"Mən atamı çox istəyirəm" - şəhidin mərasimindən - REPORTAJ

"Mən atamı çox istəyirəm" - şəhidin mərasimindən - REPORTAJBu gün Qarabağ qazisi Qoşqar Hacıyevin üç mərasimi idi. Mərasim Bakıdakı Heydər məscidində keçirilirdi.

Q.Hacıyev 2015-ci ilin sentyabrın 2-də düşmənin kəşfiyyat-diversiya hücumunun qarşısını alarkən başından ağır yaralanmışdı. Müalicəsi həm Bakıda, həm də Türkiyədə aparılsa da uzun müddət komada qaldı. 2020-ci ilin fevralın 10-u axşam saatlarında vəziyyəti ağırlaşan qazi həkim müdaxilələrinə baxmayaraq vəfat etdi.

Şəhidi yad etmək üçün məclisə gələnlərin "Allah rəhmət eləsin!" başsağlığına, qürurla "Vətən sağ olsun!" deyərək cavab verirdi şəhidin qardaşı İlqar Hacıyev.

"Mən atamı çox istəyirəm" - şəhidin mərasimindən - REPORTAJAğappaq saçını qara örpəklə örtən şəhidin anası Pəri Hacıyevaya yaxınlaşırıq. Bizi şux qarşılamağa çalışır. Oğlu şəhid olan analar övladları şəhid oldu deyə üzülmürlər, oğul itirirlər deyə üzülürlər... Pəri ana kimi. Bir də Qoşqarı görə bilməyəcəyini deyib ağlasa da, tez başını yuxarı qaldırıb "mən onu görməsəm də, o məni hər gün görəcək" deyir.

"Mən atamı çox istəyirəm" - şəhidin mərasimindən - REPORTAJHəmdərd olan şəhid yaxınları Pəri ananı tək qoymamışdılar. Ananın ətrafında şəhid anaları, şəhid yoldaşları cəm olmuşdu. Hamısı ilə bir-bir danışmaq istəyirdik, ancaq çətin idi şəhid anasının dilini söz tutması. Şəhid Füzuli Salahovun anası Sevda xanım kimi, Şəhid Ravil Novruzovun anası Nargilə xanım kimi, 2017-ci ildə Ağdamın Zəngişalı kəndində həlak olan Nahid Soltanovun anası kimi...

"Mən atamı çox istəyirəm" - şəhidin mərasimindən - REPORTAJAğır idi şəhid yoldaşının kövrəlmədən ömür-gününü bölüşdüyü insandan bəhs etməsi. Eyni ilə şəhid Xəqani Aslanovun həyat yoldaşı kimi. İki qaynının da (Vidadi Aslanov, Hasil Aslanov) şəhid olduğunu deyən xanım üç şəhid qardaşın şəklini göstərib susurdu.

Hərəsi bir köz yandırırdı ürəyinin tən ordasında. O köz ki, Xocalı faciəsində ölmüş anasından süd əmərkən donan Kübra Mahmudovanın buzunu "əridə" bilməmişdi hələ də. Elə Kübra xanım kimi həmin faciənin zərərçəkənlərindən biri olan Həmayil Xəlilova da burada idi.

Mərasimdə Müdafiə Nazirliyinin nümayəndələri, deputatlar Aydın Mirzəzadə, Aydın Hüseynov, Adil Əliyev də iştirak edirdi.

"Mən atamı çox istəyirəm" - şəhidin mərasimindən - REPORTAJQarabağ qaziləri və Aprel döyüşçüləri, ehtiyatda olan hərbçilər, şəhid valideynləri, şəhər sakinləri, mətbuat nümayəndələri də mərasimə qatılmışdılar.

"Üç gün əvvəl şəkil çəkdirmişdim dostum Abdulla ilə. Bu gün deyirəm ki, şəkli paylaşanda altında nə yazım? Deyir üç gün əvvəl soruşsaydın fəxrlə deyərdim ki, qazi oğlu yaz. İndi fəxrlə deyirəm ki, şəhid oğlu yaz".

Bunu şəhid oğlu Abdulla Hacızadənin dostu balaca İbrahim Şirinov deyir. Abdulla isə eyni sözləri təkrarlayır: "Mən atamla fəxr edirəm, fəxr edirəm ki, şəhid oğluyam".

"Mən atamı çox istəyirəm" - şəhidin mərasimindən - REPORTAJƏmisi İlqar Hacıyevə yaxınlaşmaq istəyəndə tez yanıma gəlib çəkinə-çəkinə pıçıldayır:

- Olarmı ürəyimdən gələn bir söz də deyim?

- De, mənim balam.

- Mən atamı çox istəyirəm!

Deyib, sakitcə uzaqlaşır yanımdan...

Şəhidin qardaşlarına başsağlığı verib, mərasim zalını tərk edirik. Tərk etmədiyimiz isə Abdullahın son cümləsi idi...


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 5260   Tarix: 13 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Yeddi kişini şantaja görə mühakimə olunacaq - İş məhkəmədə

Özünü Milli Fədailər Hərəkatının qurucusu kimi təqdim edən, 6 ay əvvəl isə şantaja görə tutulan Fuad Muradovun cinayət işi üzrə ibtidai istintaq tamamlanıb. "Qafqazinfo"nun məlumatına görə, iş üzrə toplanmış materiallar aidiyyatı üzrə baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib

26 aprel
.

Bakıda özəl klinikada əməliyyat olunan uşaq öldü

Bakıda özəl klinikada əməliyyat olunan uşaq ölüb. xəbər verir ki, Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Xalid Səmədov hüquq-mühafizə orqanlarına şikayət ünvanlayıb. O, şikayətində 13 yaşlı oğlu Murad Səmədovun "Kəpəz" hospitalında ürəyindən əməliyyat olunduğunu və əməliyyatdan sonra vəfa

26 aprel
.

Sabah 32 dərəcə isti olacaq

Aprelin 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-1

26 aprel
.

"Aquavita" işçilərinin maaşını vermir - İDDİA

Azərbaycanda "Aquavita" suları və "Gülüstan" limonadlarının istehsalı və satışı ilə məşğul olan "Tac" MMC-nin (VÖEN – 130025841) işçilərin əməkhaqlarını vaxtında vermədiyi iddia olunur. Bu barədə -a "Aquavita"da çalışan işçilər məlumat veriblər. Qeyd edək ki, dah

26 aprel
.

"Avropa Parlamenti gözündəki qara eynəyi çıxarıb Azərbaycana obyektiv baxmağı öyrənməlidir" - DEPUTAT

Xəbər verdiyimiz kimi aprelin 25-də Avropa Parlamenti Azərbaycan əlehinə növbəti qətnamə qəbul edib. Bununla bağlı -a danışan deputat Aydın Mirzəzadə bildirib ki, Avropa Parlamenti öz səlahiyyətlərindən kənara çıxır:. "Bu qurumun vəzifəsi Avropa Birliyinə daxil olan ölkələr üzrə ümumi normativ hüquq

26 aprel
.

Bakıda 21 yaşlı model bədbəxt hadisədə öldü - Foto

Bakıda gənc qız dəm qazından boğulub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Nəsimi rayonu Moskva prospektindəki evdə yaşayan 2003-cü il təvəllüdlü Kamilə Həsənova dəm qazından boğularaq vəfat edib. Bildirilib ki, K.Həsənova aktrisa-model kimi də fəaliyyət göstərirmiş. O, həm də Moskv

26 aprel
.

Millət vəkilinə ağır itki

Milli Məclisinin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanova ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, millət vəkilininin qardaşı Vaqif Əmiraslanov vəfat edib. Qeyd edək ki, Vaqif Əmiraslanov Bakı Humanitar Kollecinin sabiq direktoru olub

25 aprel
.

Mingəçevirdə qorxulu hadisə: Bıçaqla camaatın üstünə cuman şəxs kimdir? - VİDEO

Mingəçevirin Mehdi Hüseyn və Koroğlu küçələrində qəribə hadisə baş verib. Sakinlərin sözlərinə görə, bir qadın gecə saatlarında binalara daxil olur, onlara qorxulu anlar yaşadır, bıçaqla camaatın üstünə hücum çəkir. Qorxudan sakinlər uşaqlarını küçəyə buraxa bilmirlər:. "Deyilənə görə, o qadın mollalı

26 aprel
.

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur (VİDEO)

Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib. Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqlarında toz və kir olduğunu qeyd edir. Onlar bu kimi halların xəstəlik mənbəyi olduğunu bildirərək məsələnin tezliklə həll edilməsini istəyiblər. Məsələ ilə bağl

26 aprel