Ekspert: "Sərnişinlər BNA-nın sosial məsafə qaydalarına əməl etməlidirlər"

Ekspert: "Sərnişinlər BNA-nın sosial məsafə qaydalarına əməl etməlidirlər"Koronavirus (COVID-19) infeksiyasının sürətlə yayıldığı bir vaxtda bütün dövlətlər yoluxmanın qarşısını almaq məqsədilə bir sıra tədbirlər görür. Sosial təcridetmənin artırılması üçün Azərbaycanda da sabahdan etibarən xüsusi karantin rejiminin gücləndirilməsi ilə bağlı qərar qəbul olunub.

Virusun yayılmasında ən təhkükəli məkanın ictimai nəqliyyat olduğunu nəzərə alaraq, Bakı Nəqliyyat Agentliyi (BNA) də öznövbəsində "BakuBus" avtobuslarında sosial məsafənin gözlənilməsi qaydalarını tətbiq edib.

Məsələ ilə bağlı "Finans.az"a açıqlama verən nəqliyyat üzrə ekspert Azər Allahverənov atılan addımların bilavasitə ölkə əhalisinin sağlamlığının təmin olunmasına hesablandığını bildirib:

"Beynəlxalq təcrübədən danışsaq deyə bilərik ki, bir sıra dövlətlərdə hətta parklardan oturacaqların belə sökülməsi kimi absurd qərarlar verilir. Çünki insanlar qoyulmuş tələblərə uyğun davranmır və qaydaları pozmağa meyllidirlər. Nəticə etibarilə, hökumət daha sərt addımlar atmağa məcburdur. Azərbaycana gəldikdə isə çox ciddi şəkildə müşahidə olunan məsələ insanların qoyulan bütün tələblərə baxmayaraq yenə də zəruri təhlükəsizlik tədbirlərinə əməl etməməsidir. Ən zəruri tələb olan qoruyucu maska və əlcəklərdən istifadəyə laqeyd yanaşılır".

Ekspertin sözlərinə görə, mövcud vəziyyətdə BNA məcburdur ki, ictimai nəqliyyatda sosial məsafə prinsipini tətbiq etsin:

"Hazırda vətəndaşlarımız yalnız istədikləri nöqtəyə getmək üçün ictimai nəqliyyatdan istifadə edirlər. Lakin əsas məqsəd bu olmamalı, insanlar minimum təhlükəsizlik qaydalarına riayət etməlidirlər. Əksər avtobusların giriş hissəsində dezinfeksiyaedici məhlullar mövcuddur və insanlar bundan asanlıqla istifadə edə bilirlər. Həmçinin avtobusa daxil olarkən və kartı vurarkən insanlar müəyyən məsafə saxlamalıdırlar. Lakin biz qapı açılanda hər kəsin qapının önünə toplaşdığının şahidi oluruq. Burada da sıx təmas yaranır. Nərəzə alsaq ki, avtobusa daxil olanların əksəriyyəti maska və əlcəklərdən istifadə etmirlər, bu zaman təhlükəli vəziyyətin çox yüksək olduğunu deyə bilərik. Təbii ki, BNA avtobusa hər daxil olan şəxsə maska və əlcək verə bilməz. Buna görə də BNA daşıyıcı şirkətlərdən dezinfeksiya edici məhlulların hər zaman təchiz edilmiş şəkildə olmasını tələb edə, həmçinin avtobus salonunun daxilində sərnişin axınının idarə olunması ilə bağlı addımlar ata bilər. Bir oturacağın boş saxlanılması, sosial məsafənin qorunması məsələsi də onlardan biridir".

A. Allahverənov vətəndaşların şəxsi təhlükəsizliyini təmin etmək şərtilə BNA-nın müəyyən etdiyi qaydalara riayət etməli olduğunu bildirib:

"Əgər sərnişinlər avtobuslarda sıx şəkildə dayanırsa, bu hal yolverilməzdir. İnsanlar şüurlu sürətdə avtobusda sıxlığın olduğunu gördükdə növbəti avtobusu gözləməlidirlər. Belə vəziyyətlərdə fəaliyyəti məhdudlaşdırılmayan müəssisə sahibləri işçilərinin gecikmə hallarının ola biləcəyini də nəzərdə saxlamalı və işçilərinin daha təhlükəsiz halda iş yerinə çatmasında maraqlı olmalıdırlar. Sosial məsafə ilə bağlı BNA-nın bu addımı alqışlanmalıdır. Həmçinin infeksiyanın yayılmasının qarşısını almaq üçün yeni tədbirlərin tətbiqinə də ehtiyac var"


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 4018   Tarix: 28 mart 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Millət vəkilinə ağır itki

Milli Məclisinin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanova ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, millət vəkilininin qardaşı Vaqif Əmiraslanov vəfat edib. Qeyd edək ki, Vaqif Əmiraslanov Bakı Humanitar Kollecinin sabiq direktoru olub

25 aprel
.

"Kəpəz" hospitalında əməliyyat olunan yeniyetmə öldü

Bakıda özəl klinikada əməliyyat olunan yeniyetmə ölüb. -a istinadən xəbər verir ki, Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Xalid Səmədov hüquq-mühafizə orqanlarına şikayət ünvanlayıb. O, şikayətində 13 yaşlı oğlu Murad Səmədovun "Kəpəz" hospitalında ürəyindən əməliyyat olunduğunu və əməliyyatda

26 aprel
.

Övladlarını məktəbə göndərməyən valideynləri hansı cəza gözləyir?

Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər bir Azərbaycan vətəndaşının təhsil almaq hüququ var. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Ölkəmizdə I və IX siniflərdə təhsil almaq məcburi olsa da, bəzən təhsildən yayınan və ya yayındırılan şagirdlərə rast gəlinir. Bəzə

26 aprel
.

"Bu bəyanat anti-Azərbaycan qüvvələrinin ölkəmizə olan hikkəsidir" - ŞƏRH

Məlumdur ki, Avropa Parlamenti Azərbaycanla bağlı qətnamə qəbul edib. Qətnamədə qeyd olunur ki, Avropa Komissiyasının Azərbaycanla enerji sahəsində strateji tərəfdaşlığın dayandırılması məsələsinə baxması istənilir. O cümlədən qətnamadə Azərbaycana qarşı bir sıra sanksiyaların tətbiq edilməsi təkli

26 aprel
.

Bəzi tikinti materialları BAHALAŞACAQ

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi çoxtonnajlı avtomobillə yükdaşımaların tənzimləməsi üçün müvafiq qaydaların tətbiqinə başlayıb. Belə ki, ümumi istifadədə olan avtomobil yollarında hərəkət edən nəqliyyat vasitələrinin müxtəlif növləri üzrə onların icazə verilən ümumi kütləsi, qabarit parametrləri

26 aprel
.

Xıdırlıda inşa edilən məktəb belə olacaq

Xəbər verdiyimiz kimi, aprelin 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməlqoyma mərasimində iştirak ediblər. "Qafqazinfo"nun məlumatına görə, Xıdırlı kənd tam orta məktəbinin inşas

26 aprel
.

Sabah 32 dərəcə isti olacaq

Aprelin 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-1

26 aprel
.

İrəvan bundan imtina edir: Paşinyandan ermənilərə "soyqırımı" şilləsi

Ermənistanın baş naziri Nikol Paşinyanın qondarma "soyqırımı"nın ildönümü münasibətilə etdiyi çıxış erməniləri qəzəbləndirib. Buna səbəb Paşinyanın qondarma "soyqırımı" "böyük faciə" adlandırmasıdır. xəbər verir ki, Paşinyan çıxışında cəmi 3 dəfə "soyqırımı" ifadəsin

25 aprel
.

Bulaqlarda erməni saxtakarlığı: Naxış və nişan vuraraq... - VİDEO

Laçın şəhərində daha bir erməni saxtakarlığı üzə çıxıb. Belə ki, ermənilər işğal dövründə Laçın və ətrafında yerləşən bulaqlara naxış və nişan vuraraq özününküləşdirməyə çalışıblar. "Bu bulaqlara üzüm kimi şəkillər çəkərək özlərinin olduğunu göstərmək istəyiblər. Mənim 78 yaşım var, həmişə bu bulağ

25 aprel