Telegramın Whatsapp-dan 20 ÜSTÜNLÜYÜ

Telegramın Whatsapp-dan 20 ÜSTÜNLÜYÜSon zamanlar texnologiya inkişaf etdikcə, messencer xidməti göstərən proqramların sayı artıb. Smartfonlarda tətbiq olunan bu proqramların hətta mobil operator şirkətlərinin qazancını da xeyli azaltdığı güman edilir.

Artıq əksər məsələləri zənglə və "sms"-lərlə deyil, messencerdə yazışma, səsli mesaj, hətta videozənglə həll edirik.

Sirr deyil ki, hazırda ölkəmizdə (eləcə də bütün dünyada) yazışmaq üçün ən çox istifadə olunan sosial şəbəkə "Whatsapp"dır. Lakin bu proqram həm təhlükəsizlik, həm keyfiyyət baxımından dəfələrlə ciddi tənqidlərə məruz qalıb.

Ona "meydan oxuyan" messencer isə onun "Telegram"dır.

Onun daha etibarlı olduğu artıq bir çoxlarına məlumdur. "Whatsapp"da deyiləsi olmayan söhbətləri bir çoxumuz "Telegram"da aparırıq.

Nəzərə alaq ki, "WhatsApp" "Telegram"dan daha tez, 2009-cu ildə "Yahoo!" şirkətinin keçmiş işçiləri Brayan Akt və Yan Kum tərəfindən qeydiyyata alınıb. "Teleqram" isə 4 il sonra, 2013-cü ildə daha öncə "VKontakte" sosial şəbəkəsininin əsasını qoyan Nikolay və Pavel Durov qardaşları tərəfindən yaradılıb. Bəlkə də, bu səbəbdən "Whatsapp"ın təbliği daha güclüdür.

Pavel Durov ABŞ-da qeydiyyatdan keçirdiyi "Digital Fortress" şirkəti vasitəsilə "Telegram"ı yaradıb və onun "Facebook" şirkətinə məxsus olan "Whatsapp"dan bir neçə cəhətdən üstün olduğunu deyir.

Durov "Whatsapp" messencerinin heç zaman təhlükəsiz olmadığını və olmayacağını iddia edir.

Bəs, görəsən, həqiqətdə "Whatsapp" üstündür, yoxsa "Telegram"?

Sonxeber.az saytı bu sualı cavablandırmaq üçün geniş araşdırma aparıb.

Belə ki, "Telegram"ın bir çox cəhətdən "Whatsapp"ı geridə qoyduğu məlum olub.

"Slant" saytının apardığı sorğuda "Telegram" 4-cü, "WhatsApp" isə 47-ci yerdədir.
İnsanların "Telegram"ı seçmələrinin ən vacib səbəbləri video, GIF-fayl, şəkil, geolokasiya və sənədlərin daha rahat kopyalanması və göndərilməsidir.

Telegramın Whatsapp-dan 20 ÜSTÜNLÜYÜTelegramın Whatsapp-dan 20 ÜSTÜNLÜYÜTelegramın Whatsapp-dan 20 ÜSTÜNLÜYÜ"Telegram" messencerinin digər üstünlükləri də var:

1. Daha öncə də qeyd edtiyimiz kimi "Telegram"ın əsas üstünlüyü təhlükəsizliyi və məlumatların şifrələnməsidir: hələ heç kəs "Telegram"ı "sındıraraq" şəxsi mesajları oxuya bilməyib.

2. Bundan əlavə, "Telegram"da "Gizli çat" mövcuddur. Burada "özünüməhv" taymeri qurmaq mümkündür. Müəyyən müddət sonra gizli yazışmalar avtomatik olaraq silinir.

3. "Telegram"ın limitsiz yaddaşı var.

4. Bütün yazışmalar, şəkillər, media-fayllar və sənədlər serverin bulud yaddaşında ("clouds") saxlanılır və telefonunuzu dəyişsəz belə, məlumatlar silinmir. Sistemə istədiyiniz qədər, istədiyiniz cihazdan daxil ola bilərsiz, bu zaman da heç bir məlumat silinmir. Rezerv kopyalama və bərpa etmə barədə narahat olmağa ehtiyac yoxdur.

5. Aktiv seansları izləyə və hazırda hansı cihazlardan daxil olduğunuzu görə bilərsiniz. Beləliklə, istənilən vaxt, istənilən yerdə, istənilən faylı yükləmək mümkündür.

6. "Telegram"da endirilən fayllar telefonun yaddaşına ("Gallery"yə) düşmədiyi üçün kənar şəxslərin onları görmə riski daha azdır.

7. "Telegram"ın eyni hesabına bir neçə qacetdən daxil olmaq və hamısında yazışmaq mümkündür.

8. "Telegram" şəkilləri "WhatsApp"dan daha tez göndərir. Xüsusən aşağı sürətli internet olanda "Telegram" işlətmək məsləhətdir.

9. "Telegram"da 1.5 GB-a qədər həcmli fayllar göndərmək mümkündür.

10. "Telegram"da media-faylları istəyə görə "sıxmaq", və ya böyük həcmdə göndərmək olar.

11."Telegram"da istənilən sənədləri göndərmək mümkündür. "WhatsApp" isə bəzi məhdudiyyətlər var.

12. Qrup çatları üçün maksimum say "WhatsApp"da 256 nəfərdir, "Telegram"da isə superqrup yaradaraq, iştirakçıların sayını 10000-dək artırmaq olar. Bundan başqa, "WhatsApp"da çata yeni üzvü yalnız çatı yaradan və ya onun admin etdiyi şəxs əlavə edə bildiyi halda, "Telegram"-da bunu hər bir çat üzvü edə bilər. "Telegram" messenceri çatlarda da daha sürətli və keyfiyyətli xidmət göstərir. "Telegram"dakı kanallarda isə üzvlərin sayına məhdudiyyət qoyulmayıb.

13. "Telegram"da da "WhatsApp" kimi nömrə vasitəsilə qeydiyyatdan keçirsiniz. Lakin "Telegram"ı istənilən qurğuda aktivləşdirmək mümkündür, sadəcə nömrəyə gələn mesajdan bunu təsdiqləmək lazımdır. Nəticədə siz qurğunu dəyişsəz də, arxiviniz silinmir.

14. "WhatsApp"da göndərilə bilən şəkilləri və videoları yalnız smartfonun daxili yaddaşından ("Gallery"-dən) götürmək mümkündür. "Telegram" isə smartfonun istənilən yaddaşından, "Google Disk"dən, "Dropbox"dan və digər mənbələrdən şəkil və video götürməyə imkan verir.

15. "Telegram"da stiker bolluğudur. Emosiyalarınızı ifadə etmək üçün, məsələn, hansısa cizgi filmindən bir hissəni müvafiq sorğunu göndərərək, bir neçə saniyənin içində götürə bilərsiniz. "Telegram"ın öz stikerləri də əla dizayna malikdir.

16. "Web"-versiya "Telegram"da "WhatsApp"dan xeyli üstündür. "WhatsApp"-ın "web"-versiyasını işlətmək üçün smartfon versiyası internetə qoşulu olmalıdır. Telefonunuzu dəyişdikdə isə, "web"-versiyadan çıxır və yenidən kodla qoşulmalı olursunuz. Amma "Telegram"ın "web" rejimində belə problemlər olmur. Burada bir dəfə "web"-versiyanı quraşdırdıqadan sonra SİM-kartın hansı smartfonda olduğundan, "Telegram"-akkaunta bağlı olub-olmadığından asılı olmayaraq, hətta telefon sönülü olduğu halda belə, kompüterdə rahat istifadə etmək mümkündür.

17. "Telegram" "WhatsApp"dan çox yenilənir və daim yeni funksiyalar təqdim edir.

18. "Telegram"da nömrəsini bilmədiyiniz şəxslərlə də danışa bilərsiniz. Bu, istifadəçinin əlaqə nömrəsinin məxfiliyini təmin edir.

19. "Telegram" Android, IOS, Windows Phone, Windows PC, Mac OS, Linux OS və hətta istənilən brauzerdə işlənilə bilər.

20. "Telegram"da müxtəlif botlar mövcuddur: "image-bot", "sticker-bot", "gif-bot".

Natəvan Baxşiyeva


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 5740   Tarix: 28 aprel 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Tramp ABŞ-də yenidən şatdaun olacağını istisna etmir

ABŞ Prezidenti Donald Tramp hökumətinin yanvarın sonunadək büdcəni razılaşdıra bilməyəcəyini və növbəti şatdaunun gözlənildiyini proqnozlaşdırıb. "Ren TV"yə istinadən xəbər verir ki, bu barədə D.Tramp dekabrın 19-da Şimali Karolinada tərəfdarları qarşısında çıxış edərkən bildirib. "Yanvarı

20 dekabr
.

Rusiya iki yaşayış məntəqəsinə nəzarəti ələ keçirdi

Rusiya ordusu Ukraynanın Sumı vilayətinin iki məntəqəsinə nəzarəti ələ keçirib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, Rusiya Silahlı Qüvvələrinin "Şərq" qüvvələr qrupunun bölmələri Ukraynanın Vısokoye və Donetsk vilayətinin Svetloye kəndlərinə nəzarət

20 dekabr
.

İmran Xan və həyat yoldaşı Büşra Bibiyə HÖKM OXUNDU

Pakistan Korrupsiya Məhkəməsi ölkənin keçmiş baş naziri İmran Xan və onun həyat yoldaşı Büşra Bibini Toşaxan-2 korrupsiya işi üzrə hər birinə 17 il olmaqla həbs cəzasına məhkum edib. Bu barədə nəşrinə istinadən xəbər verir. Məlumata görə, qərar cütlüyün 2021-ci ildə Səudiyyə hökumətindən aldığı dövlə

20 dekabr
.

Milyarderin 100-dən çox uşağı varmış - Maskla quda olmaq istəyir

"Duoyi" onlayn oyun şirkətinin təsisçisi, 48 yaşlı çinli milyarder Xu Bo ABŞ-də fəaliyyət göstərən surroqat agentlikləri vasitəsilə 100-dən çox ABŞ doğumlu uşaq sahibi olduğunu açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, Xunun gələcəkdə uşaqlarından birinin amerikalı sahibkar və iş adam

16 dekabr
.

Ukrayna və Portuqaliya dəniz dronlarının birgə istehsalı barədə razılığa gəlib

Ukrayna və Portuqaliya Ukrayna dəniz pilotsuz uçuş aparatlarının birgə istehsalı barədə razılığa gəlib. "Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin köməkçisi Aleksandr Kamışin "X" sosial şəbəkəsində bildirib. "Biz dronlarımızın Rusiya hərbi gəmilərinə və sualtı qayıqların

20 dekabr
.

Şahzadə ağır xəstədir - Ağciyər axtarırlar

Norveçdə Şahzadə Mette-Maritin səhhəti son dövrlərdə pisləşib. xəbər verir ki, Norveç kral sarayı son aylarda səhhətində ciddi pisləşmə müşahidə olunan Norveç tac şahzadəsi Mette‑Maritin ağciyər nəqlinə ehtiyacı ola biləcəyini açıqlayıb. 52 yaşlı şahzadəyə 2018-ci ildə ağciyər fibrozu diaqnozu qoyulub

20 dekabr
.

Türkiyədə FETÖ-yə qarşı əməliyyat keçirildi, 160 şübhəli saxlanıldı

Türkiyədə "Fətullahçı" terror təşkilatına (FETÖ) qarşı əməliyyat keçirilib, iki həftə ərzində 160 şübhəli şəxs saxlanılıb. Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya "X" hesabında məlumat paylaşıb. Məlumata görə, 39 vilayətdə keçirilən əməliyya

17 dekabr
.

Aralıq dənizi mağaraları yeni təhlükə ilə üzləşib

Aralıq dənizində yerləşən və uzun müddət nəsli kəsilmək təhlükəsi altında olan növlər üçün sığınacaq rolunu oynayan dəniz mağaralarında ciddi ekoloji problem aşkar edilib. Alimlər bu gizli dərinliklərdə plastik çirklənməsinin təhlükəli miqyas aldığını müəyyən ediblər. Qaynarinfo xəbər verir ki, "IDR"

19 dekabr
.

Həkim qəbuluna gələn rusiyalı adamyeyən poliklinikada ölüb

Rusiyalı kannibal (adamyeyən) Mixail Malışev Permdəki poliklinikada həkim qəbulu zamanı ölüb. xəbər verir ki, bu barədə məlumat yayıb. Nəşrin məlumatına görə, həkim qəbuluna gələn Malışev foyedə huşunu itirərək yıxılıb və yerindəcə həyatını itirib. "Permli adamyeyən" kimi tanınan Mixail Malışe

21 dekabr