Koronavirusa görə ikinci "Marşal Planı" ola bilərmi?-Politoloq RƏYİ

Koronavirusa görə ikinci "Marşal Planı" ola bilərmi?-Politoloq RƏYİAvropa Komissiyasının sədri Ursula fon der Lyayen Avropanın yeni "Marşall planı"na, çoxmilyardlıq investisiyalara ehtiyac duyduğunu bəyan etdi. Bununla da, Avropa İttifaqı rəhbərliyi açıq şəkildə koronavirus pandemiyası səbəbindən qitə iqtisadiyyatının ağır fəlakətlə rastlaşdığını təsdiqlədi.

1948-ci ildə ABŞ dövlət katibi Con Marşallın hazırladığı Avropaya maliyyə yardım planı İkinci Dünya müharibəsindən sonra dağıdılmış hala düşmüş Qərbi Avropa ölkələrinin iqtisadiyyatını bərpa etməyə imkan verdi. Lakin bu gün Avropanın ABŞ-dan belə təsirli dəstəyi gözləməyin əsası varmı? Yoxsa yeni "Marşall planı"nın intizarında olan Avropa İttifaqının rəhbərliyi maliyyə yardımına dair ümidlərini digər qlobal güc mərkəzləri ilə bağlayır?

Koronavirus dünya iqtisadiyyatını iflic edib, inkişaf etmiş ölkələr belə tənəzzül içərisindədirlər. Dünyanın əsas maliyyə qurumu olan Beynəlxalq Valyuta Fondu da hamıya kömək əlini uzada bilməyəcək. Təxminən 80 ölkə Fonddan yardım istəyib. Fond yanğınsöndürən maşın deyil ki, onlarla ölkənin eyni zamanda milyardlarla dollar dəstək istəyini yerinə yetirə bilsin.

Bu sözləri Sonxeber.az-a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin direktoru, politoloq Elxan Şahinoğlu deyib.

Politoloq bildirib ki, belə şəraitdə hər bir dövlət hazırki vəziyyətdən təkbaşına çıxış yolu axtarmaq məcburiyyətindədir:

"Ancaq ağır karantin şərtləri davam etdikcə, vəziyyət düzəlməyəcək. Ona görə də bəzi liderlər və ekspertlər kononavirus sonrası iqtisadi model barədə təkliflər verməyə başlayıblar. İlk təklif Avropa İttifaqı Komissiyasının rəhbəri Ursula von der Leyendən gəlib.

Avropa İttifaqı Komissiyasının rəhbəri Avropa üçün yeni "Marşal planı"na ehtiyac olduğunu bildirib. Məsələ burasındadır ki, Avropa İttifaqının büdcəsinə və yatırımlar portfelinə milyardlarla dollar və ya avro ianəyə ehtiyac yaranıb. Avropa İttifaqı ölkələri təkbaşına bu ianələri toplamayacağının fərqindədirlər. Ursula von der Leyen ianənin tapılmayacağı halda vəziyyətin necə olacağını qısa şəkildə izah edib: "Gələcək faciənin qarşısını almaq lazımdır".

"Marşal planı" İkinci Dünya Müharibəsindən sonra Avropanı ayağa qaldırdı. Müharibədən sonra Avropa ölkələrinin iqtisadiyyatları dağılmışdı, köhnə qitənin kənar dəstəyə ehtiyacı var idi. Amerika Birləşmiş Ştatlarının o illərdəki dövlət katibi Corc Marşalın təklifi ilə müharibədən zərər görən ölkələrə iqtisadi yardım planı təklif etdi. Ona görə də bu plan tarixə "Marşal planı" kimi düşür. Koronavirusu üçüncü dünya müharibəsi kimi qiymətləndirənlər var. Buna görə Avropa bu müharibənin ağır iqtisadi yekunlarını yenidən Amerikanın ianələri hesabına ortadan qaldırmaq istəyir. Ancaq bu dəfə Amerikanın Avropanın yardımına tələsəcəyini söyləmək çətindir.

İkincü Dünya Müharibəsi Avropa iqtisadiyyatını darmadağın etsə də, ABŞ iqtisadiyyatına zərər yetirməmişdi, əksinə, Amerika müharibədən iqtisadi imkanlarını artıraraq çıxmışdı. Bu dəfə isə belə deyil. Koronavirus Avropa ilə yanaşı Amerikanı da vurub. Virusa yoluxan ölkələrin başında Amerika gəlir, ölənlərin sayı sürətlə artır. ABŞ prezidenti Donald Tramp virusdan ölkəsində ən azı 200 min insanın öləcəyini proqnozlaşdırıb. Virus Amerikada işsizlərin sayını artırıb. Karantin Amerikada bir neçə həftə də davam etsə, Amerika iqtisadiyyatı daha ağır zərbələr alacaq. Belə vəziyyətdə Amerika yalnız özünə kömək edə bilər, başqasının və ya başqalarının xilasına tələsməyəcək. Donald Trampın şüarı da məlumdur: "Birinci növbədə Amerika!"

Avropa İttifaqı üçün yeni "Marşal planını" böyük maliyyə resurslarına malik olan Çin təklif edə bilər. Koronavirus Çində başlasa da, xəstəlik bu ölkənin iqtisadiyyatını və reruslarını iflic etmədi. Doğrudur, təxmini hesablamalara görə Çin 60 milyard dollar itirdi, ancaq bu Pekin üçün böyük itki deyil. Çin Avropa üçün Amerikanı əvəz etmək istəyərdi. Ancaq Avropa İttifaqının Çindən maliyyə dəstək istəməsi köhnə qitənin siyasi quruluşunu dəyişə bilər. Yəni, Çin Avropa üçün Amerikanı əvəz edə bilər, ancaq bundan sonra Pekinin Avropa dövlətlərindən siyasi tələbləri də olacaq. Buna isə Avropa hazır deyil. Ona görə də Brüsselin Pekindən yeni "Marşal planının" yatırımçısı olacağını gözləməsi problematikdir. O başqa məsələ ki, Avropa İttifaqının bəzi ölkələri Brüsseldən iqtisadi dəstək görməsələr, özləri birbaşa yardım məqsədilə Pekinə müraciət edəcəklər. Belə ölkələrdən biri İtaliya ola bilər.
İtaliyanın baş naziri Cuzeppe Konte Almaniyaya təklif edib ki, bazara avrobondlar buraxılsın. Konte avrobondlar vasitəsilə İtaliya iqtisadiyyatını xilas etmək istəyir. Ancaq Berlin İtaliya baş nazirinin bu təklifini rədd edib. Berlin dağılan İtaliya iqtisadiyyatının yükünü daşımaq istəmir. Berlinin cavabı İtaliyada mənfi qarşılanıb. İtaliyada Almaniya haqqında daha nələr demirlər:

-"İkinci Dünya Müharibəsindən sonra Almaniya dağılmışdı. 1953-cü ildə Almaniyanın borclarının yarısı bağışlandı. Bağışlayanlar arasında İtaliya da var idi. Ancaq indi Almaniya İtaliyaya yardım əlini uzatmaq istəmir";

-"İkinci Dünya Müharibəsinin səbəbkarı Almaniyadır. Onlar yenə də özlərini yüksək irqin nümayəndələri kimi aparırlar. Əgər iki müharibənin nəticəsinə görə Almaniya dağıtdığı ölkələrin və iqtisadiyyatların ziyanını ödəməyə məcbur edilsəydi, bu gün almanlar səfil həyatı yaşayardılar";

İş o yerə çatıb ki, İtaliyada bələdiyyə başçıları Avropa İttifaqının bayraqlarını endirirlər. Avropa İttifaqı monolitliyini itirir. İttifaqın gələcəyi təhlükə altındadır. Bu yerdə Böyük Britaniyanın keçmiş baş naziri Qordon Braunun dünya liderlərinə müraciətində "iqtisadi böhranı önləmək üçün qlobal hökumətin yaradılmasına ehtiyac var" təklifinin reallaşması mümkünsüz görünür. Birincisi, İtaliya nümunəsi göstərdi ki, ona heç tərəfdaşları dəstək vermək istəmir, o birilərin eyni qaydaya riayət edəcəyini gözləmək əbəsdir. İkincisi, "böyük iyirmilər" elə qlobal hökuməti əvəz edir. Ancaq əgər "böyük iyirmilər" tək bir məsələdə - neftin qiymətində razılığa gələ bilmirlərsə, qlobal iqtisadi mövzularda ortaq məxrəcə necə gələcəklər?"

F.Ağayeva


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 3665   Tarix: 06 aprel 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Prezident: "COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür"

"Bizim sonuncu görüşümüzdən etibarən bütün hadisələr müsbət məcrada gedir, istər Azərbaycan və Ermənistan arasında normallaşma prosesi, istərsə də sərhədlərin delimitasiyası olsun". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP2

23 aprel
.

Nazir direktoru işdən çıxardı

Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 nömrəli tam orta internat məktəbinin direktoru İsmayıl Əliyev vəzifəsindən azad edilib. "Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Hələlik direktor vəzifəsinə təyinat yoxdur

25 aprel
.

İlham Əliyev: "Ermənistan Naxçıvan Muxtar Respublikası ilə yol əlaqəsini qurmaq imkanını bloklayır"

"Zəngəzur dəhlizinə gəldikdə, qeyd etdiyiniz kimi, 2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanatda bu məsələ aydın şəkildə əks olunur. Bəli, "Zəngəzur dəhlizi" sözü orada qeyd olunmayıb. Lakin yazılıb ki, Azərbaycanın şərq hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında yo

23 aprel
.

İlham Əliyev: "Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq"

"İkinci Qarabağ müharibəsindən dərhal sonra dörd kənd məsələsini qaldırdıq. Əslində, biz həmin kəndləri heç vaxt yaddan çıxarmamışıq". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusund

23 aprel
.

"COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir"

"COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir". "Qafqazinfo" xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Berlində "15-ci Petersberq İqlim Dialoqu"nun Yüksək Səviyyəli Seqmentində çıxışında deyib. Bu qlobal tədbi

26 aprel
.

Azərbaycan-Qırğızıstan münasibətləri türk dünyasının birliyinə mühüm töhfələr verir

Bu gün Azərbaycanın Mərkəzi Asiya, o cümlədən regionun türkdilli dövlətləri ilə kəmiyyət və keyfiyyətcə intensivləşən münasibətləri yeni geosiyasi reallıqlara uyğun olaraq inkişaf etdirilir və strateji xarakter alır. Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Türkmənistanla münasibətlərimiz çoxşaxəli olmaql

24 aprel
.

Rusiya Qarabağdakı abidələrlə bağlı məsələlərin həllində Bakı və İrəvana yardım göstərməyə hazırdır

"Rusiya Qarabağ ərazisində dağıdılmış abidələrlə bağlı məsələlərin həllində Azərbaycan və Ermənistana kömək göstərməyə hazırdır". Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib. "Ermənistan və Azərbaycan arasında mədəni abidələrin, tarixi abidələrin v

25 aprel
.

Azərbaycan və Almaniya liderlərinin Berlində birgə mətbuat konfransı olub - YENİLƏNİB + FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Kansleri Olaf Şoltsun aprelin 26-da Berlində keçirilən birgə mətbuat konfransı başa çatıb. 14:41. Berlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Almaniya Kansleri Olaf Şoltsun birgə mətbuat konfrans

26 aprel
.

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov birgə nahar ediblər. xəbər verir ki, dövlət başçılarına şəhərin Baş planı barədə məlumat verilib

25 aprel