İri ticarət mərkəzləri nə vaxt fəaliyyətə başlayır?- AÇIQLAMA
Xəbər verdiyimiz kimi bu gündən etibarən 65 yaşdan yuxarı şəxslərin çölə çıxmasına, kafe və restoranların fəaliyyətinə icazə verilib. Gələn həftə növbəti yumşalma olsa, iri ticarət mərkəzlərinin fəaliyyətinə icazə verilə bilərmi?
Bununla bağlı Sonxeber.az-a danışan deputat Azər Badamov bildirib ki, karantin rejiminin yumşaldılması ilə əlaqədar Operativ Qərargahda pandemiyanın gündəlik dinamikası təhlil olunaraq qərarlar qəbul edilir: "Bu gündən yeni yumşalmaların icrasına başlanıb. Hər bir yumşalma insanların gündəlik həyatına bir daha sərbəstlik gətirir. Amma bu yumşalmalar o demək deyil ki, pandemiya bitib, karantin rejimi qurtarıb. Bu heç də elə deyil. Dünənin statistikası da heç də ürək açan olmayıb. Hər gün yoluxmalarda artımların olduğunu müşahidə edirik. Ona görə də hələlik insanların daha çox bir yerdə cəmləşdiyi ictimai yerlərin fəalaiyyətlərində məhdudiyyətlər davam etdirilir. Ancaq iri ticarət mərkəzlərin fəaliyyətlərinin bərpasına gəldikdə isə növbəti yumşalma tədbirlərində bu öz əksini tapa bilər. Ancaq bir şeyi yaddan çıxartmalı deyilik ki, tibbi maskanın taxılması, şəxsi qigiyena qaydalarına riayət edilməsi və sosial məsafənin gözlənilməsi karantinin sonuna qədər hamı tərəfindən icra olunmalıdır. Hətta iri ticarət mərkəzlərinin fəaliyyəti bərpa olunsa da, belə yerlərə tibbi maskasız giriş ümumiyyətlə qadağan olunmalıdır, kimlər riayət etməsə, onlara qarşı ciddi inzibati tədbirlər görülməlidir. Hər birimiz üçün insanların sağlamlığı birinci yerdə dayanmalıdır".
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 6476 Tarix: 18 may 2020
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Toy mərasimləri ilə bağlı yeni qaydaların tətbiqi təklif olunur. Təklifə əsasən, toyda iştirak edənlərin sayı maksimum 120 nəfər, mərasimin müddəti isə 2 saatla məhdudlaşdırıla bilər. Bu, nə dərəcədə mümkündür?. xəbər verir ki, -a danışan sosioloq Mail Yaqub deyib ki, bu təklif Azərbaycan üçün tam rea
20 sentyabrBakının mərkəzi küçəsi Formula 1 həftəsində açıq olacaq
Formula 1 günlərində Bakının mərkəzində yeni tranzit dəhliz təşkil olunacaq. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Qran-Prisinin keçirildiyi günlərdə şəhərin mərkəzi hissəsində nəqliyyatın hərəkətinin daha rahat təşkili üçün əlavə imkanlar yaradılır. Səhər və axşam saatlarında bir sıra əsa
19 sentyabrAzərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Prezident İlham Əliyevin Şamaxıya səfəri və burada bir sıra açılışlarda iştirakı şəhərin yenidən paytaxt statusu alması məsələsini aktuallaşdırıb. Şamaxı orta əsrlərdə uzun müddət Şirvanşahlar dövlətinin paytaxtı olub. 1191-ci ildə baş verən güclü zəlzələdən sonra isə Şirvanşah I Axsitan paytaxtı müvəqqət
20 sentyabrBu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA
Azərbaycanda gələcək pensiyanın məbləği əsasən vətəndaşın əmək fəaliyyəti dövründə əldə etdiyi rəsmi gəlirlər, ödədiyi sosial sığorta haqları və formalaşdırdığı pensiya kapitalı ilə bağlıdır. Bu baxımdan uzun müddət rəsmi əmək fəaliyyəti göstərən və əməkhaqqısı yüksək olan şəxslərin gələcəkdə daha yüksə
20 sentyabrAzərbaycanın dövlət suverenliyini tam bərpa etməsindən 3 il keçir
Üç il bundan əvvəl sentyabrın 20-i saat 13:00-da Azərbaycan ordusunun ölkənin suverenliyinin bərpası üçün başladığı lokal antiterror əməliyyatı Qarabağda erməni separatçılarının qalıqlarının ağ bayraq qaldırması və Azərbaycan hakimiyyətinin şərtlərini tam olaraq qəbul etməsi ilə bitib. "Report"
20 sentyabrSentyabrın 21-dək bunu etməyənlər CƏRİMƏLƏNƏCƏK
21 sentyabr 2026-cı il avqust ayı üzrə bir sıra vergi bəyannamələrinin təqdim edilməsinin son günüdür. Bu barədə -a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib. Son tarixədək aşağıdakı bəyannamələr təqdim edilməlidir:. uduşlardan və mükafatlardan əldə edilmiş gəlirdən ödəm
19 sentyabrƏHALİNİN NƏZƏRİNƏ: Gecikənlər əlavə pul ödəyəcək
Sentyabrın 21-də bir sıra vergi ödənişlərinin həyata keçirilməsi tələb olunur. Bu barədə Dövlət Vergi Xidmətindən məlumat verilib. Bildirilib ki, qeyd olunan tarixədək xüsusi notariuslar üzrə gəlir vergisi, idman mərc oyunları, lotereyalar, habelə digər yarışlar və müsabiqələr üzrə gəlir vergisi, əlav
20 sentyabr