"SOCAR-ın səmt qazı ilə bağlı siyasəti iqtisadi və ekoloji baxımdan sərfəlidir"-Ekspert rəyləri
Hər il dünyanın neft hasil olunan ərazilərində 150 mlrd. kubmetr səmt qazı yandırılır. Bu, atmosferə 300 mln. tondan çox CO2 qazının emissiyasına səbəb olur. Mütəxəssislər hesab edir ki, əgər qlobal miqyasda yandırılan bütün qaz elektrik enerjisi istehsalına sərf olunsaydı, 750 mlrd. kilovat elektrik enerjisi yaranardı ki, bu da Afrika qitəsinin bir illik tələbatına bərabərdir.
Yuxarıda qeyd edilən amillər nəzərə alınaraq artıq dünyada səmt qazının yandırılmasının azaldılması tədbirləri həyata keçirilir. Neft hasilatı zamanı quyulardan neftlə birlikdə çıxan səmt qazının atmosferə atılmasının azaldılması iqlim dəyişməsi təsirinin yumşalmasında mühüm tədbir kimi qiymətləndirilir.
Dünya Bankı 2002-ci ildə bir sıra hökumət və şirkətlərlə birlikdə Səmt Qazının Yandırılmasının Azaldılması üzrə Qlobal Tərəfdaşlığ"a (GGFR) başlayıb. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2008-ci ildən GGFR-ın rəhbər komitəsinin üzvüdür. Həyata keçirilən layihələr nəticəsində il ərzində atmosferə atılan 1 milyard kubmetr qaz yığılaraq əhalinin istifadəsinə yönəldilib. SOCAR tərəfindən səmt qazının azaldılması tədbirləri Dünya Bankının Ekspert Şurası tərəfindən iki dəfə ali mükafata layiq görülüb.
Neft hasilatı zamanı səmt qazının emissiyası göstəricilərinin aşağı olmasına görə Avropa İttifaqına neft ixrac edən əsas 10 ölkə arasında Azərbaycan birinci yeri tutur. Dünya təcrübəsində qəbul olunmuş şamda yandırılan qazın əmsalı 5% olduğu halda, Azərbaycanda 2014-cü ildə bu göstərici 2%-ə, 2016-cı ildə 1,74%-ə, 2017-ci ilin avqust ayında 1%-ə, 2019-cu ildə 0,9%-ə endirilib. SOCAR bu ildən platformalarında səmt qazının yandırılmasını sıfıra endirməyi planlaşdırır. Beləliklə, SOCAR Dünya Bankının elan etdiyi "2030-cu ilə qədər səmt qazının normal hasilat prosesində yandırılmasının sıfıra endirilməsi" strategiyasına çatan ilk şirkət olacaq.
Bəs səmt qazının yandırılmasının azaldılmasını ekspertlər necə qiymətləndirir?
Milli Məclisin deputatı, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Qaz-Neft Mədən fakültəsinin professoru Hüseynbala Mirələmov bildirib ki, səmt qazı havaya atılmasa və ya yandırılmasa, bu qaz istehsalatda və məişətdə istifadə edilsə, həm iqtisadi cəhətdən, həm də ekologiyanın təmizlənməsi baxımından olduqca sərfəlidir.
"Bir müddət əvvəl SOCAR prezidenti Rövnəq Abdullayev öz çıxışlarının birində səmt qazının havaya atılmasının sıfıra endirilməsi ilə bağlı bir neçə xarici şirkətlə əməkdaşlıq etdiklərini, xüsusilə də dünyada tanınmış BP şirkəti ilə sıx əməkdaşlıq edildiyini bildirib. Bilirəm ki, səmt qazının havaya atılmasının sıfıra endirilməsi ilə bağlı proqram icra olunur və yaxın vaxtlarda bu məsələ tamamilə öz həllini tapacaq".
Qaz-Neft Mədən fakültəsinin professoru Hüseynbala Mirələmov:
"Səmt qazının əhalinin istifadəsinə verilməsi çox uğurlu və lazımlı addımdır".
Professor qeyd edib ki, son zamanlar havaya atılan qazın yığılaraq yenidən əhalinin istifadəsinə verilməsi də çox yaxşı haldır. Onun sözlərinə görə, səmt qazının əhalinin istifadəsinə verilməsi çox uğurlu və lazımlı addımdır.
O, həmçinin qeyd edib ki, son zamanlar SOCAR neftlə çirklənmiş torpaqların təmizlənməsinə böyük önəm verir: "Şirkət istər quruda, istərsə də dənizdə ekologiyanın təmizlənməsinə böyük dəstək verməkdədir. SOCAR bu işlərlə sıx məşğuldur".
"SOCAR son illərdə dünyada aparıcı neft şirkətlərindən birinə çevrilib. Bu gün SOCAR çox güclü, hətta deyərdim ki, möhtəşəm bir şirkətdir. Gürcüstan, Ukrayna, Rumıniya, İsveçrə kimi ölkələrdə SOCAR brendi altında yanacaqdoldurma məntəqələri, qonşu ölkələrdə SOCAR-ın müəssisələri mövcuddur və uğurla fəaliyyət göstərirlər".
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin qaz-neft mədən fakültəsinin dosenti Şahin İsmayılov da bildirib ki, səmt qazının yandırılmasının sıfıra endirilməsi həm ekoloji, həm də iqtisadi baxımdan faydalıdır. "Səmt qazının atmosferə atılması ekologiyanı pozur. Onun yandırılmasının aşağı salınması ekoloji baxımdan faydalıdır. Bu qazın yandırılmaq əvəzinə yığılaraq istifadəyə verilməsi həm də iqtisadi fayda gətirir",- deyə o qeyd edib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu tarixdə 12 DƏRƏCƏ ŞAXTA OLACAQ - XƏBƏRDARLIQ
Zərgər gətirilən bir çanta qızılı qəbul etmədi: "Bu günaha girə bilmərəm"
Pensiyalar bu tarixdə tam ödəniləcək
Bu universitet tələbələrə fərqli təqaüdlər təsis edib: 150, 250 manat
Tanınmış kosmetoloq Natavan Əmirova paylaşımı ilə özünü biabır edib
Baş Prokurorluq Kamran Əsədov və "şərikləri" ilə bağlı - Açıqlama yaydı
Yumurtanın qiyməti ilə bağlı vəziyyət dəyişəcək - BU TARİXDƏN
Direktoru divara itələyən müəllimlə bağlı - Rəsmi açıqlama+Video
Ömrü Sultani ilə məsələdə adı hallanan hospitaldan cavab: "Bizdə nə müalicə alıb, nə də ölüb" - YENİLƏNİB
Kərim harda dəfn olunacaq? (AÇIQLAMA)
Məşhur müğənni KOMAYA DÜŞDÜ - FOTO
Röya Ayxan və Elçin Cəfərovdan yeni duet - "Can" klipi çəkildi
Mətanət İsgəndərlinin keçmiş gəlini qəbir daşlarının hasarına zərər yetirdi - VİDEO
Vəzifəli şəxs qəzada HƏLAK OLDU