Hantavirusa yoluxma sayına görə Rusiya ikinci yerdədir

Hantavirusa yoluxma sayına görə Rusiya ikinci yerdədirRusiya hantavirusa yoluxma sayına görə dünyada Çindən sonra ikinci yerdədir.

Bu barədə "İzvestiya" xəbər yayıb.

Məlumata görə, təhlükəli regionlar siyahısına Povoljye bölgəsi, Başqırdıstan Respublikası və Soçi şəhəri daxildir. Xüsusilə ağır vəziyyət 2019-cu ilin qışında Saratov vilayətində qeydə alınıb. Həmin vaxt "Kumısnaya Polyana" təbii parkında təxminən üç min insan yoluxub.

Nəşr vurğulayıb ki, hazırda Rusiyada hantavirusa yoluxan şəxslərin müəyyən edilməsi üçün testlər və müvafiq vaksin (klinik sınaqları hələ başa çatmayıb) hazırlanıb.

Mənbə onu da xatırladıb ki, hantavirusun insandan insana ötürülməsinə rast gəlinməyib.

Qeyd edək ki, bir müddət əvvəl Çində bir kişi hantavirusdan ölüb. Yunnan əyalətinin sakini olan həmin şəxs Şandun yarımadasına gedən ictimai nəqliyyatda vəfat edib. Həkimlər eyni avtobusda olan bütün sərnişinləri yoxlamadan keçirib.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 4227   Tarix: 26 mart 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Yalan detektorundan keçə bilməyən general Ukrayna və İrana dair məxfi məlumatları sızdırdığını etiraf edib

ABŞ-nin Birləşmiş Qərargah Rəisləri Komitəsinin Strateji Planlaşdırma İdarəsinin sabiq rəisi, general-leytenant Brett Silviya Ukrayna və İranla əlaqədar məxfi məlumatları iki fərqli nəşrin jurnalistlərinə ötürdüyünü etiraf edib. xəbər verir ki, bu barədə aparılan araşdırma hesabatına istinadla "Axios"

1 noyabr
.

Polis Halloween bayramını qeyd edən sakinləri saxladı

Hüquq-mühafizə orqanlarının əməkdaşları Moskvanın mərkəzində Halloween bayramını qeyd edən bir neçə nəfəri saxlayıblar. xəbər verir ki, polis, çevik polis və Rosqvardiya əməkdaşları bayram geyimli gənclərin toplaşdığı Kitay-qorod rayonunda reyd keçiriblər. Hadisə yerindən çəkilmiş videoda bir neçə nəfəri

2 noyabr
.

Cey Di Vens məxfi sənədlər əsasında UNO-ları araşdıracaq: "Yaxşı və pis ruhlar mövcuddur"

ABŞ-nin vitse-prezidenti Cey Di Vens uçan naməlum obyektlər (UNO) və qeyri-adi təbiət hadisələrinə dair məlumatları araşdırmaq məqsədilə gizli sənədlərə olan çıxış imkanından faydalanacağını bəyan edib. xəbər verir ki, siyasətçi bu barədə "Fox News" telekanalının efirindəki çıxışı zamanı danışıb

1 noyabr
.

Bolqarıstanda prezident seçkilərinin qalibi qadın oldu

Bolqarıstanda keçirilən prezident seçkilərinin ikinci turunda hazırkı dövlət başçısı İliyana Yotova qalib gəlib. O, yekun nəticələr təsdiqlənəcəyi təqdirdə ümumxalq səsverməsi ilə prezident seçilən ölkənin ilk qadın lideri olacaq. Yotova Ukraynaya əlavə hərbi yardımın göstərilməsinə qarşı çıxır və Rusiy

2 noyabr
.

İlon Mask və "Binance" qurucusu arasında gərginlik: Bir milyard dollarlıq xatırlatma

"Binance" kriptobirjasının qurucusu Çanpen Çjao amerikalı iş adamı və milyarder İlon Maskın "X" sosial şəbəkəsindəki reaksiyasından sonra 1 milyard dollardan çox dəyəri olan "SpaceX" səhmlərini satmaq ehtimalına eyham vurub. bu barədə RBC-ya istinadən xəbər verir. Məlumat

1 noyabr
.

İran ordusu ABŞ-nin hərbi hazırlıqlarını izləyir

İran ordusu ABŞ-nin fəaliyyəti və hərbi hazırlıqlarını izləyir, istənilən hücumun dəf edilməsinə hazırdır. "Report" ISNA-ya istinadən xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrin Baş Qərargah rəisi Əli Abdullahinin açıqlamasında deyilir. "Düşmənçilik xarakterli addımının əlamətlər

1 noyabr
.

Rusiyada siçan qızdırmasına kütləvi yoluxma qeydə alındı

Rusiyada siçan qızdırmasının kütləvi yayılması halları qeydə alınıb. Ölkənin müxtəlif bölgələrində təqribən 1500 nəfər tibbi yardım üçün həkimlərə müraciət edib. xəbər verir ki, bu barədə "SHOT" "Telegram" kanalı məlumat yayıb. Məlumata görə, Nijni Novqorod və Saratov vilayətlərində

1 noyabr
.

Əraqçi: İran şərtləri qəbul edilənə qədər ABŞ ilə birbaşa danışıqlar planlaşdırmır

İran fikir ayrılıqlarının aradan qaldırılması ilə bağlı mövqeyini kifayət qədər aydın hesab etdiyi üçün hələlik ABŞ rəsmiləri ilə görüş keçirmək niyyətində deyil. "Report" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "Telegram" kanalında yazıb. Onun sözlərin

1 noyabr
.

Misirin XİN rəhbəri ABŞ və İran arasında qarşıdurmanın yeni mərhələsi barədə xəbərdarlıq edib

Misirin xarici işlər naziri Bədr Abdel Ati ABŞ və İran arasında silahlı qarşıdurmanın yeni mərhələsinin daha dağıdıcı ola biləcəyi və ağır nəticələrə səbəb olacağı ilə bağlı ciddi narahatlığını ifadə edib. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə o Bəhreyndə keçirilə

1 noyabr