"Qardaş köməyi" qəzeti ilə bağlı nələri bilirik?-Tarixçi-alim
Düz 105 il bundan əvvəl Azərbaycan mətbuatı tarixində xüsusi yeri olan "Qardaş köməyi" qəzeti çapdan çıxmışdır. Qəzetin nəşr edilməsinə səbəb Birinci Dünya Müharibəsinin Qafqaz cəbhəsinin qanlı səhnəsinə çevrilən Şərqi Anadoludan gələn fəlakət xəbərlərinin təsiri altında azərbaycanlı ictimai xadimləri və sahibkarlarının əziyyət çəkən türk-müsəlman əhalisinə kömək göstərmək niyyəti olmuşdur.
1915-ci il martın 11-də Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin sədri Mirzə Əsədullayevin maddi köməyi ilə "Qardaş köməyi" adlı qəzet işıq üzü görmüşdür. Cəmi bir nömrəsi çapdan çıxan bu qəzetdə göstərilirdi ki, əldə olunacaq gəlir hərbzadə müsəlmanlar nəfinə, o cümlədən müharibə zamanı çar Rusiyası ordusundakı azərbaycanlı döyüşçülərə və fəlakətlərə məzuz qalan Anadolu müsəlmanlarına sərf ediləcəkdir. Qəzetin satışından əldə edilən gəlir Qars, Ərdəhan və digər yerlərdə fəlakətə uğramış müsəlmanlara xərcləndi. Bundan sonra Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti Şərqi Anadolunun türk-müsəlman əhalisi üçün yardım toplanılması aksiyasını da həyata keçirdi.
Mövzu ilə bağlı tarixçi-alim Dilavər Əzimli Sonxeber.az-a danışıb. O, bildirib ki, bu qəzetin nəşr olunması barədə Türkiyədən məlumat əldə edib:
"Mənə bildirdilər ki, bunun nəşrlərindən Ərzrumda var. Orada mənə dedilər ki, bu nəşrlərdən Bakıda da olub amma axtarmaq lazımdır.
Tarixçi-alim bildirib ki, müxtəlif mənbələri, arxivləri də axtarsa da, o qəzetin nüsxələrindən tapa bilməyib.
O, zamanında çıxan, gözəl bir qəzet idi. Adı da "Qardaş köməyi" qoyulmuşdu. Əslində o eyni millətin ayrı-ayrı dövlətlərdə, imperiyalarda yaşamış, müxtəlif dövlətlər qurmuş millətin övladlarının ortaya qoyduğu qəzet idi. Doğrudan da bu qəzetdə əvvəldən-axıra qardaşlıq motivləri özünü göstərib. Türkiyədə bununla bağlı tədqiqatlar var. Düzdür bu qəzetlə bağlı indi çox geniş tədqiqatlara başlanılmayıb amma bu tədqiqatlar magistr, doktorluq səviyyəsində aparılıb. Çox istərdim ki, Azərbaycanda onun nüsxələrini biz tapaq. Doğurdan da orada həmin dövrdə Azərbaycan istinadlarının xüsusilə Hacı Zeynalabdin Tağıyevin, Şəmsi Abdullayevin və digərlərinin qardaşlarımıza göstərdiyi köməklər, maddi yardımlar orada öz əksini tapıb.
Xüsusilə Anadoluda, Şərqi Anadoluda baş verən hadisələr, proseslər və bu proseslərdə qardaşın-qardaşa köməyi öz əksini tapıb. Bu qəzetdə o vaxtlar Anadoluda baş verən siyasi proseslər, ermənilərin törətdiyi vəhşiliklər və ən çox xeyriyəçiliklə bağlı yazılar öz əksini tapırdı.
Fəridə Ağazadə
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1463 Tarix: 09 mart 2020
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Saxta sürücülük vəsiqəsi istifadə edən şəxs CƏZALANDIRILIB
Saxta sürücülük vəsiqəsindən istifadə etməkdə təqsirləndirilən Rusiya vətəndaşı barəsində hökm çıxarılıb. -a istinadla xəbər verir ki, 1990-cı il təvəllüdlü Rusiya Federasiyasının vətəndaşı - Emil Şərəfxan oğlu İsmayılov Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə (saxta sənəddən istifadə) ittiham olunub
20 dekabrPensiya alanlara ŞAD XƏBƏR: Gələn ildən...
"Hazırda Azərbaycanda pensiya yaşının artırılması ilə bağlı hər hansı bir layihə müzakirə edilmir və bu istiqamətdə heç bir sənəd təqdim olunmayıb. Lakin ümumilikdə pensiya islahatlarının dərinləşdirilməsi və pensiya qanunvericiliyinin təkmilləşdirilməsi sosial müdafiə sahəsində əsas prioritetlərdə
21 dekabr2 yaşlı uşaq kanalizasiya quyusuna düşüb öldü
Beyləqanda azyaşlı bədbəxt hadisənin qurbanı olub. "Qafqazinfo" xəbər verir ki, rayonun Tatalılar kəndində 2 yaşlı Uğur Elmidar oğlu İmanzadə həyətlərində olan kanalizasiya quyusuna düşüb. O, boğularaq ölüb. Faktla bağlı araşdırma başlanıb
19 dekabrNazirlikdən "Baku Electronics" MMC-yə məxsus mağazada YOXLAMA
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir. xəbər verir ki, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Mingəçevir şəhəri, Müslüm Maqomaye
20 dekabrBelə çağırışlar edənlər - 500 manat ödəməli olacaq
İnternet informasiya ehtiyatında fahişəliklə məşğul olmağa açıq çağırışların edilməsinə görə 500 manat cərimə tətbiq olunacaq. "Qafqazinfo" xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barəd
19 dekabrKarantin rejiminin müddəti uzadıldı
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib. Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsus
20 dekabrDirektoru divara itələyən müəllimlə bağlı - Rəsmi açıqlama+Video
Sosial şəbəkələrdə yayılan Qobustan rayonu Ərəbşahverdi kənd ümumi orta ümumtəhsil məktəbinin müəlliminin direktora qarşı uyğunsuz davranışını əks etdirən video ilə bağlı araşdırma aparılıb. Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dağlıq Şirvan Regional Təhsil İdarəsindən məlumat verilib
19 dekabr19 yaşlı oğlan qəfil öldü
Bakıda gənc oğlan qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə Xətai rayonu Yeni Günəşli qəsəbəsində baş verib. 2006-cı il təvəllüdlü Nihad İsmayıl oğlu Məmmədov səhhətinin anidən pisləşməsi nəticəsində həyatını itirib. Yaxınları onun insult keçirdiyini bildiriblər. Faktla bağlı araşdırm
20 dekabr