Bakıda ötən gün 50 min sərnişin daşınıb - YENİLƏNİB
İlk xəbər saat 12:02-də verilib
Aprelin 1-də Bakıda müntəzəm və ekspress xətt avtobusları ilə təxminən 50 min sərnişin daşınıb.
"Report" xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi brifinqdə məlumat verib.
Onun sözlərinə görə, bunun 21 mini səhər saat 7-dən 10-na qədər 95 ekspress xətt avtobusu, 29 mini isə axşam saat 5-dən 8-ə qədər özəl daşıyıcılara məxsus müntəzəm xətt avtobusları ilə daşınıb.
"Martın 31-dən etibarən Bakı metrosunun fəaliyyəti dayandırılıb. Bu gün əsas sərnişin daşınması avtobuslar vasitəsilə həyata keçirilir. Aprelin 1-də müəyyən sıxlıq yaranmışdı. Bu sıxlıq avtobusların olmamasından deyil, sərnişinlərin narahatlığından irəli gəlib. Halbuki, biz elan etmişdik ki, marşrut xətləri normal fəaliyyət göstərəcək. Avtobus cəhətdən çatışmazlıq yoxdur", - deyə V.Kərimli əlavə edib.
Xatırladaq ki, Operativ Qərargah əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin olunması məqsədilə Bakı metrosunun bağlanmasına, sərnişin daşımalarının yalnız müntəzəm və ekspres xətt avtobusları ilə həyata keçirilməsinə qərar verib. Bundan sonra BNA bütün ekspres xətlər üzrə avtobusların iş qrafikini saat 07:00-dan 20:00-a qədər olmaqla dəyişdirib. Müntəzəm xətlər üzrə avtobusların iş qrafiki isə olduğu kimi saxlanılıb.
Sonxeber.az
Telegramda izləyin
instagramda izləyin
Sosial Baxılıb: 723 Tarix: 02 aprel 2020
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşMilli Məclis gələn il üçün yaşayış minimumunu təsdiqləyib
Milli Məclisin bu gün keçirilən iclasında "2024-cü il üçün yaşayış minimumu haqqında" qanun layihəsi II oxunuşda müzakirəyə çıxarılaraq qəbul edilib. -ın xəbərinə görə, layihəni parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edib. Layihədə 2024-c
5 dekabrMilli Məclis Ağdərə rayonunun yaradılması ilə bağlı layihəni müzakirə edir
Ağdərə rayonunun yaradılması ilə bağlı qanun layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb. -ın xəbərinə görə, qanun layihəsini Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov təqdim edir. Layihəyə əsasən, inzibati ərazi vahidi kimi 1992-ci ildə ləğv olunan və onu
5 dekabrBaş nazir: "Büdcə xərclərinin ÜDM-də payı 31 %-ə yüksəlib
Əgər 2017-ci ildə Azərbaycanda dövlət büdcəsi xərclərinin ümumi daxili məhsulda (ÜDM) payı 25 % idisə, 2024-cü ildə 31%-ə yüksələcək, xərclərdə 2 dəfədən çox artım olacaq. xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Baş nazir Əli Əsədov bildirib. "2024-cü ildə büdcəni
5 dekabrParlament gələn il üçün ehtiyac meyarının həddini qəbul edib
Milli Məclisin bu gün keçirilən iclasında "2024-cü il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihəsi II oxunuşda müzakirəyə çıxarılaraq qəbul edilib. -ın xəbərinə görə, layihəni qanunverici orqanın Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev təqdim edib. Qanun layihəsində ünvanl
5 dekabrSon 3 ildə Azərbaycanda qəzalı məktəblərin sayı 30% azalıb
Son 3 ildə Azərbaycanda qəzalı məktəblərin sayı 30% azalıb. Sonxeber az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov dekabrın 5-də keçirilən parlamentin plenar iclasında çıxışı zamanı deyib. O qeyd edib ki, bu dörvr ərzində 275 məktəbin tikintisi və ya əsaslı təmiri aparılıb
5 dekabr