"Ukrayna parlamenti niyə qondarma erməni soyqırımı layihəsini rədd etdi?"-RƏY

"Ukrayna parlamenti niyə qondarma erməni soyqırımı layihəsini rədd etdi?"-RƏYUkraynanın hakim "Xalqın xidmətçisi" Partiyasının deputatı Darya Volodinanın təqdim etdiyi "erməni soyqırımı qurbanlarının anılması" ilə bağlı qanun layihəsi geri qaytarılıb.
Azərbaycanın Ukraynadakı səfirliyindən verilən məlumata görə, Ali Rada qondarma erməni soyqırımına dair sənədin müzakirəsindən imtina edib.
Eyni zamanda fevralın 14-də qeydə alının qanun layihəsinin Azərbaycan və Türkiyənin Ukraynadakı səfirliklərinin birgə səyləri nəticəsində Ali Radanın komitə iclasında belə müzakirə olunması təxirə salınıb.
Qeyd edək ki, Ukrayna parlamentinin Xocalı soyqırımının tanınması məsələsinə baxacağı gözlənilir.

Mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu Sonxeber.az-a açıqlama verib. O,bildirib ki, qondarma "erməni soyqırımı"na aid sənədin müzakirəsi Ukrayna Parlamentində baş tutmayacaq:
"Ukraynadakı erməni diasporunun nümayəndəsi tez-tez bu məsələni gündəmə gətirməyə çalışır. Bu artıq onların dördüncü cəhdi idi ki, qətnamə müzakirəyə çıxır və səsvermədə qəbul olunmur".
Politoloq qeyd edib ki, Ukraynanın bölgədə əsas tərəfdaşı Türkiyə və Azərbaycandır:
"Ukrayna Türkiyə və Azərbaycanla münasibətləri heç vaxt gərginləşdirmək istəməz. Eyni zamanda bunu sübut edən amil ondan ibarətdir ki, Ukrayna prezidenti Vladimir Zelinskinin bölgəyə səfərləri çərçivəsində Azərbaycan və Türkiyəyə üstünlük verdi, hətta Ermənistana səfər etmədi. Çünki Ermənistan BMT səsvermələrində Krımın Ukrayna ərazisi kimi göstərilməsi əleyhinə səs verib. Bunu da Ukraynada görüb və anlayırlar. Buna baxmayaraq, Ukraynada yaşayan ermənilər və onların nümayəndələri eyni zamanda onların ən böyük dayağı Daxili İşlər naziri Arsen Avakov ara-sıra bu məsələni gündəmə gətirməyə çalışsalar da, hər dəfə də uğursuzluğa düçar olurlar.
Politoloq Xocalı soyqırımı ilə bağlı qətnamənin Ukrayna Parlamentində qəbulu ilə bağlı təşəbbüsün olduğunu bildirib:
"Çünki Ukrayna Azərbaycan və Türkiyə ilə strateji tərəfdaşdır, demək olar ki, müttəfiq sayılırlar. Əlbəttə, biz istəyərdik ki, Ukrayna Parlamenti bu qətnaməni qəbul etsin. Çünki bir çox ölkədə artıq bu qəbul edilib. Yəni, belə bir ümüdümüz var, amma təbii ki, gözləyəcəyik. Erməni lobbisi hiyləgərlik işlədir. Niyə qondarama "soyqırım" məsələsini ortalığa atdılar? Gördülər ki, Parlamentdə Xocalı soyqırımı ilə bağlı da müzakirələr aparıla bilər. Məhz Xocalı soyqırımı ilə bağlı sənədi neytrallaşdırmaq üçün bu məsələni gündəmə gətirdilər. Yəni, belə bir yanaşma qoydular ki, əgər bizim "soyqırımı" qəbul etmirsinizsə, o zaman Xocalı soyqırımı ilə bağlı sənədi də qəbul etməyin. Amma indi biz Kiyevdən prinsipiallıq gözləyirik. İnanırıq ki, bu dəfə də olmasa Ukrayna Parlamentində Xocalı soyqırımı ilə bağlı qətnamə qəbul ediləcək".

Fəridə Ağazadə


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 3519   Tarix: 22 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

İlham Əliyev Çinlə əməkdaşlıqdan DANIŞDI

"Bizim "Vahid Çin" siyasətinə yanaşmamız çinli tərəfdaşlarımıza yaxşı məlumdur. Çin isə hər zaman Azərbaycanın ərazi bütövlüyünə dəstək verib. Bu, hər zaman əməkdaşlığımız əsasını təşkil edib". AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də AD

23 aprel
.

Azərbaycan Prezidenti: "Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb"

"Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb və bu proses davam etdirilir". AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə birgə mətbuat konfransında deyib

26 aprel
.

Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE

Naxçıvan Ali Məclisinin qərarı ilə muxtar respublikanın yeni Baş naziri Ceyhun Cəlilov təyin olunub. yeni baş nazirin dosyesini təqdim edir:. Ceyhun Ramiz oğlu Cəlilov 1987-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz şəhərində anadan olub. 2009-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxal

25 aprel
.

Prezident: "COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür"

"Bizim sonuncu görüşümüzdən etibarən bütün hadisələr müsbət məcrada gedir, istər Azərbaycan və Ermənistan arasında normallaşma prosesi, istərsə də sərhədlərin delimitasiyası olsun". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP2

23 aprel
.

Tavuşdakı gərginliyə görə Paşinyan ittiham edildi

"Noyemberyan rayonunda təxribat törədənlər Ermənistan hakimiyyətinin göstərişi ilə hərəkət ediblər". Bu açıqlama ilə Ermənistan Milli Məclisinin müxalif "Hayastan" blokunun deputatı Qarnik Danielyan çıxış edib. O qeyd edib ki, aksiya zamanı yolda etirazçıları mühasirəyə alan poli

23 aprel
.

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib. Report-a istinadən xəbər verir ki, əklil mərhumənin məzarı üstünə qoyulub

25 aprel
.

Azərbaycan XİN Avropa Parlamentinə cavab verib

Avropa Parlamentini bir daha Azərbaycanın daxili işlərinə və məhkəmə proseslərinə müdaxiləni dayandırmağa çağırırıq. report-a istinadən xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Avropa Parlamentinin 25 aprel 2024-cü il tarixli qətnaməsi ilə bağlı bildirib

26 aprel
.

Azərbaycan Prezidenti: "Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik"

"Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik. Bu yerləşmə bizi narahat etmir". AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxal

23 aprel
.

Azərbaycan və Almaniya liderlərinin Berlində birgə mətbuat konfransı olub - YENİLƏNİB + FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Kansleri Olaf Şoltsun aprelin 26-da Berlində keçirilən birgə mətbuat konfransı başa çatıb. 14:41. Berlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Almaniya Kansleri Olaf Şoltsun birgə mətbuat konfrans

26 aprel