Çində koronavirusla necə mübarizə aparılır? - ŞƏRH

Çində koronavirusla necə mübarizə aparılır? - ŞƏRHSon günlər COVID-19 epidemiyasının zəifləməyə başladığı Çindən yaxşı xəbərlər gəlir. Ölkədə hakimiyyət martın 25-dən Hubey əyalətinə giriş-çıxış məhdudiyyətlərini ləğv edir. Aprelin 8-dən etibarən isə COVID-19-un yayılma ocağına çevrilən Uhan şəhəri ilə nəqliyyat əlaqələrində məhdudiyyətlər aradan qaldırılacaq.

Belə bir uğura nail olmaq asan olmayıb. Hər kəs çinlilərin qanunlara tabe olan xalq olduğunu və buna görə, heç bir problem olmadan karantini, bütöv şəhər və vilayətlərə giriş-çıxışın bağlanmasını normal qarşılaya bildiklərini düşünməyə öyrəşib. Əslində isə, hər şey o qədər də sadə deyil.
Media.Az Şençjendə (Çinin cənub-şərqində böyük şəhər) yaşayan ingilis dili müəllimi Nikolay Gerasimovla söhbət edib. O, Çin Xalq Respublikasında indi və epidemiyanın pik səviyyəyə çatdığı vaxtlarda baş verənlərlə bağlı maraqlı təfərrüatlardan danışıb.

"İlk növbədə, qeyd etmək istəyirəm ki, bu dövrdə gələn bütün əcnəbiləri şəxsi hesabına karantinə göndərirlər. Pulsuz səhiyyə xidmətləri yalnız Çin vətəndaşları üçündür. Epidemiya elan ediləndə ölkədə çaxnaşma başladı. Şəhərlərə giriş-çıxışı bağladılar, tibbi vəsaitlərlə dolu yük maşınlarının "ovuna" çıxdılar, hətta COVID-19-un episentri olan Uhan şəhərinin sakinlərinin qapılarını möhürlədilər. Lakin hakimiyyət bu prosesi tezliklə dayandırdı. Çində mülki müdafiə və səhiyyə sistemləri çox yaxşı işləyir. Həkimləri çox səriştəli olmaya bilər, ancaq onlar çoxdur və xəstəxanalar kifayət qədərdir", - deyə həmsöhbətimiz bildirib.

- Karantin rejimi ilə bağlı tədbirlər hələ də davam edirmi?

- Bəli, karantin rejimi saxlanılır. Məktəblər hələ də bağlıdır, buna görə də, işləmirəm. Bu, əlbəttə ki, şəxsən mənim üçün yaxşı deyil.

Hava limanlarında hərəkətlilik aktiv şəkildə süzgəcdən keçirilir, çünki epidemiyaya qədər ölkəni tərk etmiş bir çox çinli digər ölkələrdən qayıdır. Dediyim kimi, əcnəbilər öz hesablarına iki həftəyə qədər karantinə göndərilir. Yaşadığım Şençjendə iki həftədir yeni yoluxma halı qeydə alınmır, ancaq buna qədər bütün ölkədə yoluxma halları aşkarlanırdı. Əlbəttə ki, kütləvi şəkildə deyil – hər şəhərdə bir neçə yüz yoluxma halı müşahidə olunurdu.

İndi vəziyyət tədricən yaxşılaşır. Məsələn, kafelər açılır. Şençjendə insanlar artıq fevralın sonundan işə getməyə başlayıblar. Ancaq məktəblər hələ də bağlıdır.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 4795   Tarix: 25 mart 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17 sentyabr 2021
.

Azərbaycan polisi qondarma "bayrağ"ı maşınların üzərindən süngü ilə qazıdı - VİDEO

Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən 21 kilometr zolağına nəzarət edən Azərbaycan polisi bu yoldan keçən avtomobillərdəki daha bir qanunsuzluğu aradan qaldırmaq üçün maraqlı üsula əl atıb. Belə ki, ərazidəki postda xidmət edən qəhrəman polislərimiz sözügedən yoldan keçən avtomobilləri

17 sentyabr 2021
.

Vətən müharibəsinin 22 iştirakçısı polis oldu

Sentyabrın 17-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə keçirilən respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbua

17 sentyabr 2021
.

Azərbaycan və İran Gorus-Qafan yolundakı vəziyyəti müzakirə edib

İran səfiri Seyid Abbas Musəvi Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə görüşüb. Bu barədə İranın Azərbaycandakı Səfirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə bölgədəki cari dəyişikliklər, xüsusilə də Azərbaycanla Ermənistan arasındakı sərhəd bölgələrində vəziyyət, Gorus-Qafan yolund

18 sentyabr 2021
.

"Yaralanmışam, pensiya ala bilmirəm" - Müharibədə iştirak edən futbolçu

Vətən müharibəsi qazisi, "Kəpəz" klubunun sabiq futbolçusu, 1998-ci il təvəllüdlü Talib Rzayev müharibədə yaralanmağına baxmayaraq, ona hələ də əlillik dərəcəsinin təyin edilməməsindən narazıdır. Bu barədə "Qafqazinfo"ya müraciət edən T. Rzayev bildirib ki, 2019-cu ildə əsgərliy

17 sentyabr 2021
.

Nyu-Yorkda köç edən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılaraq öldü - VİDEO

ABŞ-ın Nyu-York şəhərindən köç etmək istəyən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılıb. Nyu-York Quşları Qoruma qrupu quşların cənuba doğru uçduqları zaman işıqlar və yansıtıcı şüşələr səbəbindən yolu səhv saldıqlarını açıqlayıb. Nəticədə azı 300 quş ölüb

18 sentyabr 2021
.

Ermənilər Nizaminin büstünü bu hala salıb - VİDEO

Məşhur İran və Fransa fotoqrafı, əslən azərbaycanlı Rza Diqqəti işğaldan azad edilmiş Qarabağda erməni vandalizminin daha bir nümunəsini sosial şəbəkə hesabı vasitəsilə dünyanın diqqətinə çatdırıb. qafqazinfo-ya istinadən xəbər verir ki, o, instaqramda dahi Azərbaycan şairi Nizami Gəncəvinin dağıdılmı

17 sentyabr 2021
.

Tovuza dolu düşüb - VİDEO

Tovuzun dağ kəndlərinə leysan yağıb, qısa müddətli dolu düşüb. APA-ya istinadən xəbər verir ki, bu gün rayonun Kirən, Əhmədabad, Əsrik Cırdaxan və Yanıqlı kəndlərinə dolu düşüb. Bəzi kəndlərdə isə yağışdan sonra sel gəlib. Təsərrüfata ciddi ziyan dəymədiyi bildirilir. Hazırda qərb rayonlarında yağıntıl

17 sentyabr 2021
.

Peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus əleyhinə 57 357 vaksin vurulub. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə 39 437 nəfərdir. Vaksinasiyadan keçənlərin ümumi say

17 sentyabr 2021