Hansı işsiz şəxslərə birdəfəlik ödəmə veriləcək? - RƏSMİ

Hansı işsiz şəxslərə birdəfəlik ödəmə veriləcək? - RƏSMİ"Son 2 gündə 190 manat məbləğində birdəfəlik ödəməni almaq məqsədilə işsiz kimi qeydiyyata alınmaq üçün vətəndaşlar tərəfindən elektron sistemə daxil olan müraciətlərin təhlili göstərir ki, bir çox hallarda bu müraciətlər qanunvericiliklə işsiz statusuna uyğun olmayanlar (hətta faktiki iş yeri, qazancı olanlar) tərəfindən edilir".

Bu barədə Sonxeber.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.

Nazirlik diqqətə çatdırıb ki, məşğulluq haqqında qanunvericiliyə əsasən, işi və qazancı olmayan, işsiz kimi qeydiyyata alınan əmək qabiliyyətli şəxs – işsiz şəxs hesab olunur. Qanunla aşağıdakı şəxslər məşğul şəxslər hesab olunduğundan onlara işsizlik statusu verilmir:

 Muzdla (əmək müqaviləsi ilə) işləyənlər;

 Mülki-hüquqi xarakterli (xidməti) müqavilələrlə işləyənlər;

 Sahibkarlar (VÖEN-i olanlar);

 Mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar (müvafiq dövlət aktı və çıxarışı olanlar);

 Əyani təhsil alan tələbələr
 Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edənlər və b.

Məşğulluq xidmətləri tam elektronlaşdırılıb və işsiz şəxslərin qeydiyyatı da elektron şəkildə aparılır. Eyni zamanda, hazırda pandemiya ilə əlaqədar karantin rejimi olduğundan Məşğulluq Mərkəzlərində də vətəndaş qəbulları dayandırılıb.

İşsiz şəxslərin qeydiyyatı elektron sistem - www.e-sosial.az portalındakı "e-xidmətlər" bölməsində "Vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması, qeydiyyatdan müvəqqəti çıxarılması və qeydiyyatın ləğv edilməsi" e-xidməti tərəfindən aparılır.

Birdəfəlik ödəmənin hazırda dövlətdən sosial ödəniş alanlar istisna olmaqla, ünvanlılıq prinsipi əsas götürülərək pandemiya dövründə zərərçəkən işsizlər alacaq. Yəni birdəfəlik ödəmənin işsiz olan və məhz heç bir gəliri olmayan şəxslərə verilməsi nəzərdə tutulur.

Xüsusi karantin rejimi tətbiq edildiyi dövrdə elektron sistemdə yüklənmələrin artmaması və müraciətlərə operativ baxılması məqsədi ilə bu gün ölkənin şəhər və rayonları üzrə müraciət qrafiki açıqlanacaq və yuxarıda qeyd olunan işsiz statusuna uyğun gələn şəxslər elektron qaydada müraciətlərini edə bilərlər.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2310   Tarix: 07 aprel 2020  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti


DİGƏR MARAQLI XƏBƏRLƏR

Arıqlamaq istəyənlər bu xəbəri oxusun!

Arıqlama məhsullarından istifadə etmək, artıq çəkidən azad olmaq üçün böyük addımlardan biridir. Ancaq hər arıqlama məhsulunu etibarlı şəkildə istifadə etmək, həmin məhsula güvənmək də elədə asan deyil. Mühüm olanı sağlamlığa zərər vermədən, organizminizə ağır olmayacaq və istehsal şərtləri ilə etibarl

10 iyun 2020

Yerli istehsal olan maskaların satışa çıxarılacağı vaxt açıqlandı - RƏSMİ

"Yerli maska istehsalı müəssisəsində artıq son quraşdırma işləri aparılır. Bizim yerli istehsal maskalarımız bir həftədən sonra apteklərdə satışa çıxarılacaq". . . Sonxeber.az-ın məlumatına görə, bunu "Bakı Tekstil Fabriki" MMC-nin təsisçisi Səkinə Babayeva jurnalistlərə açıqlamasınd

7 aprel 2020

Alimlər koronavirusun ZƏİF NÖQTƏSİNİ tapdılar

"Scripps Research" bio-kimyəvi tədqiqat mərkəzi koronavirusun müəyyən hissəsinin peyvənd vasitəsilə sağala biləcəyini müəyyən edib.. . Çinin Vuhan şəhərində ilk dəfə ortaya çıxan (COVID-19) bu gün dünyada təxminən 1,5 milyon insana təsir göstərib. Epidemiya səbəbiylə həyatını itirənlərin say

7 aprel 2020

Azərbaycana qar yağdı - VİDEO

Azərbaycanda bəzi dağlıq və dağətəyi rayonlara qar yağıb. . . Oxu.Az xəbər verir ki, dünən gecədən başlayaraq, cənub rayonlarında hava kəskin dəyişib.. . Qeyd edək ki, sinoptiklər ölkədə havanın dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.. .

7 aprel 2020

İctimai birliklər Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edir (SİYAHI)

İndiyədək Koronavirusla Mübarizəyə Dəstək Fonduna 109 milyon 848 min 332 manat daxil olub. . . Qaynarinfo xəbər verir ki, bu məbləğin 20 milyon manatı Prezidentin ehtiyat fondundan, qalan hissələri müxtəlif hüquqi və fiziki şəxslər tərəfindən köçürülüb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliye

7 aprel 2020

"Övladlarınızı qoruyun, koronavirus uşaqlarda simptomsuz biruzə verir"-Azərbaycanlı pediatr (VİDEO)

Uşaqlarda koronavirus özünü simptomsuz biruzə verir. . . Sonxeber.az xəbər verir ki, bunu İctimai kanalın efirində pediatr Erkin Rəhimov deyib. Pediatr koronavirusa yoluxan uşaqların xəstəliyi simptomsuz keçirdiklərini bildirib: . . "Əvvələr düşünürdük ki, bu infeksiya uşaqlara yoluxmur. Buna gör

7 aprel 2020

Polkovnik: "Gecə təlimləri ordu üçün xüsusi əhəmiyyət daşıyır"

"Artilleriya bölmələri ilə gecə vaxtı döyüş atışlı taktiki təlimlərinin keçirilməsi hərbi qulluqçularımızın hər an döyüşə hazırlığını təmin etmək məqsədi daşıyır".. . Bunu "Report"a açıqlamasında ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.. O bildirib ki, Naxçıvanda baş tuta

7 aprel 2020

Nəqliyyat eksperti: "Karantin qaydalarının sərtləşdirilməsi sərnişin sıxlığına da təsir göstərir"

Aprelin 5-dən Azərbaycanda vətəndaşların evdən çıxması icazə əsasında həyata keçirilir. Artıq insanlar yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS göndərməlidirlər.. . Bəs görəsən xüsusi karantin rejimində qadağaların daha da sərtləşdirilməsi ictimai nəqliyatda sərnişin sıxlığın

7 aprel 2020

Koronavirusdan ölən olmadı-Çində bir ilk

Çində ilk dəfə yeni növ koronavirus (Kovid-19) səbəbiylə ölənlərin olmadığı açıqlanıb.. . Sonxeber.az xarici mətbuata istinadən xəbər veir ki, Çinin Milli Səhiyyə Komissiyasının açıqlamasında, ölkədə Kovid-19 yoluxma halının başlandığı yanvar ayından bəri ilk dəfə bu gün heç bir ölüm halına rastlanmadığ

7 aprel 2020