"Ermənistanda iqtisadiyyat dərin böhrana gedəcək və bu da etiraz dalğalarına səbəb olacaq"-RƏY

"Ermənistanda iqtisadiyyat dərin böhrana gedəcək və bu da etiraz dalğalarına səbəb olacaq"-RƏYErmənistanda koronavirusa yoluxanların sayı sürətlə artır.

Bu ölkənin iqtisadi vəziyyəti ilə bağlı iqtisadçı-ekspert Akif Nəsirli Sonxeber.az-a açıqlama verib.

O, bildirib ki, Ermənistan iqtisadiyyatı yardımlara möhtac iqtisadiyyatdır:

"Əsasən Rusiyanın, Amerikanın və Avropanın bir sıra dövlətlərinin yardımları ilə öz iqtisadiyyatını qura bilir. Demək olar ki, Ermənistan dövlət büdccəsi təxminən 3 milyard dollar civarındadır. Yəni, Azərbaycanın dövlət büdcəsindən 5 dəfə kiçikdir. Həmçinin əhalisi də Azərbaycan əhalisindən xeyli azdır. Amma bununla belə ölkədə yerli iqtisadi qaynaqlar yoxdur, yəni iqtisadiyyat tam şəkildə qurulmayıb. Ona görə də hazırda hər bir dövlətin başı özünə qarışdığından hazırda Ermənistan iqtisadiyyatına, dövlətinə əvvəl gələn yardımlar artıq azalacaq.

Hesab edirəm ki, Ermənistan iqtisadiyyatına böyük zərbə dəyəcək. Orada ilin əvvəlindən maliyə sferasında, bank sektorunda köklü müflisləşmələr müşahidə edilirdi. Artıq indi İrəvanda demək olar ki, əhalinin "evdə qal" kampaniyasına etirazları başlanıb. Əhalinin evdə qalıb maddi təminatını təmin etmək imkanı yoxdur. Digər tərəfdən də Ermənistanın dövlət büdcəsi o qədər manevr imkanlarına malik deyil ki, evdə qalan əhaliyə yardım göstərə bilsin. Yəni Ermənistan dövlətinin əlində real potensial yoxdur. Azərbaycan hökuməti pandemiya ilə mübarizəyə təxminən 2.5 milyard manat vəsait ayırıb, bu da təxminən 1.5 milyard dollara bərabərdir. Amma Ermənistan hökuməti koronavirus pandemiyasının zərərlərinin qarşılanması üçün cəmi bir milyon dollar vəsait ayırıb. Gördüyünüz kimi arada nə qədər fərq var. Belə demək olar ki, Azərbaycanın ayırdığı vəsaitdən 1500 dəfə aşağı məbləğdir. Bununla yanaşı nəzərə alsaq ki, onun ən yaxın tərəfdarı olan Rusiyanın birbaşa quru-sərhədi yoxdur. Ermənistan ilə bütün əlqələr Gürcüstan üzərindəndir. Bildiyiniz kimi Gürcüstan ilə Ermənistan arasında da müəyyən ziddiyətlər var. Ermnənistanın Gürcüstana ərazi iddiaları var. Ona görə də Rusiya ilə əlaqələri bir qədər zəifləyib. Çünki Gürcüstan pandemiyanı bəhanə edib Rusiyadan tranzit ilə gələn yüklərin Ermənsitana keçməsinə məhdudiyyət qoyub. İran hökuməti ilə əlaqələri var. Oradan müəyyən yüklər gəlir. Amma bu istiqamətdə də müəyyən məhdudiyyətlər var. Artıq Ermənistan cəmiyyətində etirazlar başlayıb ki, İrandan gediş-gəlişin artması həm də pandemiyanın Ermənistana daşınmasına səbəb olub. Bildiyimiz kimi İran pandemiyanın ən çox yayıldığı ölkədir. İstər-istəməz Ermənistan iqtisadiyyatı hazırda pat vəziyyətinə düşüb. Növbəti mərhələdə biz Ermənistanda qida qıtlıqlarını, əhalinin etiraz aksiyalarının şahidi olacağıq. Düşünürəm ki, Ermənistanda iqtisadiyyat dərin böhrana gedəcək və bu da etiraz dalğalarına səbəb olacaq".

F.Ağayeva


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 1866   Tarix: 20 aprel 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

İyulun 22-nə USD/AZN rəsmi məzənnəsi

Azərbaycan Mərkəzi Bankı (AMB) iyulun 22-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. AMB-dən -a bildirilib ki, bankın iyulun 22-dən etibarən USD/AZN rəsmi məzənnəsi 1,700 manat səviyyəsində müəyyən olunub

17 iyul 2021
.

Azərbaycan nefti ucuzlaşdı

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,43 ABŞ dolları, yaxud 0,6 % azalıb. xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 73,53 ABŞ dolları təşkil edib. Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağ

4 sentyabr 2021
.

Bitkoin yenə bahalaşdı

Dünyanın ən bahalı kriptovalyutası olan bitkoinin qiyməti bahalaşıb. xəbər verir ki, bu barədə "CoinMarketCap" məlumat yayıb. Məlumata görə, bitkoinin dəyəri 1.79 faiz artaraq 44.55 min dollar olub

8 avqust 2021
.

Toylara icazənin verilməsi qızıl bazarına necə təsir edəcək? - AÇIQLAMA

Xəbər verdiyimiz ki, iyulun 1-dən ölkəmizdə toylara icazə verilib. Bu, təbii ki, qızıl satışının artımı deməkdir. Bəs qızıl satışında uzunmüddətli durğunluqdan sonra bahalaşma ola bilərmi?. Məsələ ilə bağlı -a açıqlama verən iqtisadçı-ekspert Elmir Səfərli bildirib ki, qızıl satışında bahalaşma gözlənilmir:

6 iyul 2021
.

Bakıda kirayə evlərin qiyməti bahalaşacaq? - AÇIQLAMA

Artıq bir ildir ki, təhsil distant şəkildə davam etdirilir. Həmin səbəbdən də tələbələrin rayondan axını azalıb və bu, kirayə evlərin icarəsində durğunluq yaradıb. Dünən isə Təhsil Nazirliyi sentyabr ayının 29-da ali təhsil ocaqlarında və kolleclərdə dərslərin əyani şəkildə olacağı ilə bağlı qərarın

8 sentyabr 2021
.

Çip defisitinə görə "Toyota" istehsalı kəskin azaldır

Yaponiyanın avtomobil nəhəngi "Toyota" gələn ay bütün dünya üzrə avtomobil istehsalını 40 % azaldacaq. Report-a istinadən xəbər verir ki, şirkət çip çatışmazlığına görə, sentyabrda 900 min yerinə 500 min avtomobil istehsal edəcək. İstehsalın azalmasına görə gələn aydan Yaponiyadakı bir neç

19 avqust 2021
.

Xəzərin dayazsulu hissəsində kəşfiyyat quyularının qazılacağı tarix AÇIQLANDI - FOTO

Qazaxıstanın modernizasiyası yekunlaşmış "Sətti" qazma qurğusu vasitəsilə Abşeron Yarımadasının Dayazsulu Hissəsində qazma işlərinə start verilir. -ın məlumatına görə, Abşeron yarımadasının SOCAR və BP tərəfindən birgə istismar olunan dayazsulu hissəsində layihə çərçivəsində qazma işlərin

20 iyul 2021
.

Mikayıl Cabbarovdan qeyri-neft ixracı ilə bağlı AÇIQLAMA

Azərbaycanda qeyri-neft ixracının təşviqi tədbirləri bu sahədə artımı sürətləndirib. xəbər verir ki, bu barədə İqtisadiyyat Naziri Mikayıl Cabbarov məlumat verib. Nazir bildirib ki, pandemiyanın təsirlərinə baxmayaraq, göstəricilər müsbətdir: "İlkin nəticələrə görə, əvvəlki ilin müvafiq dövrü il

6 may 2021
.

"Elmlər Akademiyası" stansiyasının pəncərələrinə 5,3 mln manat xərclənəcək

"Bakı Metropoliteni" QSC "Elmlər Akademiyası" stansiyasının inzibati binasının 5-ci mərtəbəsində pəncərələrin hazırlanıb quraşdırılması işləri ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Nimex"

25 avqust 2021