İnsanlar əvvəlcə kor olurdular, sonrasa boğulurdular… - Dünya tarixinin ən dəhşətli faciəsinin TƏFƏRRÜATI - FOTO

İnsanlar əvvəlcə kor olurdular, sonrasa boğulurdular… - Dünya tarixinin ən dəhşətli faciəsinin TƏFƏRRÜATI - FOTO20-ci əsrin tarixinə kütləvi insan qırğını ilə nəticələnən bir çox hadisələr yazılıb. Birinci və İkinci Dünya müharibələri, Yaponiyaya iki atom bombasının atılması, "İspan qripi" pandemiyası, təbii fəlakətlər, zəlzələlər, sunamilər, milli münaqişələr, qəzalar və s...

Sonxeber.az musavat.com-a istinadən bildirir ki, dünyanın yaxın tarixində böyük faciə ilə nəticələnən belə hadisələrdən biri də 1984-cü ildə Hindistanın Bhopol şəhərində baş verib.

Bhopol faciəsi kimi tarixə düşən bu hadisə dünya tarixində qurbanlarının sayına görə ən böyük kimyəvi fəlakət sayılır. Şəhərdə fəaliyyət göstərən "Union Karbide" şirkətinin kimyəvi zavodunda baş verən qəza nəticəsində 18 min insan həlak olub, 500 mindən artıq adam qəzadan ciddi zərər çəkib.

1970-ci ildən başlayaraq Hindistan hökuməti iqtisadiyyatının dirçəlməsi üçün xarici investorları ölkəyə cəlb etmək istiqamətində iş aparanda, Amerika Birlşmiş Ştatlarının "Union Karbide" şirkəti də Bhopol şəhərində kimyəvi zavod açıb. Zavod kənd təsərrüfatında istifadə edilmək üçün pestisid istehsal edib.

Qeyd edək ki, zəhərli kimyəvi maddələrdən hazırlanan pestisidlər kənd təsərrüfatında becərilən mədəni bitkiləri və məhsulları ziyanvericilərdən qorumaq, eləcə də bitkilərin məhsuldarlığını artırmaq üçün istifadə olunub.

Şirkət rəhbərliyi hər il dünyada istehsal olunan dənli bitkilərin üçdə birinin ziyanvericilər və fitopatoloji göbələklər vasitəsilə məhv olduğunu nəzərə alaraq, belə düşünüblər ki, istehsal etdikləri məhsula dünya bazarında xüsusi tələbat olacaq və zavod kifayət qədər böyük gəlirlə işləyəcək.

İlk illərdə hər şey düşünüldüyü kimi olub, zavod gəlirlə işləyib. Amma ötən əsrin 80-ci illərinin əvvəllərindən başlayaraq istehsal olunan məhsula tələbat kəskin şəkildə azalıb. Gəlirlər azaldıqca zavodda işləyənlərin maaşları da azaldılıb, ixtisarlar olunub. Amma bunlar zavodu çətin vəziyyətdən çıxara bilməyib.

Vəziyyətdən çıxış yolu tapmaq üçün şirkət rəhbərliyi bütün vasitələrə əl atıb. Zavodun normal fəaliyyəti üçün sərf olunan vəsaitlərə qənaət edilməyə başlanıb. O cümlədən, texniki təhlükəsizlik sahəsinə ayrılan vəsait də dörd dəfə azaldılıb.

Zavod inşa edilərkən onun yeraltı rezervuarlarında texniki göstəricilərə görə 1 ton metilizosionat maddəsinin saxlanılması nəzərdə tutulub. Yəni, rezervuarlara bundan artıq kimyəvi maddənin yerləşdirilməsi təhlükəsizlik baxımından ciddi pozuntu sayılıb. Buna baxmayaraq 4 yeraltı rezervuarda 42 ton metilizosionat saxlanılıb.

Əsas təhlükəsizlik şərtlərindən biri rezervuarlarda tələb olan temperaturun saxlanılması olub ki, bu şərtə də əməl edilməyib. Belə ki, rezervuarlarda temperatur 39.5 dərəcəyə qalxıb və yaranmış təzyiq qəza klapanlarını dağıdıb.

Beləliklə, 1984-cü il dekabrın 3-də, gecə saat 2-də rezervuarların yeraltı partlayışından sonra havaya 42 ton metilizosionat qazının sızması başlanıb.

Qəzanın ilk saatlarında 3 min nəfər həlak olub. Sonrakı bir il ərzində isə həlak olanların sayı 15 minə çatıb. Bhopol faciəsi sonralar 500 mindən artıq insanın səhhətində ciddi problemlər yaradıb.

Qəza gecə baş verdiyindən şəhər əhalisi ilk dəqiqələrdə çaşqın vəziyyətdə qalıblar, nələrin baş verdiyini anlamayıblar. Öskürək, təngnəfəslik, hava çatışmazlığı, gözlərdə və ürəkdə dəhşətli ağrılar qısa zaman kəsiyində çoxsaylı ölümlərlə nəticələnib.

Həkimlər dərhal səfərbər olsalar da, onlar insanlara lazımi yardımı edə bilməyiblər. Çünki tibb işçiləri onların nədən zəhərləndiyini bilməyiblər. Zavod rəhbərliyi kommersiya sirri olaraq, hansı kimyəvi maddələrdən istifadə etdiklərini, havaya hansı zəhərli qazın sızmasını məxfi saxlayıblar.

Hadisənin şahidi olan ingilis mühəndis Jeyms Beyker sonralar Bhopol faciəsi ilə bağlı yazdığı xatirələrdə həmin dəhşətli hadisəni belə xatırlayıb: "Bu faciəni dünyanın ən ağır müharibələrindəki ən dəhşətli döyüş səhnələri ilə də müqayisə etmək olmaz. İnsanlar bir göz qırpında məhv olurdular. Burada nə silahların tətiyi çəkilirdi, nə də atəş səsləri eşidilirdi. Bir dəfə dərindən nəfəs almaq kifayət edirdi ki, həyatınla vidalaşasan. Adamların çoxu əvvəlcə kor olurdular, sonra isə boğulurdular. Çoxları elə yataqda, yuxuda olduqları vaxt zəhərlənib, ölmüşdülər. Qəzanın gecə baş verməsi isə əhalini daha da təşvişə salmışdı, insanlar nə edəcəklərini bilmirdilər. Zəhərli hava təkcə insanları deyil, ətrafdakı bütün yaşıllıqları, heyvanları da məhv edirdi. Bhopol sözün əsl mənasında, dəhşətli bir cəhənnəmi xatırladırdı..."

Üstündən neçə illər ötsə də, Bhopol faciəsinin səbəbinin nə olduğu bu günə qədər də rəsmən bəyan edilməyib. Ümumi məlumat olaraq, qəzanın səbəbi texniki təhlükəsizlik qaydalarının pozulması kimi göstərilib.

Qəza ilə bağlı üç illik məhkəmə araşdırmalarından sonra "Union Karbide" şirkəti 1987-ci ildə qəzadan zərərçəkənlərə 470 milyon dollar təzminat ödəyib. Təzminat ödənilərkən, məhkəmə zərərçəkənlərin bir daha ittiham qaldırmayacağını rəsmən bəyan edib.

10 minlərlə insanın həyatına son qoyanların cəzası isə yüngül olub. "Union Karbide" şirkətinin 7 vəzifəli şəxsi 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər və 2 min dollar məbləğində cərimə olunublar.

Bhopolda baş verən qəzanın fəsadları bu gün də özünü göstərməkdədir. Statistik göstəricilərə görə, bu şəhərdə xərçəng və endokrin xəstəliklərindən əziyyət çəkənlərin sayı daha çoxdur.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 7687   Tarix: 05 aprel 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Səhvən ayağını əzdiyi şəxsin xəstəxana xərclərini ödəmədi, ÖLDÜRÜLDÜ - VİDEO

Səhvən ayağını əzdiyi şəxsin xəstəxana xərclərini ödəməkdən imtina edən dükan sahibi bıçaqlanaraq öldürülüb. xarici mediaya istinadən xəbər verir ki, İstanbulda baş verən hadisədə mağaza sahibi həmin küçədə mebel satışı ilə məşğul olan şəxsin oğlunun ayağını maşını ilə əzib. Mağaza sahibi xəstəxana xərclərin

25 aprel
.

Cümə namazında Atatürkü təhqir edən gəncə 3 il 9 ay həbs verildi

Türkiyənin İstanbul şəhərinin Qayrettəpə rayonundakı cümə namazında iştirak etmiş və Mustafa Kamal Atatürkü barədə təhqirlərə yol verən gənclərdən biri barəsində məhkəmə qərar çıxarıb. İHA-ya istinadən xəbər verir ki, onun barəsində 3 il 9 ay müddətinə həbs cəzası verilib. Qeyd edək ki, məsciddə Atatür

26 aprel
.

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - SİYAHI

Dünyanın müxtəlif yerlərini görmək və yeni mədəniyyətlərlə tanış olmaq üçün çoxlu pul xərcləməli olduğumuzu düşünürük. Ancaq bu tam olaraq belə deyil. Əgər məqsəd yeni yerlər kəşf etməkdirsə, o zaman büdcənizə uyğun ölkələrə baş çəkə bilərsiniz. Çünki elə şəhərlər var ki, oralara ucuz qiymətə gedə v

26 aprel
.

Ailəyə atalarının yerinə başqa meyit verdilər

Kubada tətildə olarkən qohumunu itirən kanadalı ailə səhvən Rusiyadan olan kişinin cəsədini alıb. xarici mediaya istinadla xəbər verir ki, Fərəc Jarjour martın 22-də Varaderoda vəfat edib. Ailə 68 yaşlı iki uşaq atasını meyitini götürəndə tabutun içində təxminən 20 yaş kiçik, tatuajlı və qalın saçl

26 aprel
.

Özünü həkim kimi təqdim edən gənc 84 yaşlı iflic qadına təcavüz etdi

Türkiyədə 23 yaşlı gənc 84 yaşlı iflic olan qadına təcavüz edib. xarici mediaya istinadən xəbər verir ki, Türkiyənin Bursa şəhərində özünü həkim kimi təqdim edən gənc iflicli qadına təcavüz edib. O qadına sizə "sizi müayinə etməyə gəldim" deyib. İflicli qadına cinsi təcavüz etdiyi iddia edilə

26 aprel
.

Ana 7 aylıq körpəsini yolun ortasına atdı

Türkiyədə ana 7 aylıq körpəsini yolun ortasına qoyub. yerli mediaya istinadla bildirir ki, hadisə Karabük şəhərinin Bayır məhəlləsində qeydə alınıb. E.H.-nın küçədə qoyduğu 7 aylıq körpəsini satıcılardan biri götürüb. Lakin sonradan qadın gələrək uşağı alıb. Məsələ ilə bağlı polis araşdırmaya başlayıb

25 aprel
.

Avtobus sürücüsünün burnunu sındırdı - VİDEO

Avtobus sürücüsü hücuma məruz qaldı. Sinxəbər.az xarici mediaya istinadən xəbər verir k, hadisə Türkiyənin Kocaeli şəhərində baş verib. Kocaelinin Gebze rayonunda avtobus sürücüsü yolda rastlaşdığı düşmənin hücumuna məruz qalıb. Hadisə zamanı hücuma məruz qalan sürücünün burnu sınıb. Burnu sınmış avtobu

25 aprel
.

Bir il əvvəl yoxa çıxan modelin nəşi morqda tapılıb

Bir ildir itkin düşən taylandlı model Kaikan Kaennakamın cəsədi Bəhreyndə morqda tapılıb. xarici mətbuata istinadən xəbər verir ki, Kaikan modellik karyerasından sonra ailəsini dolandırmaq üçün Taylanda köçüb və restoran biznesində işləməyə başlayıb. 2023-cü ilin aprelində sosial media paylaşımların

25 aprel
.

Həbsxanadan qaçmaq üçün tunel qazıb polis idarəsinə çıxdılar - VİDEO

Venesuelada həbsxanadan qaçmaq istəyən məhbuslar sürprizlə qarşılaşıblar. "Dail Mail"ə istinadla bildirir ki, hadisə Marakaybo şəhərində baş verib. 20 məhbus cəzaçəkmə müəssisəsindən qaçmaq üçün tunnel qazıblar. Onlar tuneldən çıxarkən səhv etdiklərini başa düşüblər. Belə ki, tunelin digə

26 aprel