Ruhanidən koronavirusla bağlı MÜHÜM AÇIQLAMA
Yeni tip koronavirusa görə İranın heç bir şəhəri karantinə alınmayacaq.
İran dövlət televiziyasının verdiyi məlumata görə, Ruhani Nazirlər Kabinetinin paytaxt Tehranda keçirilən iclasında ölkənin bir çox şəhərində Kovid-19 hadisəsi ilə əlaqədar dəyərləndirmələr edib.
Sonxeber.az-ın məlumatına görə İran prezidenti Həsən Ruhani ölkədə 15 nəfərin ölümünə səbəb olan yeni koronavirus (Kovid-19) səbəbiylə heç bir şəhər və ya bölgənin karantinə almayacaqlarını söyləyib.
Nazirlər Kabinetinin iclasında çıxış edən prezident bildirib ki, bir bölgənin təcrid edilməsi qərarı İcra hakimiyyətinin və ya nazirliyin deyil, Koronavirusla Mübarizə Mərkəzinin səlahiyyətindədir.
Xalqı səlahiyyətli qurumların təlimatlarına əməl etməyə və tövsiyələrini dinləməyə çağıran Ruhani ölkədə epidemiyaya qarşı bütün tədbirlərin görüldüyünü bildirib: "koronavirus ölkədəki istehsal və işlərin dayandırılması üçün düşmənlərin silahına çevrilməməlidir".
Bir neçə həftə ərzində epidemiyanın öhdəsindən gələcəklərini və Səhiyyə Nazirliyi tərəfindən məsələ ilə bağlı təqdim olunan sənədlərin ümidverici olduğunu dilə gətirən İran prezidenti xalqa məcbur olmadıqca küçəyə çıxmamağı, kütləvi toplaşmamağı məsləhət görüb.
Qeyd edək ki, İranda koronavirusdan ölənlərin sayı 15-ə çatıb. 100-ə yaxın insan epidemiyadan əziyyət çəkir.
Fəridə Ağazadə
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş