Kamran Əliyev: "Üzərində xüsusi buraxılış sənədi olmayanlar karantin rejimini pozmuş hesab olunur"

Kamran Əliyev: "Üzərində xüsusi buraxılış sənədi olmayanlar karantin rejimini pozmuş hesab olunur"Sumqayıtdan Bakı istiqamətinə gedən avtomobillər polis əməkdaşları tərəfindən saxlanılıb. Nəticədə Bakı-Sumqayıt yolunun paytaxt istiqamətində nəqliyyatın hərəkəti iflic olub.

Oxu.Az xəbər verir ki, mövcud vəziyyətlə bağlı videogörüntülər sosial şəbəkədə paylaşılıb. Görüntülərdə Masazır dairəsindən başlayan tıxacın "Ekologiya postu" deyilən əraziyə qədər davam etdiyi görünür.

Məsələyə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Oxu.Az-a açıqlamasında münasibət bildirib:

"Günlərdir kütləvi informasiya vasitələrindən əhaliyə müraciət olunur. Zərurət olmadan evdən çıxmamaq, şəxsi avtomobillərdən istifadə etməmək tövsiyə edilir. Lakin əhalinin böyük hissəsi mövcud vəziyyətin ciddiliyini başa düşmür. Xüsusi karantin rejimində bu qədər nəqliyyat vasitəsinin gediş-gəlişinə icazə verilsə, yoluxma halları daha da artacaq. Bu gün son məlumatlara görə, daha 61 nəfərdə koronavirus aşkar olundu.

Bakı-Sumqayıt yolunda sıxlıq yaradan insanlar düşünsün ki, iki dəqiqə ərzində yollarda nə qədər nəqliyyat vasitəsi yığılır. Onların hamısı zərurətdəndirmi? Bu qədər insanlar həyati vacib olan sahələrdə çalışır? Təəssüf ki, xeyr. Karantin rejiminin qaydalarına ciddi yanaşılmalıdır".

K.Əliyev onu da qeyd edib ki, xüsusi karantin rejiminə riayət etməyən şəxslər qanunvericiliyin tələblərinə uyğun olaraq, məsuliyyətə cəlb olunacaqlar:

"Belə ki, Nazirlər Kabinetinin qərarına əsasən, xüsusi rejim dövründə insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələri, eləcə də həmin sahələrdə çalışan şəxslər, təxirəsalınmaz tibbi yardıma zərurət olan, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yaranan məqamlar istisna olmaqla, digər hallarda yola çıxan nəqliyyat vasitələri geri qaytarılır.

Həyati əhəmiyyətli sahələrdə çalışan şəxslərdən isə xahiş olunur ki, mütləq şəkildə üzərlərində şəxsiyyəti təsdiq edən sənəd, çalışdıqları müəssisələrə aid vəsiqə və rəhbərlik tərəfindən həmin xidmətdə işlədiyinə dair müvafiq arayış olmalıdır. Həmin an polis əməkdaşı dəqiqləşdirə bilməz ki, şəxs hazırda həmin yerdə çalışır, yoxsa yox. Rəhbərlik tərəfindən verilən müvafiq sənəd mütləq olmalıdır. Əks təqdirdə, həmin şəxs və ya şəxslər karantin rejimini pozmuş hesab olunurlar.

Eyni zamanda, polisin xəbərdarlığına məhəl qoymayan, karantin rejimini pozmağa cəhd edən şəxslər qanunvericiliyin tələbinə uyğun olaraq, məsuliyyətə cəlb olunacaqlar".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2073   Tarix: 01 aprel 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Bakıda velosiped yollarına quraşdırılan baryerlər kimlərin qəzəbinə tuş gəlib? - FOTO

Bakının bəzi küçələrində salınan velosiped yollarında quraşdırılan baryerlərə ziyan vurulur. xəbər verir ki, artıq bir neçə müddətdir ki, şəhərin müxtəlif küçələrində velosiped zolaqlarının kənarına düzülən bu baryerlərin yerindən çıxarıldığı və bəzi yerlərdə hətta kənara atıldığı müşahidə olunur. Bə

26 aprel
.

Azərbaycanda bu məşhur zavod bağlanır

"Qazax Konserv Zavodu" ASC-nin səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək. İqtisadiyyat.az xəbər verir ki, yığıncağın iyunun 10-da keçirilməsi planlaşdırılıb. Səhmdarların ümumi yığıncağında aşağıdakı məsələlər müzakirə ediləcək:. 1) 31.12.2023-cü il tarixdə başa çatmış maliyyə ili üzr

26 aprel
.

Əhməd Əhmədovun qətlə yetirdiyi anasının yerinə yeni təyinat - FOTO

Fevralın 13-də qətlə yetirilən Bakı şəhəri 59 nömrəli tam orta məktəbin direktoru Pikə Əhmədovanın yerinə yeni təyinat olub. xəbər verir ki, bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, sözügedən məktəbin vakant olan direktor vəzifəsin

26 aprel
.

Çernobıl qəzasından 38 il ötür

Bəşəriyyət tarixində ən böyük qəzalardan hesab edilən Çernobıl faciəsindən 38 il ötür. 1986-cı ilin bu günü yəni, aprelin 26-da Ukraynanın Kiyev vilayətində yerləşən Çernobıl atom-elektrik stansiyasının dördüncü enerji blokunda yanğın baş verib. Alov genişlənərək üç bloku bürüyüb. Hadisədən sonra həya

26 aprel
.

Bakının bu rayonunda qaz kəsiləcək

Bu gün saat 23:00-dan etibarən Bakının Nəsimi rayonunun Abbasqulu ağa Bakıxanov küçəsi ilə Ağadadaş Qurbanov küçəsinin kəsişməsində qaz xəttində aşkar olunmuş sızmanın ləğv edilməsi məqsədi ilə qaz təchizatı dayandırılacaq. -ın məlumatına görə, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz"

26 aprel
.

Millət vəkilinə ağır itki

Milli Məclisinin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanova ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, millət vəkilininin qardaşı Vaqif Əmiraslanov vəfat edib. Qeyd edək ki, Vaqif Əmiraslanov Bakı Humanitar Kollecinin sabiq direktoru olub

25 aprel
.

DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI

Havaların qızmasına baxmayaraq, son zamanlarda uşaqlar arasında yeni virus yayılıb. Bu virus özünü yüksək hərarət, səpkilərlə biruzə verir. Bəziləri isə bu virusun rozeola xəstəliyi olduğunu iddia edir. Maraqlıdır, görəsən, uşaqlar arasında yayılan bu viruslar hansılardır?. Məsələ ilə bağlı pediatr Elşə

25 aprel
.

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

"Karvan İstehsalat Kommersiya Şirkəti" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib. Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində məhkəməyə Namiq Abdullayev Nurəddin oğlu müraciət edib. O, şirkət rəhbərliyi barəsində "Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələ

26 aprel
.

Bakıda 21 yaşlı model bədbəxt hadisədə öldü - Foto

Bakıda gənc qız dəm qazından boğulub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Nəsimi rayonu Moskva prospektindəki evdə yaşayan 2003-cü il təvəllüdlü Kamilə Həsənova dəm qazından boğularaq vəfat edib. Bildirilib ki, K.Həsənova aktrisa-model kimi də fəaliyyət göstərirmiş. O, həm də Moskv

26 aprel