Ekoloq: "SOCAR-ın neftlə çirklənmiş ərazilərdəki rekultivasiya işləri qaneedicidir"

Ekoloq: "SOCAR-ın neftlə çirklənmiş ərazilərdəki rekultivasiya işləri qaneedicidir"Son illərdə Azərbaycanda ekoloji məsələlər, ətraf mühitin sağlamlaşdırılması prioritet istiqamətlərdən biridir. Xüsusilə də yüz ildən çoxdur ki, hasil olunmuş neftlə çirklənən ərazilərin təmizlənməsi aktual məsələlərdəndir.

Ekologiyanın yaxşılaşdırılması istiqamətində həyata keçirilən belə tədbirlərdən biri rekultivasiya, yəni torpaqların məhsuldarlığını bərpa etmək, ətraf mühitin şəraitini yaxşılaşdırmaq üçün kompleks tədbirlərdir. Rekultivasiya nəticəsində pozulmuş torpaq sahələrindən kənd təsərrüfatında və meşəsalma işində, müxtəlif məqsədli su hövzələri, rekreasiya zonaları yaratdıqda və tikintidə istifadə edilir. Sənaye tərəfindən pozulmuş ərazilərin rekultivasiya işlərinə ilk dəfə XIX əsrin оrtalarında Almaniyada başlanıb.

Azərbaycan müstəqillik qazandıqdan sonra neftlə çirklənmiş ərazilərin rekultivasiya tədbirləri geniş yayılmağa başlayıb.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) müəssisə və təşkilatlarının balansında olan 2 000 hektardan çox ərazi rekultivasiya edilib, həmin torpaqlarda yaşıllıqlar salınıb.

Neftlə çirklənmiş torpaqlar təmizləndikdən sonra həmin ərazilərdə Bakı Olimpiya Stadionu, Bakı Ali Neft Məktəbinin kampusu, "Bibiheybətneft" NQÇİ ərazisindəki bina inşa edilib. Qala qəsəbəsində 10 hektara yaxın ərazini əhatə edən "Eko-Park" da neftdən təmizlənmiş torpaqlarda salınıb.

"Ekoloji İnformasiya" İctimai Birliyinin sədr müavini, ekoloq Xosrov Musayev bildirib ki, SOCAR-ın neftlə çirklənmiş ərazilərdə həyata keçirdiyi rekultivasiya və bərpa işləri qaneedicidir.

Onun sözlərinə görə, ancaq uzun illər ərzində çirklənmiş ərazilərin hamısını birdən-birə təmizləmək çox çətindir.

Ekoloq Xosrov Musayev:

"Rekultivasiya sahəsində xeyli işlər görülüb və bu işlər davam etdirilir"

Ekspert deyir ki, maddələr arasında neft ən çirkləndirici maddədir: "Hava çirklənəndə onu təmizləmək mümkündür. Ancaq torpağa düşən çirki, xüsusilə də neft tullantılarını təmizləmək çox çətindir. Bundan başqa, hava və su özü-özünü təmizləyə bilir. Lakin torpaq özü-özünü təmizləyə bilmir. Çirklənmiş torpağı rekultivasiya etmək, torpağı bərpa etmək üçün çox böyük vəsait tələb olunur".

O xatırladıb ki, Bakının "Qara şəhər" adlanan ərazisinin də müəyyən hissələri əvvəllər neftlə çirklənmiş ərazilər idi: "Bu gün bütün ərazilər bərpa edilib".

Ekspert xatırladıb ki, əvvəllər neft quru hissələrdə hasil olunurdu: "Bu da torpağın çirklənməsinə səbəb olurdu. Bu gün isə Azərbaycanda neft əsasən dənizdən çıxarılır. Ümumilikdə götürdükdə isə bu sahədə xeyli işlər görülüb və bu gün də görülür. Təbii ki, bütün bunları qısa bir müddətdə təmizləmək, bərpa etmək çətindir".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1331   Tarix: 13 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü

Şəkidə tibb bacısı antibiotikdən şoka düşüb. APA-nın Şimal-qərb bürosunun əldə etdiyi məlumata görə, bu gün axşam saat 17 radələrində rayonun Kiş kənd sakini 1975-ci il təvəllüdlü Gülcöhrə Ziyad qızı Allahverdiyeva hüşsuz vəziyyətdə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) gətirilib. Müayinə zamanı G.Allahverdiyavanı

26 aprel
.

Xıdırlıda inşa edilən məktəb belə olacaq

Xəbər verdiyimiz kimi, aprelin 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməlqoyma mərasimində iştirak ediblər. "Qafqazinfo"nun məlumatına görə, Xıdırlı kənd tam orta məktəbinin inşas

26 aprel
.

Bakıda özəl klinikada əməliyyat olunan uşaq öldü

Bakıda özəl klinikada əməliyyat olunan uşaq ölüb. xəbər verir ki, Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Xalid Səmədov hüquq-mühafizə orqanlarına şikayət ünvanlayıb. O, şikayətində 13 yaşlı oğlu Murad Səmədovun "Kəpəz" hospitalında ürəyindən əməliyyat olunduğunu və əməliyyatdan sonra vəfa

26 aprel
.

Bakıda 21 yaşlı model bədbəxt hadisədə öldü - Foto

Bakıda gənc qız dəm qazından boğulub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Nəsimi rayonu Moskva prospektindəki evdə yaşayan 2003-cü il təvəllüdlü Kamilə Həsənova dəm qazından boğularaq vəfat edib. Bildirilib ki, K.Həsənova aktrisa-model kimi də fəaliyyət göstərirmiş. O, həm də Moskv

26 aprel
.

Polisin "saxla" əmrinə tabe olmadı, hadisə yerindən qaçdı - VİDEO

Bakıda magistral yolda motosiklet sürücüsü Yol Patrul Xidmətinin "saxla" əmrinə tabe olmayıb. Bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Görüntülərdə YPX maşını motosiklet sürücüsünü saxlamağa cəhd etsə də sonuncunun hadisə yerindən qaçması öz əksini tapıb. Hadisə "Koroğlu" körpüsünü

26 aprel
.

DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI

Havaların qızmasına baxmayaraq, son zamanlarda uşaqlar arasında yeni virus yayılıb. Bu virus özünü yüksək hərarət, səpkilərlə biruzə verir. Bəziləri isə bu virusun rozeola xəstəliyi olduğunu iddia edir. Maraqlıdır, görəsən, uşaqlar arasında yayılan bu viruslar hansılardır?. Məsələ ilə bağlı pediatr Elşə

25 aprel
.

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur (VİDEO)

Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib. Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqlarında toz və kir olduğunu qeyd edir. Onlar bu kimi halların xəstəlik mənbəyi olduğunu bildirərək məsələnin tezliklə həll edilməsini istəyiblər. Məsələ ilə bağl

26 aprel
.

Millət vəkilinə ağır itki

Milli Məclisinin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanova ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, millət vəkilininin qardaşı Vaqif Əmiraslanov vəfat edib. Qeyd edək ki, Vaqif Əmiraslanov Bakı Humanitar Kollecinin sabiq direktoru olub

25 aprel
.

Mingəçevirdə qorxulu hadisə: Bıçaqla camaatın üstünə cuman şəxs kimdir? - VİDEO

Mingəçevirin Mehdi Hüseyn və Koroğlu küçələrində qəribə hadisə baş verib. Sakinlərin sözlərinə görə, bir qadın gecə saatlarında binalara daxil olur, onlara qorxulu anlar yaşadır, bıçaqla camaatın üstünə hücum çəkir. Qorxudan sakinlər uşaqlarını küçəyə buraxa bilmirlər:. "Deyilənə görə, o qadın mollalı

26 aprel