İdeal sevgili olmaq üçün nə etmək gərək ? - MƏSLƏHƏT
Sözsüz ki, hər kəs yaxşı, ideal sevgi münasibəti yaşamaq istəyir. Bunun üçün daxilindəki bütün müsbət xüsusiyyətləri ortaya qoyur. Bəs buna hər zaman nail olmaq mümkündürmü?
Nə demək istəyirsinizsə, onu söyləyin
Qadınlar kişilərdən daha fərqli düşüncəyə sahib olduqları üçün özlərini ifadə etmək istədikləri bəzi zamanlarda həddindən artıq həssas olurlar və təşvişə düşərək vəziyyəti daha da gərginləşdirə bilərlər. Ona görə də söyləmək istədiklərinizi tam olaraq ifadə etməyi bacarmalısınız. Əgər özünüzü necə hiss etdiyinizi soruşsalar, həqiqətən "yaxşı" deyilsinizsə, əsla yaxşı olduğunuzu söyləməyin. Zehin oyunları kişilərin xoşuna gəlmir, onları yorar. Qarşılarında özləri kimi açıq və dəqiq danışan bir qadın tapmaq hər zaman kişilərin xoşuna gəlir.
Onun da bir insan olduğunu unutmayın
Əgər yorğun, əsəbi və ya kefsizdirsə, imkan verin bu duyğularla yaşasın. Kişilərin də ara-sıra ətraflarındakı dünya ilə bağını qoparmağa haqqı var. Hər dəfə özünü yaxşı hiss etmədikdə və ya özünə qapandıqda bunu özünüzə və ya münasibətinizə bir təhdid olaraq qəbul etməyin. Nəzakət göstərin.
Sürpriz - həyatın ədviyyatı
Ondan tez yuxudan oyanıb işə getdiyiniz vaxt ona kiçik bir qeyd qoyun. Sizinlə ilkləri yaşamasını təmin edin, yanınızda qorxularıyla üzləşməsinə imkan verin. Vaxt keçdikcə bu təcrübələr və paylaşılan romantik anlar ikiniz arasındakı bağı gücləndirəcək.
Onu gücləndirin
Ona bir addım irəli getmək üçün siz də səy göstərin. İnanın ki, bunu etdiyinizə peşman olmazsınız. İstənildiyinizi bilmək sizin necə xoşunuza gəlirsə, onun da xoşuna gələcəyini unutmayın. Onun ən çox xoşunuza gələn istər ağlı, istər biliyi, istərsə də fiziki xüsusiyyətlərini bir iltifat qaynağı kimi istifadə edin. Bunları eşitdikcə özünü daha çox inkişaf etdirəcək və olduğundan daha yaxşı, daha güclü biri olacaq.
Marağınızı mühafizə edin
Əslində bu, tanış olduğunuz hər kəs üçün etibarlı olmalıdır. Hər kəsdən öyrəniləcək nəsə var. Başqa yeni insanlarla ünsiyyət qurmağı özünüzə məhdudlaşdırmayın. Hər dialoq qiymətli və maraqlıdır. Tərəfmüqabiliniz üçün də eyni şey keçərlidir. Onun da sizə öyrədə biləcəyi bir çox şeylər və bacarıqlarınızı inkişaf etdirmək üçün qatqısı ola bilər. Bunu qiymətləndirin.
Xüsusi hədiyyələr
Ona bir hədiyyə seçərkən şəxsiyyətini, zövqlərini və maraq sahələrini yada salın. "Bir kişiyə nə almaq olar?" yox, "sevgilimin nə xoşuna gələr?" sualını özünüzə verin.
Ortaq siyahı
Bir fərd kimi özünüzə xas olan siyahınızın olması təbiidir. Amma birlikdə siyahı yaratmaq münasibət üçün qidalandırıcıdır. Onun seçimlərini paylaşmaq və bunlarla əlaqədar səy sərf etməyiniz unudulmaz xatirələr yaratmağınıza kömək olar. (lent.az)
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 3275 Tarix: 22 may 2016
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL
Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. Gözünüz -da olsun. İndi sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 1
15 sentyabr 2021Biləcəri qəsəbəsində 7 sot torpaq sahəsi satılır!
Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asef Zeynallı küçəsi, Respublika DYP ya tərəf gedəndə 3-cü küçədə 6,7 sot torpaq sahəsidir, yoldan 150 metr aralıdır. Köhnə məhəllədir, yaşayış çoxdur, özüm satıram, 2 hissəyə də bölüb satmaq mümkündür, torpağın eni 23,5 uzunu 28,5 metrdir. Qaz,su,işıq kanalizasiy
8 sentyabr 202156 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO
Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy
16 sentyabr 2021Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!
TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem
15 sentyabr 2021Körpəm məni nə zaman eşitməyə başlayır?
Körpəsinin doğulmasını gözləyən ana və atalar, uşaqlarını qucaqlarına alacaqları günü düşünəndə həyəcanlanırlar. Bununla yanaşı, bətndəki körpələri haqqında məlumatlarla da maraqlanırlar. Onlara ən çox maraqlı gələn sual isə budur: Uşağım məni nə vaxt eşitməyə başlayır?. -a istinadən məlumat verir ki
17 sentyabr 2021Ərdoğan gənclər üçün şeir oxudu - VİDEO
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan şeir oxuyub. xəbər verir ki, Qəhrəmanmaraşda gənclərlə bir araya gələn Ərdoğan Türkiyənin istiqlal şairi Mehmet Akif Ərsoyun şeirini oxuyub. Ərdoğan bu şeirlə məktəblərarası şeir yarışmasında qalib olduğunu xatırladıb. Həmin anların videogörüntüsünü təqdim edirik
12 sentyabr 2021"Google" xəritəsindən mistik görüntü - VİDEO
Sosial şəbəkələrdə səhrada yardım çağırışının əks olunduğu foto yayılıb. Şəkli "MrMBB33" ləqəbli "YouTube"-bloqer dərc edib. Bloqer xəritədə İordaniyanın cənubundakı ucqar səhranı araşdırarkən qumun üzərində latın hərfləri ilə "SOS Stranded" ("Kömək lazımdır. Burd
7 sentyabr 2021Günəşin ətrafındakı halqa görənləri heyrətləndirdi - FOTOLAR
Sinqapurda Günəşin ətrafında yaranan işıq dairəsi görənləri heyrətləndirib. xəbər verir ki, 2020-ci ildən sonra ikinci dəfə müşahidə olunan Günəş dairəsi insanlar tərəfindən maraqla qarşılanıb. Hər kəs bu təbiət hadisəsini seyr etsə də, elm insanları dairəyə gözlüksüz baxmağın təhlükəli olduğu yönünd
12 sentyabr 2021Bu köpəkbalığı donuza oxşayır - FOTO
İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ-a istinadən xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonu
10 sentyabr 2021