DİN-dən Şəmkirdəki qətllə bağlı - Açıqlama
Daxili İşlər Nazilriyi Şəmkir rayonunda baş verən qətllə bağlı məlumat yayıb.
Sonxeber.az xəbər verir ki, mayın 1-də saat 17 radələrində Şəmkir rayonunun Yeni Həyat kəndi ərazisində kənd sakini Etibar Süleymanovun münaqişə zəminində kustar üsulla hazırlanmış tapançadan açdığı atəşlə Yuxarı Seyfəli kənd sakini Elnur Hümbətovu qətlə yetirməsi barədə rayon polis şöbəsinə məlumat daxil olub.
Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən Etibar Süleymanov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Qeyd edək ki, hadisə ailədaxili mübahisə səbəbində baş verib.
Belə ki, Elnur Hümbətovun həyat yoldaşı bir necə dəfə Yeni Həyat kəndində olan ata evinə gedib.
Daha sonra qohumların və tanışların iştirakı ilə barışdırılıblar.
İllərdir davam edən mübahisənin səbəbkarı olaraq isə tərəflər hər zaman bir-birlərini günahlandırıblar. Məişət probleminə çevrilən məsələ ailənin övlad sahibi olması ilə sakitləşsə də son bir neçə ayda yenidən gündəmə gəlib.
Mübahisəyə onun bacanağı Etibar Süleymanov da qoşulub.
Bu zaman Yeni Həyat kəndindən Yuxarı Seyfəli kəndinə gedən yolda Etibar Süleymanov üzərində olan, kustar üsulla düzəldilmiş silahdan istifadə edərək Elnur Hümbətovun başının arxa hissəsindən bir güllə vuraraq onu qətlə yetirib.
Əvvəllər tərəflər arasında pula görə də mübahisə düşüb.
Hadisə yaşayış evindən kənarda olub. Güllə səsi eşidən sakinlər əraziyə gəlib və məsələ ilə bağlı hər ikisinin yaxınlarına və aidiyyatı qurumlara məlumat veriblər.
Qətlə yetirilən Elnur Hümbətov kənd və rayon ərazisində fəhləliklə məşğul olub. Hadisəni törədən şəxsin isə öncələr məhkumluq həyatı yaşadığı, kənddə təsərrüfatla məşğul olduğu bildirilir.
Elnur Hümbətov ilə həyat yoldaşının nikahından dünyaya gələn qız uşağının 2 yaşı var.
Hazırda Şəmkir rayon Prokurorluğunda istintaq aparılır.
Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 1578 Tarix: 04 may 2020
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azyaşlıya qarşı bir neçə dəfə əxlaqsızlıq edibmiş - 17 il iş aldı
Sabirabadda azyaşlıya qarşı əxlaqsız hərəkətlər edən 64 yaşlı Mərdan Hüseynovun məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub. Təqsirləndirilən şəxs məhkəmədə əməlini etiraf edib. Bildirib ki, həmin
19 noyabrGecə 11-də qapısını döyən şəxsi öldürdü - 11 il həbs aldı
Kürdəmirdə həmkəndlisini bıçaqlayaraq qətlə yetirən 1978-ci il təvəllüdlü Fəqan Əzizovun məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub. F. Əzizov Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyətilə adam öldürmə) maddəsi ilə ittiha
4 dekabrMüəllimini aldadıb ona 355 min "atdı" - Atası bulvarda intihar etmişdi...
Biznes qurmaq və müxtəlif şəxsləri işə düzəltmək adı ilə aldadaraq külli miqdarda pulunu ələ keçirmiş 26 yaşlı Nihad Rəhimlinin məhkəməsi başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxsə hökm oxunub. Bildirilib ki, Nihad Lənkərand
20 noyabr10 il sonra qətlə görə tutulmuşdu - Hökm oxundu
Ukraynanın Xerson vilayəti Azərbaycanlılar Konqresinin sədr müavini, iş adamı İlham Tağıyevin qətlində təqsirləndirilən İlham Məmmədova hökm oxunub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən proses başa çatıb. Bildirilib ki, cinayət hadisəs
27 noyabr"Oğlum hələ uşaq idi, meyiti yox etməli idik..." - Tanınmış həkimin qızı
Yeniyetmə oğlunun atasını öldürdüyünü istintaqdan gizlədən ana cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, 39 yaşlı Mətanət Hüseynova xüsusilə ağır cinayəti bilib gizlətmə ittihamı ilə hakim qarşısına çıxarılıb. Bu hadisə elə ötən ilin bu ayı baş verib. Mətanə
4 dekabrEvinə gedən qadını hədələyərək pulunu aldı - Tərtərə qaçdı
Bakının Nizami rayonu ərazisində quldurluq hadisəsi qeydə alınıb. DİN-in Mətbuat xidmətindən -a bildirilib ki, dekabrın 7-də qadın yaşadığı evə doğru gedərkən naməlum şəxs yaxınlaşaraq onu kəsici-deşici alətlə hədələyib. Həmin şəxs bu yolla qadına məxsus 1300 manat dəyərində iki qızıl üzüyü və çantasındak
13 dekabrRusiyada tutulan azərbaycanlı ölkəyə gətirildi
Beynəlxalq axtarışa verilmiş Azərbaycan vətəndaşı Əkbər Xəlilov Tariyel oğlu Rusiyadan ölkəmizə ekstradisiya edilib. xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Bildirilib ki, Baş Prokurorluğun vəsatəti əsasında Rusiya Baş Prokurorluğu tərəfindən "Mülki, ailə və cinayət işləri üzr
17 noyabr21 yaşlı qadın doğuş zamanı öldü
Bakıda 21 yaşlı qadın doğuş zamanı vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə dekabrın 3-ü saat 11 radələrində Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsində yerləşən xəstəxanada baş verib. Qazax rayon sakini 2004-cü il təvəllüdlü Lalə Süleyman qızı Süleymanovanın ölümünə səbəb doğuş zaman
5 dekabr"Qapını qırıb görüblər ki, ikisi də rəhmətə gedib" - Fotolar+Video
Xəbər verdiyimiz kimi, Samuxda ər və arvad dəm qazından boğularaq ölüb. Vəfat edən şəxsin qardaşı İman Musayev "Qafqazinfo"ya hadisənin ilkin təfərrüatlarını danışıb. Onun sözlərinə görə, ər-arvadın ölümünü ilk oğlanları bilib:. "Hadisə günorta saatlarında olub. Evdə uşaq gec bilib. Məcbu
1 dekabr