliyevdən məsələni şəxsi nəzarətə götürməsi Çində təhsil alan tələbələrin qısa müddətdə təxliyyə olunması və yüksək təhlükəsizlik şəraitində karantində saxlanılması barədə müvafiq dövlət qurumlarına göstəriş verməsini xahiş edirəm"


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 4649   Tarix: 28 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Güclü maqnit qasırğası XƏBƏRDARLIĞI: Üç gün davam edəcək

Aprelin 25-də Yer kürəsini maqnit qasırğası bürüyəcək. xarici mediaya istinadən xəbər verir ki, qasırğa üç gün davam edəcək və bu ayın sonuncusu olmalıdır. Təfərrüatlar. Aprelin 25-dən aprelin 27-dək meteohəssas insanların rifahına təsir edə biləcək güclü qasırğaya uyğun olaraq K-indeksi 4 (sarı səviyyə

25 aprel
.

Şagird ayaqqabısının bağını bağlamaq üçün əyilib öldü

Rusiyada şagird idman dərsində müəmmalı şəkildə ölüb. yerli mediaya istinadla bildirir ki, hadisə Rostov vilayətinin Donetsk şəhərində baş verib. İlkin məlumata görə, beşinci sinif şagirdlərindən biri ayaqqabısının bağını bağlamaq üçün əyilib və qəfil huşunu itirib. Bədən tərbiyəsi müəllimi təcili yardı

24 aprel
.

Avtostop çəkdikləri maşında qətliam törətdilər

Türkiyədə səhər saatlarında avtostop ilə iki nəfəri götürən 21 və 20 şəxslər silahlı hücuma məruz qalıb. xarici mediaya istinadən xəbər verir ki, mübahisə naməlum səbəbdən böyüyüb. Avtomobilə minən şübhəli şəxslər atəş açaraq maşında olan digər iki nəfəri yaralayıb. Şübhəlilər avtomobildən düşərək sürətl

25 aprel
.

Satanist məktəbli oğlan iki qızı bıçaqladı

Rusiyanın Petrozavodsk şəhərində 9-cu sinif şagirdi olan satanist oğlan iki qızı bıçaqlayıb. Hadisə yerli gimnaziyanın 9-cu sinif şagirdi, 15 yaşlı Maşanın (ad dəyişdirilib) nənə və babasının yaşadığı mənzildə baş verib. Nənə və baba isə Avstraliyada tətildə olublar. Mənzildə keçirilən əyləncə məclisind

24 aprel
.

Marketdən 2 kq pendiri şalvarında gizlədərək OĞURLADI

Türkiyədə özünü müştəri kimi təqdim edərək bazara girən şübhəli 2 kiloluq pendir oğurlayıb. xarici mediaya istinadən xəbər verir ki, həmin şəxs pendirini şalvarına gizlədərək oğurlayıb. Ətrafa göz gəzdirən şübhəli pendiri şalvarına qoyub bazarı tərk edib. Həmin anlar təhlükəsizlik kamerasına əks olunub

25 aprel
.

Tiktok bu türk ölkəsində də əngəllənə bilər

Tiktok sosial şəbəkəsi Qazaxıstanda da əngəllənə bilər. xəbər verir ki, bunu Qazaxıstanın mədəniyyət və informasiya naziri Aida Balayeva parlamentdə çıxışı zamanı deyib. O bildirib ki, sosial şəbəkələrdə dələduzluq və yalan məlumatların yayılması halları artıb:. "Bura narkotik maddələrin, pornoqrafi

24 aprel
.

Azyaşlı 6-cı mərtəbədən yıxılıb sağ qaldı

Rusiyanın Leninqrad vilayətində beş yaşlı uşaq altıncı mərtəbədən yıxılaraq sağ qalıb. -ın yerli mediaya istinadla məlumatına görə, hadisə Vsevolojsk rayonunun Staraya kəndində baş verib. Valideynlərinin nəzarətsizliyi ucbatından beş yaşlı qız altıncı mərtəbədə açıq pəncərədən yıxılıb. Uşaq təcili xəstəxanay

25 aprel
.

76 pişiyi öldürdüyünə görə 14 ay həbs edildi

Cənubi Koreyada 20 yaşlı gənc 76 pişiyin həyatına son qoyub. xarici KİV-ə istinadən xəbər verir ki, o Changwon bölgə məhkəməsində keçirilən proses zamanı 14 ay həbs edilib. Oğlan avtomoilini cızdığına görə pişiklərə nifrət etdiyini və onları bu səbəbdən öldürdüyünü deyib. O son bir il ərzində evinə küçədə

24 aprel
.

Mağazada ürəyindən bıçaqlandı:ANBAAN GÖRÜNTÜ -VİDEO

Türkiyənin Bursa şəhərində supermarketdə mübahisə qanla bitib. xarici mediaya istinadən xəbər verir ki,oğurluqda günahlandıran şəxs kassirlə mübahisə edib. Bu zaman davanı ayırmaq istəyən müştəri müdaxilə edərkən bıçaqlayaraq ağır yaralayıb. Yaralı təcili xəstəxanya aparılıb. Xəstəxanada bütün müdaxilələr

24 aprel