Sumqayıtın inkişafı sakinlərin gözü ilə - VİDEOREPORTAJ

Sumqayıtın inkişafı sakinlərin gözü ilə - VİDEOREPORTAJAzərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu islahatlar ölkə həyatının bütün sferalarını əhatə etməyə başlayıb. Bu islahatların izlərini təkcə paytaxt Bakıda deyil, respublikamızın bütün şəhər və rayonlarda görmək mümkündür. İslahatların əsasını isə əhalinin sosial-rifah halının yüksəldilməsi, yerli sakinlərin yeni iş yerləri ilə təmin olunması, insanların istirahətini, asudə vaxtlarını səmərəli və sağlam həyat tərzi keçirməsi təşkil edir.

Ölkədə aparılan tikinti və yenidənqurma işləri Sumqayıt şəhərini də əhatə edir. Burada "Nizami" kinoteatrı üçün yeni binanın inşası, "Kimyaçı" Mədəniyyət Sarayının əsaslı təmir-bərpası və şəhər ərazisində Cüdo Mərkəzinin yaradılmasını nümunə kimi göstərmək olar.

Bunlar həm də SOCAR-ın Sumqayıtdakı sosial yönümlü işlərindəndir. Belə ki, "Azərikimya" İB SOCAR-ın struktur tərkibinə daxil edildikdən sonra SOCAR Sumqayıt əhalisi üçün bir sıra mühüm sosial layihələri həyata keçirib.

2019-cu ildə Sumqayıtın 70 illik yubileyinə SOCAR-ın ən böyük töhfəsi də "Nizami" kinoteatrının yenidən qurulması və müasir avadanlıqlarla təchiz edilməsi olub. Müasir səviyyədə yaradılan, ən son texnoloji yeniliklərə əsaslanan video və audiosistemlə təchiz olunan "Nizami" kinoteatrının yeni binasının istifadəyə verilməsi Sumqayıtın mədəni həyatında mühüm hadisədir. Nəriman Nərimanov küçəsində yerləşən binanın ərazisi abadlaşdırılıb, ətrafda istirahət parkı salınıb. İkimərtəbəli binada hər biri 80-100 yerlik olmaqla 3 kino zalı və digər inzibati otaqlar var. Şəhər sakinlərinin böyük rəğbətinə səbəb olmuş bu layihə 7 aya həyata keçirilib. 2019-cu il noyabr ayının 21-də Azərbaycan Prezidenti İlham Əliyevin ştirakı ilə istifadəyə verilən kinoteatr artıq şəhər sakinlərinin, əsas etibarilə də gənclərin sevimli istirahət mərkəzinə çevrilib.

Kinoteatrın qarşısında Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin heykəli qoyulub.

Sumqayıtın inkişafı sakinlərin gözü ilə - VİDEOREPORTAJCüdo Mərkəzinin əsaslı təmir olunması isə Sumqayıtın gəncləri üçün xüsusi əhəmiyyəti var. Bu mərkəz də SOCAR-ın dəstəyi ilə təmir edilib. Mərkəzin birinci mərtəbəsində iki idman təlim məşq zalı, fitness zalı, iki məşqçi otağı, akt zalı, tibb otağı, iki soyunub-geyinmə otağı, təsərrüfat, sanitar qovşağı və duş otaqları, Ikinci mərtəbəsində böyük cüdo idman-məşq zalı və məşqçi otaqları, üçüncü mərtəbədə isə köməkçi otaqlar əsaslı təmir edilib. Həmçinin İdman Təlim Mərkəzində yeni istilik və havalandırma sistemləri və kondisionerlər quraşdırılıb, binanın ön fasadnda şüşəli vitraj, ümumi fasadda isə alkopan örtük piltələrindən üzləmə işləri aparılıb.

Sumqayıtın inkişafı sakinlərin gözü ilə - VİDEOREPORTAJSumqayıtda "Kimyaçı" Mədəniyyət Sarayı 1986-cı ildə istifadəyə verilib Prezident İlham Əliyev Sumqayıt şəhərinə səfəri zamanı "Kimyaçı" Mədəniyyət Sarayının mövcud vəziyyəti ilə tanış olub, bu mədəniyyət ocağının əsaslı şəkildə yenidən qurulması ilə bağlı tapşırıqlar verib.

Sarayın yenidən qurulması işləri yüksək keyfiyyət və müasir dizaynla yerinə yetirilib. "Kimyaçı" Mədəniyyət Sarayında təsviri və tətbiqi incəsənət, əl ilə toxuma, xanəndəlik, zərb alətləri, rəqs, instrumental ifaçılıq dərnəkləri də fəaliyyət göstərir.

Yuxarıda qeyd olunanlardan başqa SOCAR-ın dəstəyi ilə "Kimyaçı" poliklinikası və Təcili Tibbi Yardım Mərkəzi yaradılıb, müasir tibb avadanlıqları ilə təchiz edilərək sakinlərin xidmətinə verilib. Ötən il 17 saylı "Gül" uşaq bağçasında əsaslı təmir və yenidənqurma işləri aparılıb. Şəhəri təmsil edən "Sumqayıt" Peşəkar Futbol Klubu və bu klub üçün geniş idman kompleksi yaradılıb.

"Azərikimya" İB-nin əməkçiləri sosial dəstək məqsədi ilə şəhərin məhəllə və mikrorayonlarını abadlaşdıraraq, bir sıra məktəb və bağçaları təmir edib, bəzi məktəblərin idman zallarının, kitabxanaların, yaşayış binalarının dam örtüklərini dəyişdirərək, fasadlarını rəngləmiş, nümunəvi məhəllələr yaradıblar. SOCAR işçiləri şəhərin sənaye zonasında 100 minlərlə ağac əkiblər.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1380   Tarix: 13 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Sabah hava necə olacaq?

Azərbaycanda dekabrın 21-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəz

20 dekabr
.

Nazirlikdən "Baku Electronics" MMC-yə məxsus mağazada YOXLAMA

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir. xəbər verir ki, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Mingəçevir şəhəri, Müslüm Maqomaye

20 dekabr
.

"AID Group"dan şikayətlə bağlı AÇIQLAMA - Problem HƏLLİNİ TAPDI

Sosial şəbəkələrdə "Aid Group" haqqında yayılan şikayətlə bağlı iddialara cavab verilib. xəbər portalında və sosial şəbəkələrdə "AID Group" şirkəti və şirkətin rəhbəri, tanınmış aparıcı Nigar Fərhad haqqında yayılan məlumatlarla bağlı ictimaiyyətə rəsmi mövqeyimizi bildiririk. İl

19 dekabr
.

Pensiya alanlara ŞAD XƏBƏR: Gələn ildən...

"Hazırda Azərbaycanda pensiya yaşının artırılması ilə bağlı hər hansı bir layihə müzakirə edilmir və bu istiqamətdə heç bir sənəd təqdim olunmayıb. Lakin ümumilikdə pensiya islahatlarının dərinləşdirilməsi və pensiya qanunvericiliyinin təkmilləşdirilməsi sosial müdafiə sahəsində əsas prioritetlərdə

21 dekabr
.

Meyxanaçı Kərim vəfat etdi

Meyxanaçı Ağakərim vəfat edib. xəbər verir ki, bu barədə -a onun yaxınları məlumat verib. Xatırladaq ki, meyxanaçı Ağakərimin 2017-ci ilin martında beyninə qan sızıb. Həmin gündən ifaçının səhhətində ciddi problemlər yaranıb

19 dekabr
.

Beyləqanda azyaşlı faciəli şəkildə öldü - Babası dəhşətli hadisəni danışdı

Beyləqanda bədbəxt hadisə baş verib. Hadisə rayonun Tatalılar kəndində qeydə alınıb. İki yaşlı uşaq həyətlərindəki su quyusuna düşərək həyatını itirib. Azyaşlının babası hadisəni belə nəql edib: "Burada eyvanı sulayırdıq, uşaq yanımızda idi. Anası da, mən də burada idik. Sonra mən heyvana yem verməy

20 dekabr
.

Karantin rejiminin müddəti uzadıldı

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib. Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsus

20 dekabr
.

Qriplə başlayıb, leykozla bitdi: Bahalı müalicəyə ehtiyacı olan Əli Əhədovun hekayəsi (FOTO/VİDEO)

8-ci sinif şagirdi, həkimlərin ağır qan xərçəngi diaqnozu qoyduğu Əli Əhədovun anası Təranə Aslanova -ın redaksiyasına müraciət edib. Anasının sözlərinə görə, Əli məktəbə və təhsilə çox bağlıdır. Onun vəziyyətini sinif yoldaşları, dostları və müəllimləri dərindən yaşayır, ailəyə bu çətin dövrdə kömə

20 dekabr
.

Meyxanaçı Kərim dəfn edilidi (FOTO)

Meyxanaçı Kərim Novruzov Maştağa qəsəbəsində yerləşən Seyidəli qəbiristanlığında dəfn olunub. APA xəbər verir ki, dəfn mərasimində mərhumun ailə üzvləri və sənət dostları iştirak ediblər. Qeyd edək ki, Kərim Novruzovla vida mərasimi yaşadığı evdə keçirilib. Xatırladaq ki, o, dünən uzun sürən xəstəlikdə

20 dekabr