Reklam agentlikləri tərəfindən Cənab Prezidentə ünvanlanan müraciət məktubunu

Reklam agentlikləri tərəfindən Cənab Prezidentə ünvanlanan müraciət məktubunuAzərbaycan Respublikasnın Prezidenti
İlham Əliyev cənablarına
Azərbaycan reklamçılarının müraciəti

Hörmətli cənab Prezident,

İlk növbədə ölkə əhalisini, eləcə də, ölkəmizdə təşəkkül tapmış biznes mühitini düşünərək atdığınız operativ addımlara və yüksək diqqətinizə görə reklam sahəsinin təmsilçiləri olaraq Sizə dərin minnətdarlığımızı bildiririk.

Hazırda dünya COVID-19 pandemiyası ilə mübarizə aparır. Dünyanın nəhəng dövlətləri belə bu bəlanın qarşısında aciz qalıb. Ancaq Siz ilk gündən bu problemə qarşı yüksək uzaqgörənlik nümayiş etdirərək, tədbirlər görülməsini tapşırdınız. Nəticələrin ölkəmiz üçün uğurlu olacağına inanırıq.

Siz öz çıxışlarınızda dəfələrlə vurğulamısınız ki, ölkə əhalisinin sağlamlığı və rifahı ən vacib məsələlərdir. Ona görə də sahibkarlara şəffaf çalışmağı və işçi ixtisarına getməməyi tövsiyə etmisiniz. Bu ağır dönəmdə dövlətin sahibkarların yanında olması, onları dəstəkləməsi üçün verdiyiniz tapşırıqlar bizdə də yüksək məsuliyyət yaradır.

Bizim fəaliyyət göstərdiyimiz sahə iqtisadi proseslərə qarşı ən həssas sahələrdən biridir və olduqca geniş fəaliyyət istiqamətlərinə malikdir. Marketinq strategiyalarının yaradılması, dizayn xidmətləri, digital xidmətlər, reklam konstruksiyalarının və müxtəlif çap məhsullarının istehsalı, PR xidmətləri, media xidmətləri, tədbirlərin təşkili üzrə xidmətlər və s. bizim sektorun əhatə dairəsindədir.

Bir tərəfdən sektordakı şirkətlərin böyük əksəriyyətinin kiçik və mikro sahibkarlıq subyektləri olması, digər tərəfdən də reklam biznesinin digər bizneslərdən asılı olması səbəbindən ölkənin iqtisadi həyatında ən cüzi dəyişikliklər belə ona təsir göstərir. Hazırkı şəraitdə sektorun üzləşdiriyi problemlər aşağıdakılarla əlaqədardır:

1. Pandemiya ilə əlaqədar elan edilmiş xüsusi karantin rejimində bir çox xarici və yerli şirkətlərin fəaliyyət göstərməməsi və ya məhdud şəkildə fəaliyyət göstərməsi, əhalinin və nəqliyyatın hərəkətinin məhdudlaşdırılması, alış-veriş məkanlarının, qeyri-ərzaq mağazalarının bağlanması xidmət və alıcılıq qabiliyyətini aşağı salmış və reklam sektorundakı fəallığı hədsiz dərəcədə azaltmışdır. Reklam agentliklərinin çoxu demək olar ki, fəaliyyət göstərmir. Çünki onların gəlirinin formalaşdığı tək bir mənbə var: reklamverənlərin verdiyi reklamlar. İndi artıq bu mənbə demək olar ki, yoxdur.

2. İqtisadi aktivliyin zəiflədiyi mövcud şəraitdə müştərilərinin bir qismi öz maliyyə öhdəliklərini yerinə yetirə bilmədiklərindən yaranan maliyyə kəsirləri sektordakı şirkətləri də zəiflədir.

3. Sahəyə aid olan və istehsalla məşğul olan şirkətlərin fəaliyyəti məhdudlaşdırılıb. Çünki onların fəaliyyət istiqamətinin adı Nazirlər Kabineti yanında Operativ Qərərgah tərəfindən fəaliyyətinə icazə verilən sahələrin siyahısında əks olunmayıb.

4. Belə sınaqlı günlərdə bizim qarşımızda duran əsas məsələ əməkdaşlarımızı işdə saxlaya bilmək, onların maaşlarını vaxtlı-vaxtında ödəməkdir. Şirkətlər fəaliyyət göstərməsə də, və ya məhdud şəkildə fəaliyyət göstərsə də dövlətimizin tutduğu xətti dəstəkləyərək bu addımı atmaq əzmindədirlər.

5. Reklam agentliklərinin xərclərində ən böyük çəki əməkhaqqı fondu ilə birlikdə həm də, DSMF-na ödənişlərin və icarə ödənişlərinin payına düşür. Ofislər demək olar ki, boş qalsa da icarə haqları ödənilməlidir.

Hazırda ölkə iqtisadiyyatının ən ağır vəziyyətdəki sektorlarından biri olan reklam sektorunu qorumaq, onun keyfiyyətli kadrlardan məhrum olmadan böhrandan çıxmasını təmin etmək post-koronavirus dövründə ölkə iqtisadiyyatının dinamik inkişafına böyük töhfələr verəcəkdir. Belə ki, şirkətlərimiz iqtisadi canlanmanın baş verəcəyi post-koronavirus dövründə həm keyfiyyətli reklam üçün ölkə xaricinə üz tutmağa məcbur qalmayacaq, həm də ölkəmizin reklam sektoru elə iqtisadi canlanmanın özünün lokomotivi roluna çıxış edə biləcəkdir.

Buna görə də Sizdən reklam sektoruna dəstək olunması üçün aşağıdakıları xahiş edirik:

1. Reklam sektorunun iqtisadiyyatın ən çox zərər görən sektorları siyahısına daxil edilməsini. Bununla da dövlətin qayğı göstərdiyi sektorlar siyahısına salınmasını;

2. Sektor məşğulluğun təmin olunmasına ciddi töhfə verdiyindən bu sektorun belə ağır bir dönəmdə maddi yükünü azaltmaq üçün reklam şirkətlərinin DSMF ödənişlərindən 01 mart 2020-ci il tarixindən ilin sonunadək azad olunmasını;

3. Reklam sektoru ilə əlaqəli istehsal sahələrinin fəaliyyətinə məhdud səviyyədə də olsa Nazirlər Kabineti yanında Operativ Qərərgah tərəfindən fəaliyyətinə icazə verilən sahələr siyahısına daxil edilməsini;

4. Hal-hazırki və post-koronavirus dövründə bu sahənin dayanaqlığını təmin etmək vasitəsi kimi, bu sektorun ƏDV ödəyicisi olan şirkətlərinə ƏDV-dən və mənfəətdən vergisindən əlavə güzəştlərin verilməsini ("0" dərəcə ilə vergiyə cəlb edilmə və ya daha aşağı ƏDV faizinin müəyyən edilməsi, mənfəətdən vergisindən 50% güzəşt verilməsi);

5. Sektordakı şirkətlərə dövlət tərəfindən imkan daxilində birdəfəlik maddi yardım dəstəyini, bu sahənin şirkətlərinin mövcud kredit borclarının ödənilməsinə tətil verilməsini;

6. Sektordakı şirkətlərə girovsuz və aşağı faiz dərəcələri ilə güzəştli kredit xəttinin açılmasını;

7.Sektora qayğı baxımından atılması mümkün hesab olunan digər addımların atılmasını xahiş edirik.

Sektoru təmsil edən şirkətlər olaraq biz də öz intellektual və əmək resurslarımızla dövlətimizin pandemiyaya qarşı apardığı mübarizədə ona dəstək olacağımızı, bu istiqamətdə Nazirlər Kabineti yanında Operativ Qərargahla sıx əməkdaşlıq şəraitində çalışmağa hazır olduğumuzu bəyan edirik!

Diqqətiniz və qayğınız üçün öncədən təşəkkür edirik!

Dərin ehtiramla,

Marketinq Peşəkarları İctimai Birliyi
İH sədri Bayramov N.L.

həmçinin,
PeopleBrand marketinq agentliyi
Direktor Quluzadə E.F

həmçinin,
YelloAD marketinq agentliyi
Direktor Nəcəfov A.R

həmçinin,
Endorphin reklam agentliyi
Direktor Kərimov O.Y

həmçinin,
Admedia reklam agentliyi
Direktor Məmmdov S.Ə

həmçinin,
AA&M reklam agentliyi
Direktor Şahməmmədli M.Ş

həmçinin,
Laboratoriya PR agentliyi
Direktor Yaqubova A.Y

həmçinin,
TradeMark LeoBurnett reklam agentliyi
Direktor Fətullayev A.D

həmçinin,
Morpho marketiq agentliyi
Direktor Balakişiyev F.M

həmçinin,
Digitello reklam agentliyi
Direktor Mustafayev A.O

həmçinin,
Artmood kreativ agentliyi
Direktor Mütəllimova Ü.

həmçinin,
Meteor reklam agentliyi
Direktor Həsənov R.E

həmçinin,
Paradox dizayn studiyası
Baş Direktor Ramazanov Ş.S

həmçinin,
İmpler reklam agentliyi
Direktor Mirzə İ.K

həmçinin,
Gravity Inc. reklam agentliyi
Direktor Əlizadə T. S

həmçinin,
Promoline Advertising
Direktor Səfərov F.

həmçinin,
DePromo Advertising
Direktor Mahmudov A.

həmçinin,
Vitam reklam şirkəti
Direktor Əliyev T.

həmçinin,
Minicards Azerbaijan
Direktor Qasımov A.

həmçinin,
Greenlight Group
Direktor Yasinov E.E

həmçinin,
Smart Group
Direktor Hüseynova S.

həmçinin,
Mediamark Agentliyi
Direktor Rzayev O.

həmçinin,
New Media
Direktor Davudov R.

həmçinin,
Shamans
Direktor Yusifov O.

həmçinin,
Uptime marketinq agentliyi
Direktor Vəliyev C.

həmçinin,
Keepface
Direktor Abbasov V.

həmçinin,
Fil Agnecy
Direktor Cəbrayılova A.N

həmçinin,
Mc Cann Baku
Direktor Yusifov G.

həmçinin,
Universal Mc Cann Azərbaycan
Direktor Sultanova İ.

həmçinin,
BrandUP
Direktor İsmayılov T.

həmçinin,
Havas Media Azerbaycan
Direktor İsmayılov Z.

həmçinin,
Propaganda
Direktor Aşirov E.H

həmçinin,
Ronin Agency
Direktor Səlimbəyov A.

həmçinin,
Marcom Marketinq və Kommunikasiyalar Şirkəti
Direktor Kərimov T.A


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 830   Tarix: 07 aprel 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Evlilik üçün ideal yaş fərqi neçə olmalıdır? - AÇIQLAMA

Bildiyimiz kimi, bu gün ölkəmizdə erkən yaşda qızların evləndirilməsi halları ilə tez-tez rastlaşırıq. Əlbəttə ki, bu nikahların baş tutması qəbulolunmazdır. Digər tərəfdən, Azərbaycanda 22 yaşlı oğlanın 40 yaşlı qadınla evlənməsi ilə bağlı hallarda mövcuddur. Araşdırmalar onu göstərir ki, tərəflər arasınd

26 aprel
.

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

"Karvan İstehsalat Kommersiya Şirkəti" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib. Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində məhkəməyə Namiq Abdullayev Nurəddin oğlu müraciət edib. O, şirkət rəhbərliyi barəsində "Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələ

26 aprel
.

Şoyqu "Crocus"da törədilən terror aktının təfərrüatını açıqlayıb

"Bu ilin martında Moskva yaxınlığındakı Krasnoqorskda "Crocus City Hall" konsert zalında törədilən terror aktının izləri Ukraynaya aparır". Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Müdafiə Nazirliyi rəhbərlərinin görüşündə deyib

26 aprel
.

Ramiz Mehdiyevin şirkətləri üz-üzə - MƏHKƏMƏ ÇƏKİŞMƏSİ

Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti Ramiz Mehdiyevin şirkətləri arasında məhkəmə olacaq. "Qlobal East VVest" MMC "Şərq-Qərb" ASC-ni məhkəməyə verməklə əmlak tələb edir. xəbər verir ki, iddiaya Bakı Kommersiya Məhkəməsində hakim Kənan Hüseynovun sədrliyi ilə baxılacaq

26 aprel
.

Bakıda 21 yaşlı model bədbəxt hadisədə öldü - Foto

Bakıda gənc qız dəm qazından boğulub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Nəsimi rayonu Moskva prospektindəki evdə yaşayan 2003-cü il təvəllüdlü Kamilə Həsənova dəm qazından boğularaq vəfat edib. Bildirilib ki, K.Həsənova aktrisa-model kimi də fəaliyyət göstərirmiş. O, həm də Moskv

26 aprel
.

Çernobıl qəzasından 38 il ötür

Bəşəriyyət tarixində ən böyük qəzalardan hesab edilən Çernobıl faciəsindən 38 il ötür. 1986-cı ilin bu günü yəni, aprelin 26-da Ukraynanın Kiyev vilayətində yerləşən Çernobıl atom-elektrik stansiyasının dördüncü enerji blokunda yanğın baş verib. Alov genişlənərək üç bloku bürüyüb. Hadisədən sonra həya

26 aprel
.

"Aquavita" işçilərinin maaşını vermir - İDDİA

Azərbaycanda "Aquavita" suları və "Gülüstan" limonadlarının istehsalı və satışı ilə məşğul olan "Tac" MMC-nin (VÖEN – 130025841) işçilərin əməkhaqlarını vaxtında vermədiyi iddia olunur. Bu barədə -a "Aquavita"da çalışan işçilər məlumat veriblər. Qeyd edək ki, dah

26 aprel
.

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur (VİDEO)

Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib. Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqlarında toz və kir olduğunu qeyd edir. Onlar bu kimi halların xəstəlik mənbəyi olduğunu bildirərək məsələnin tezliklə həll edilməsini istəyiblər. Məsələ ilə bağl

26 aprel
.

Bakının bu rayonunda qaz kəsiləcək

Bu gün saat 23:00-dan etibarən Bakının Nəsimi rayonunun Abbasqulu ağa Bakıxanov küçəsi ilə Ağadadaş Qurbanov küçəsinin kəsişməsində qaz xəttində aşkar olunmuş sızmanın ləğv edilməsi məqsədi ilə qaz təchizatı dayandırılacaq. -ın məlumatına görə, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz"

26 aprel