"Azəriqaz": "Cəmiyyətdə dolaşıq fikir yayanlar barədə ölçü götürülməlidir"

"Azəriqaz": "Cəmiyyətdə dolaşıq fikir yayanlar barədə ölçü götürülməlidir""Azəriqaz" İstehsalat Birliyi koronavirus infeksiyasının yayıldığı bu günlərdə dolaşıq fikir yayan bəzi mətbuat orqanları barədə tədbir görülməsini istəyir.
"Report" xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilib.
"Bildiyimiz kimi, hazırda çox həssas dövrü yaşayırıq. Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün Azərbaycan Hökumətinin atdığı addımlar, qəbul etdiyi qərar və tövsiyələri hər bir Azərbaycan vətəndaşı anlayışla qarşılamalıdır. Bu təhlükənin yarada biləcəyi fəsadlarla mübarizədə biz yalnız birlikdə güclü ola bilərik.
Belə bir dönəmdə "Azəriqaz" İstehsalat Birliyi az işçi qüvvəsi ilə çox iş görməyə çalışır ki, qaz təchizatında problemlər yaşanmasın. İnsanlar arasında bu infeksiyanın daha geniş yayılmaması üçünəmək haqları saxlanılmaqla ümumi işçilərin 20%-i növbədənkənar məzuniyyətə göndərilib. Martın 29-dan etibarən isə 60 yaşdan çox yaşı olan abonentlər üçün sosial aksiyaya start verilib və onların qaz təsərrüfatı ilə bağlı problemlərinin həllini səyyar qruplar həyata keçirir",- açıqlamada qeyd edilib.
Bildirilib ki, lakin belə məqamda da vəziyyətdən istifadə etmək, əsassız sosial məsələləri şişirdərək narazılıqlar yaratmaq istəyən bəzi "media" qurumları və internet resurslarının fəaliyyəti başa düşülən deyil. "Səhifələrində əlaqə koordinatları tapılmayan belə mənbələrin bəziləri Gəncə şəhərində çayxana işlədən Tural adlı bir şəxsin qazının kəsilməsi barədə məsələni qabardıb. Onun karantin rejiminin tətbiqinə dair etirazından yazıblar.Lakin həmin şəxsin koordinatlarını qeyd etməyiblər. Bu barədə Birliyimizdən də mövqe alınmayıb.
"Azəriqaz" İstehsalat Birliyinin Gəncə Regional qaz istismarı İdarəsi bütün günü belə bir abonentin axtarışında olub, lakin fakt təsdiqini tapmayıb. Əgər bu barədə yazını hüquq mühafizə orqanları araşdırarsa, bir olmağımızın vacib sayıldığı zamanda, hökumət əleyhinə çağırışa səsləyir kimi məsələlərə toxunulduğunun şahidi olarlar. Belə mövzulardan yazanların diqqətinə çatdırmaq istərdik ki, "Azəriqaz" İstehsalat Birliyinin sosial şəbəkələrdəki ünvanlarına nəzər yetirsinlər. Sosial aksiyadakı iştirakımızdan yazsınlar demirik, sadəcə baxıb onlar da ən azı bizim etdiyimizin 10%-i qədər təşəbbüsilə çıxış etsinlər. İnanırıq ki, indiki ağır vəziyyətdə cəmiyyətimizdə fikir dolaşıqlığı yaradanlar barədə hüquq mühafizə orqanları, eləcə də Mətbuat Şurası araşdırma aparacaq və öz tədbirlərini görəcəklər",- "Azəriqaz" İB-dən bildirilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1083   Tarix: 02 aprel 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ofisiantların ölümünə görə tutulan icarədarın həbs müddəti artırıldı

Binəqədidə 4 gəncin elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı həbs edilən "Lake Hotel"in icarədarı Ağasif Verdiyev yenidən məhkəməyə çıxarılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, prokuror cinayət işi üzrə zəruri istintaq hərəkətlərinin davam etməsi ilə əlaqəda

19 dekabr
.

Sabah hava necə olacaq?

Azərbaycanda dekabrın 21-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəz

20 dekabr
.

Ağakərimdən danışan Ağamirzə: "Sonuncu dəfə 5 il bundan əvvəl danışmışıq"

"Biz Ağakərimə mütəmadi olaraq baş çəkirdik. 10-20 gündən bir biz onu ziyarət edirdik. Demək olar ki, hər gün oğlu ya da bacısı oğlanları ilə telefonla danışırdıq". Qaynarinfo xəbər verir ki, bu sözləri "Xəzər axşamı" verilişinə açıqlaması zamanı meyxanaçı Ağamirzə Məmmədov deyib

20 dekabr
.

"Dəyirman"ın Anarı bu qurumda yüksək vəzifədə çalışır - Foto

Məşhur "Dəyirman" qrupunun keçmiş üzvü Anar Abdullayev qurumların birində yüksək vəzifədə çalışır. xəbər verir ki, bununla bağlı məlumat yayıb. Bildirilib ki, o, 2023-cü ildən "AzerGold" QSC-də müşavir kimi fəaliyyət göstərir. Qeyd olunub ki, "Dəyirman" qrupu dağıldıqda

20 dekabr
.

Meyxanaçı Kərim dəfn edilidi (FOTO)

Meyxanaçı Kərim Novruzov Maştağa qəsəbəsində yerləşən Seyidəli qəbiristanlığında dəfn olunub. APA xəbər verir ki, dəfn mərasimində mərhumun ailə üzvləri və sənət dostları iştirak ediblər. Qeyd edək ki, Kərim Novruzovla vida mərasimi yaşadığı evdə keçirilib. Xatırladaq ki, o, dünən uzun sürən xəstəlikdə

20 dekabr
.

Bəzi şəxslər 100 manatlıq bu rüsumu ödəməyəcək

Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmaların əhatə dairəsi genişləndirilir. xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Dövlə

19 dekabr
.

Azərbaycanda əsgərlik müddəti azaldılacaq - Ekspert AÇIQLADI

Azərbaycanda hərbi xidmət müddətinin azaldılması məsələsi artıq ictimai müzakirə mərhələsini geridə qoyub və real mexanizmə çevrilmək üzrədir. Bu addım ölkənin ərazi bütövlüyü və suverenliyinin təmin olunmasından sonra gündəmə gələn təbii və zəruri proseslərdən biridir. xəbər verir ki, bu sözləri -

20 dekabr
.

"2 500-dək tibbi avadanlıq, cihaz və tibbi inventarlar satın alınıb" - Vüqar Qurbanov

"2025-ci ilin ötən dövrü ərzində tibb müəssisələrinin fəaliyyətinin optimallaşdırılması, diaqnostik və müalicə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə müxtəlif profilli tibb müəssisələrinin ehtiyacları nəzərə alınaraq, diaqnostik, reanimasiya, laboratoriya, cərrahi, fizioterapiya v

19 dekabr
.

Bu restoranların menyularında "dəvə qutabı" olsa da, özü yoxdur... - Fotolar

Daxil olan müraciətlər əsasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Sumqayıt şəhəri, Sahil küçəsində fəaliyyət göstərən bir sıra ictimai iaşə obyektlərində reyd keçirib. "Qafqazinfo" xəbər verir ki, yoxlama zamanı "Nicat" restoranı və "Balıqçı" kafesində "dəv

20 dekabr