Ekspert: "Yüksək Sıxlıqlı Polietilen Zavodu Azərbaycana böyük gəlirlər gətirəcək"

Ekspert: "Yüksək Sıxlıqlı Polietilen Zavodu Azərbaycana böyük gəlirlər gətirəcək"Bu gün "SOCAR Polymer"in Sumqayıt Kimya Sənaye Parkı ərazisində yerləşən ikinci zavodu - Yüksək Sıxlıqlı Polietilen Zavodunun istifadəyə verilməsinin bir ili tamam olur. Zavod gündəlik 330 ton, illik 120 min ton yüksək sıxlıqlı polietilen istehsal gücünə malikdir. Zavodun mühəndislik, təchizat və tikinti işlərini "Maire Tecnimont" şirkəti həyata keçirib. Zavodda istehsal olunan məhsulun 25%-i daxili bazar, 75%-i ixrac üçün nəzərdə tutulub. İstehsal olunmuş məhsul dəmiryolu, dəniz və quru yolla daşınır. Polietilen istehsalı üçün əsas xammal qismində istifadə edilən etilen qazı SOCAR-ın Sumqayıtdakı "Azərikimya" İstehsalat Birliyində istehsal edilir. İlkin olaraq polietilen toz halında əldə edilir, sonra dənəvər hala gətirilərək qablaşdırılır və satışa təqdim edilir.

Polietilen dünyada ən geniş yayılmış polimer növüdür. Yüngül çəkiyə və yüksək möhkəmliyə malikdir. İqtisadi cəhətdən səmərəli xammaldır. "SOCAR Polymer"in zavodunda 9 növdə ağ rəngli və 3 növdə isə qara rəngli polietilen istehsal olunur. Yüksək sıxlıqlı polietilendən kənd təsərrüfatı, boru sistemləri, ərzaq qablaşdırılması, tikinti materialları, Kimyəvi maddə və kosmetika, Avtomobil sənayesi, İstehlak və məişət malları, Tibbi təyinatlı mallar, Elektron cihazların hissələri və elektrik mallarının istehsalında xammal kimi istifadə olunur.

Zavodda təxminən 300 nəfər daimi işlə təmin edilib.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Kimya-texnologiya fakültəsinin müəllimi Nemət Abbasov zavodun əhəmiyyətindən danışaraq bildirib ki, Yüksək Sıxlıqlı Polietilen Zavodu Azərbaycan iqtisadiyyatı üçün vacib zavoddur.

O qeyd edib ki, bu zavodun ölkədə inşa edilməsi yüksək sıxlıqlı polietilen məhsulunun daxili istehsal hesabına ödənilməsinə imkan yaradır.

"Bildiyiniz kimi, Yüksək Sıxlıqlı Polietilen Zavodu Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa edilib. Zavodda illik istehsal gücü 120 min ton nəzərdə tutulub. Bu, Azərbaycanın neft-kimya tarixində ilk Yüksək Sıxlıqlı Polietilen Zavodudur. Zavod Azərbaycana böyük gəlirlər gətirəcək. Çünki bu zavod inşa olunana qədər yüksək sıxlıqlı polietilen məhsulunu xaricdən idxal edirdik. Məhsulun xaricdən alınması isə xaricə valyuta axınına səbəb olurdu. Bu zavodun istismara verilməsi ilə idxalı dayandırmış olduq, yəni bu məhsulla bağlı xaricə valyuta axınının qarşısı alınmış oldu. Azərbaycanda belə bir zavodun inşası sayəsində isə daxili tələbat ödənilir, həm də ilk dəfə olaraq ölkədən yüksək sıxlıqlı polietilen məhsulu ixrac olunur. Bu da iqtisadiyyat üçün vacib faktordur", - o əlavə edib.

N.Abbasov zavodun kiçik biznesin inkişafına da töhfə verdiyini vurğulayıb: "Belə bir zavodun Azərbaycanda inşa olunmasından yüksək sıxlıqlı polietilendən xammal olaraq istifadə edən sahibkarlar yaxşı yararlana bilərlər. Məhsulun ölkədə istehsal olunması onun daha ucuz başa gəlməsinə və xaricdən asılılığın aradan qaldırılmasına səbəb olur".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 4546   Tarix: 18 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda yeni kollec yaradıldı

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Azərbaycan Dövlət Aqrar Universiteti" publik hüquqi şəxsin nəzdində "Gəncə Dövlət Aqrar Kolleci" publik hüquqi şəxs yaradılıb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar qəbul edib. Yeni kollec Kənd Təsərrüfatı Nazirliyini

24 aprel
.

Kreml NATO-ya xəbərdarlıq edib:Rusiya növbəti müharibəyə BAŞLAYIR? - ŞƏRH

Rusiya NATO-nun nüvə obyektləri ilə bağlı kəskin mövqe nümayiş etdirib. Bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov açıqlama verib. O qeyd edib ki, əgər alyans ölkələrinin nüvə obyektləri daimi olaraq Polşa ərazisində yerləşərsə, onlar Rusiyanın hərbi hədəfinə çevriləcək. Baş verənlər

25 aprel
.

Türkiyənin ilk astronavtı Azərbaycana gələcək

Türkiyənin kosmosa səyahət edən ilk astronavtı Alper Gezeravcının Azərbaycana səfəri təşkil olunacaq. report-a istinadən xəbər verir ki, bu barədə Ankarada keçirilən Türk dövlətləri kosmik agentliklərinin üçüncü iclasından sonra Azərbaycan Kosmik Agentliyinin ("Azərkosmos") İdarə Heyətini

24 aprel
.

Azərbaycanda mayın 1-dən bu qadağa qüvvəyə minir

Balıqların kürütökmə dövrü ilə əlaqədar may ayının 1-dən ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minir. xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib. Onun sözlərinə görə, bu proses sentyabrın 1-dək davam edəcək. Xidmət rəsmis

25 aprel
.

Mübariz Qurbanlının ailəsinə ağır itki

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri, YAP-ın İdarə Heyətinin üzvü Mübariz Qurbanlıya ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, keçmiş komitə sədrinin bacısı Zərəngiz xanım dünyasını dəyişib. Onun xəstəlik səbəbindən vəfat etdiyi bildirilib. Qeyd edək ki, bir çox tanınmı

25 aprel
.

Bakıda ƏMƏLİYYAT: Sosial şəbəkələrdə bıçaq satanlar tutuldu - VİDEO

Kəsici-deşici alətləri sosial şəbəkələrdə və paytaxt ərazisində müxtəlif ticarət mərkəzlərində yerləşən mağazalarda satan 6 nəfər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Qeyd edilib ki, müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışı və gəzdirilməsini

25 aprel
.

Azərbaycanda əhalinin 75%-i "TikTok"un bağlanmasını İSTƏYİR

Dünyada sosial medianın mənzərəsi sürətlə dəyişir. Tədqiqatlar xüsusən "TikTok" media platformasının populyarlığının sürətlə artdığını və dünyada gənclər arasında ən çox istifadə edilən beş sosial media platformasından biri olduğunu göstərir. xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzini

25 aprel
.

Bakıda binalarda yeni oğurluq üsulu: Görüntülərlə bağlı araşdırmalara başlanılıb - YENİLƏNİB + VİDEO

Bakıda binalardan edilən oğurluqla bağlı rəsmi açıqlama verilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Lumu İsrəfilli -a bildirib ki, yayılan görüntülər araşdırılır:. "Şübhəli şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər görülür". 17:16. Bakıda cinayətkarla

24 aprel
.

Bulaqlarda erməni saxtakarlığı: Naxış və nişan vuraraq... - VİDEO

Laçın şəhərində daha bir erməni saxtakarlığı üzə çıxıb. Belə ki, ermənilər işğal dövründə Laçın və ətrafında yerləşən bulaqlara naxış və nişan vuraraq özününküləşdirməyə çalışıblar. "Bu bulaqlara üzüm kimi şəkillər çəkərək özlərinin olduğunu göstərmək istəyiblər. Mənim 78 yaşım var, həmişə bu bulağ

25 aprel