Kartinq çempionatlarında uğurla çıxış edən azərbaycanlı ilə görüş

Kartinq çempionatlarında uğurla çıxış edən azərbaycanlı ilə görüşBakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) Bakı Şəhər Kartinq Mərkəzinin (BŞKM) dəstəyi ilə bu mərkəzdə Avropanın bir sıra kartinq çempionatlarında böyük uğur qazanmış 14 yaşlı azərbaycanlı pilot Cəmil Həsənli Rocerslə görüş təşkil edib.
Bu il onun karyerasında ən uğurlu il olduğu bildirilib. Belə ki, o, güclü rəqabət şəraitində "Super One, British Karting & BNL (Belçika) Çempionatları"nda ən sürətli pilotlar arasında olmuşdur. O, "Super One" çempionatının 8 yarışından 5-də qaliblər podiumuna yüksələrək bu çempionatı ümumi hesabla 3-cü yerdə başa vurub:
"Bu il Böyük Britaniyanın "Super One" kartinq çempionatını 3-cü pillədə başa vurmuşam. Bu, mənim indiyədək qazandığım ən böyük uğurdur. Bir il də kartinqlə məşğul olduqdan sonra gücümü Formula 4-də sınamaq istəyirəm. Bunun üçün böyük vəsait tələb olunur və buna görə də intensiv şəkildə sponsor axtarışındayam. Ən böyük hədəfim Formula 1-də mübarizə aparmaqdır.
Valideynlərim başda olmaqla ətrafımda olan hər kəs məni kartinqdə yarışmağa ruhlandırır. Xüsusən də məni daha çox çalışmağa bu yarışdakı böyük rəqiblərim həvəsləndirirlər. Hər dəfə yarışanda yeganə istəyim odur ki, daha yaxşı nəticələr ortaya qoyaraq onları üstələyim".
Qeyd edək ki, yeniyetmə pilot avtomobil idmanı ilə yanaşı, DJ sənətinə maraq göstərdiyini bildirib:
"Yarış xaricində ən çox musiqi fəaliyyəti ilə məşğul oluram. Yarışdan sonra evə gələrək otağıma çəkilib DJ-lik edirəm və sevdiyim mahnıları dinləyirəm. Bu şəkildə dincəlməyə, mənən rahatlamağa çalışıram".

Görüş zamanı təşkilatçı qismində iştirak edən BŞH-nin Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai, BŞKM-nin rəhbəri Cəmil Tağıyev və bu mərkəzin ictimaiyyətlə əlaqələr üzrə meneceri Elnarə Əliyeva təmsil etdiyi qurumların ölkədə avtoidmanın inkişafına və yerli pilotların hazırlığına dair gələcək planları barədə çıxış ediblər.

Xatırladaq ki, Su İdmanı Sarayının ərazisində yerləşən Bakı Şəhər Kartinq Mərkəzi (BŞKM) Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) təşkilatçılığı və Azərbaycan Avtomobil Federasiyasının (AAF) dəstəyi ilə 22 aprel, 2018-ci il tarixində istifadəyə verilib. Ölkədə avtoidman mədəniyyətini inkişaf etdirmək və beynəlxalq yarışlara yerli kadrlar hazırlamaq məqsədilə yaradılmış bu mərkəzin xidmətindən 7 yaşından yuxarı hər kəs faydalana bilər. Mərkəz kartinq həvəskarları arasında mütəmadi olaraq yarışlar keçirir və bununla yanaşı, gələcəkdə yerli kadrların hazırlanması məqsədi ilə azyaşlılar üçün peşəkar pilot məktəbi fəaliyyat göstərir.
Media nümayəndələri ilə görüşdən sonra C.Rocers mərkəzin pilot məktəbinin iştirakçıları ilə kartın sükanı arxasında yarışa çıxıb. Yarışda Bakı Şəhər Kartinq Mərkəzinin tələbəsi Rüstəm Vəliyev 57,774 saniyə göstərici ilə birinci olub. C.Həsənli (58,015) ikinci, İsa Hüseynov (58,146) isə üçüncü yeri tutub. C.Rocers rəqiblərinin peşəkarlığını və yarış qabiliyyətini yüksək qiymətləndirərək birinci yerə çixan Rüstəm Vəliyevə öz adından hədiyyə təqdim edib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 5223   Tarix: 07 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Şəhriyar Məmmədyarov Kasparova qalib gəldi - FOTO

Şahmat üzrə "Champions Showdown: Chess 9LX" turnirinə start verilib. -ın xəbərinə görə, 10 şahmatçının yarışdığı turnirdə Azərbaycanı Şəhriyar Məmmədyarov təmsil edir. Artıq ilk üç turun görüşü keçirilib. Şəhriyar Məmmədyarov I turda Hikaru Nakamuraya (ABŞ) qalib gəlib. O, II turda Maksim Vaşye-Laqrav

9 sentyabr 2021
.

Yerkökü yeyərkən çənəsini sındırdı - FOTO

Niderlandın "Herenven" klubunun futbolçusu Rami Kaib kuryoz hadisə yaşayıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, isveçli müdafiəçi yerkökü yeyərkən çənəsini sındırıb. Bu barədə "Herenven" klubunun rəsmisi yerli mətbuata açıqlamasında deyib. Kaib bir müddət əvvəl çənəsində

13 sentyabr 2021
.

Ronaldu debüt oyununda iki qol vurdu – VİDEO

"Mançester Yunayted"ə qayıdan portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldu debüt oyununda iki qol vurub. İngiltərə Premyer Liqasının dördüncü turunda evdə "Nyukasl"ı qəbul edən "qırmızı şeytanlar" 4:1 hesablı qələbə qazanıblar. Ronaldu birinci qolunu ilk hissəyə əlav

11 sentyabr 2021
.

Arvadını dişləyən Boatenqə ağır cəza verildi

Futbol üzrə Almaniya millisinin və "Lion" klubunun üzvü Jerom Boatenq məişət zorakılığıyla bağlı rekord məbləğlə cəzalandırılıb. Dünya çempionu üç il öncə qızlarının anasını döydüyü və dişlədiyinə görə 1.8 milyon avro cərimə ödəməlidir. Qeyd edək ki, Boatenqin 33 yaşı var. O, karyerası ərzind

10 sentyabr 2021
.

"Yuventus"un gənc futbolçusu öldü

İtaliyanın "Yuventus" futbol klubunun gənclərdən ibarət komandasının oyunçusu Brayan Dodyen 17 yaşında ölüb. verir ki, bu barədə Turin klubu məlumat yayıb. Qeyd edilir ki, futbolçu bir neçə il xərçəng xəstəliyi ilə mübarizə aparıb. "Yuventus" Brayan Dodyenin ailəsi ilə birlikdə kədə

5 sentyabr 2021
.

Ronaldonun zərbəsi qadın işçiyə xəsarət yetirdi - FOTOLAR

Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilən "Yanq Boyz" - "Mançester Yunayted" qarşılaşmasından əvvəl isinmə hərəkətləri zamanı Kriştiano Ronaldonun qapıya vurduğu zərbələrdən biri təhlükəsizlik işçisi olan qıza dəyib. "Qafqazinfo" xəbər verir ki, Ronald

15 sentyabr 2021
.

Rusiya mətbuatı Mahir Emreli barədə yol verdiyi səhvi düzəltdi - FOTO/VİDEO + YENİLƏNİB

Rusiyanın saytı Mahir Emreli barədə yol verdiyi səhvi aradan qaldırıb. -ın xəbərinə görə, artıq futbolçu onlayn xəbərdə azərbaycanlı kimi təqdim olunub. 12:39. Millimizin futbolçusu Mahir Emreli Rusiyada erməni oyunçu kimi təqdim edilib. xəbər verir ki, Rusiyanın məşhur idman saytlarından olan futbolçumu

16 sentyabr 2021
.

Rusiyada olimpiya çempionunun medalları OĞURLANDI

Rusiyada naməlum şəxslər tennis üzrə "Rio-2016" Olimpiya Oyunlarında qızıl və Tokio Olimpiadasında gümüş medal qazanan Elena Vesninanın evini qarət ediblər. xəbər verir ki, tennisçinin özü "TASS"a bildirib ki, digər əşyaları ilə birgə hər iki Olimpiya medalı da oğurlanıb. Onun sözlərin

12 sentyabr 2021
.

İrlandiya - Azərbaycan matçı - Millimiz qələbəni əldən verdi - YENİLƏNİR

İrlandiya - Azərbaycan matçı 1-1 hesablı bərabərliklə yekunlaşdı. Hər iki komanda bununla qrupda ilk xalını qazandı. *. İrlandiya matçın 87-ci dəqiqəsində hesabı bərabərləşdirdi: 1-1. *. Matçın ilk hissəsinin son dəqiqəsində Emin Mahmudov möhtəşəm qolla millimizi hesabda önə çıxardı: 0-1. *. 20:05

4 sentyabr 2021