"Türkiyə regionda geosiyasi, iqtisadi enerji maraqlarını müdafiə edir"-RƏY

"Türkiyə regionda geosiyasi, iqtisadi enerji maraqlarını müdafiə edir"-RƏYLiviyada Türkiyənin dəstəklədiyi Milli Razılıq Hökuməti qüvvələri general Xəftər qüvvələri ilə müharibədə üstünlüyü ələ alır. Son günlərdə MRH qüvvələri 2014-cü ildən bu yana Xəftər qüvvələrinin nəzarətində olan strateji əhəmiyyətə malik Vattiyə hərbi hava bazasını geri alıb. Bu, son zamanlarda müharibənin gedişində müşahidə olunan ciddi dəyişiklikdir. Qərb sahilində Xəftər qüvvələri ciddi uğursuzluqlara düçar olaraq son həftələrdə bir neçə məntəqəni itirib.

Bu daha çox Türkiyənin dəstəyi nəticəsində mümkün olub. Buna görə də ötən həftə BƏƏ, Misir və bir neçə Avropa ölkəsi Türkiyənin Liviyadakı faliyyətini təqnid edən birgə bəyanat yayıb. Əgər proses bu şəkildə davam edərsə, Liviyada sülh və ya Xəftərin məğlubiyyəti baş verə bilər.

BMT-nin Liviya üzrə xüsusi təmsilçisi vəzifəsini icra edən Stefani Uilyams Liviya böhranında həlledici mərhələsinə gəlindiyini bildirib. O, xəbərdarlıq edib ki, iki tərəfə silah, hərbi təchizat və muzdlu əsgər göndərilir.

Türkiyə Milli Razılıq Hökumətini dəstəkləyir və ötən il noyabrın 28-də əldə olunan razılaşmaya əsasən Türkiyə bu hökumətə hərbi yardım göstərir. Məhz bu yardım müqaviləsindən sonra Liviyada döyüş cəbhəsində vəziyyət Milli Razılıq Hökuməti xeyirinə dəyişib. Bu da öz növbəsində Ankaranın regional siyasətdə mövqelərinin güclənməsi kimi qiymətləndirilir.

Mövzu ilə bağlı politoloq Nəzakət Məmmədova Sonxeber.az-a açıqlama verib.

Politoloq bildirib ki, Türkiyənin bu məsələdə üstünlüyü Rusiyanın iştrakı olmadan çətin ki, mümkün olardı. Ərdoğan bir neçə dəfə Putini "öz sözünü deməyə" çağırmışdı:

"Rusiya elə bir ölkədir ki, onun SSRİ-nin varisi kimi Yaxın Şərqdə təsir imkanları çox genişdir. Həmçinin Suriyada qazandığı müvəffəqiyyət onun nüfuzunu artırdı. Təsadüfi deyil ki, Yəməndəki bəzi qüvvələr Rusiyanı bu ölkəyə dəvət etməyə çalışırdılar və hesab edirdilər ki, Rusiya kimin tərəfində olsa, onun qalib gəlmək şansı çoxdur. Ola bilsin ki, Rusiya Liviyada Xəftərin yol verdiyi bəzi səhvlər ucbatından ona dəstəyin düzgün olmadığını anladı, yaxud Ərdoğan və Putin Suriyada olduğu kimi Liviyada da müəyyən razılığa gəldilər. Hər halda Liviyada Çin, Aİ, ABŞ, Misir, İsrailin də maraqları var və Rusiya ilə Türkiyə öz mövqelərini daha çox yaxınlaşdıra bilməyiblər.

Artıq Türkiyə Liviyanın tanınmış hökumətinə müraciət edərək neft-qaz yataqlarının işlənməsini istəyib. "Turkish Petroleum" şirkəti bu işi həyata keçirəcək. Təbii ki, bu, digər maraqlı qüvvələrin qəzəbinə səbəb olub. Lakin Türkiyə qətiyyət nümayiş etdirir və belə də davam edəcəyi gözlənilir. Lakin bu, Liviyada gərginliyi artıracaqdır. Misir, Səudiyyə Ərəbistanı və s. ərəb ölkələri qətiyyətlə buna qarşı çıxır. Lakin Türkiyə də burada yeni oyunçu deyil. Bu ölkə uzun əsrlər Osmanlı imperiyasına daxil olub. Liviya nefti isə son 20 ildə Türkiyəyə axıdılıb.

Türkiyə regionda geosiyasi, eyni zamanda iqtisadi enerji maraqlarını müdafiə edir və bundan sonra da edəcək. Lakin digər böyük oyunçuların da burada marağının olması Liviyanın yaxın illərdə qeyri-sabit bir ölkə kimi qalmaqda davam edəcəyini şərtləndirəcəkdir".

F.Ağayeva


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1252   Tarix: 21 may 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ərdoğandan Ermənistana xəbərdarlıq: "Fürsət qapıları həmişə açıq qalmır"

"Artıq regionda yeni bir nizam qurulur". Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqdan qayıdarkən jurnalistlərə müsahibəsində bildirib. O qeyd edib ki, gerçəkliklə heç bir əlaqəsi olmayan uydurma tarixi hekayələr üzərində hərəkət etməkdənsə, zamanın reallıqlarına əsaslanaraq hərəkə

23 aprel
.

"İranın Azərbaycana dostluq mesajları verib, Təbrizdə Ermənistanın baş konsulluğunu açması düzgün və etik deyil" -Politoloq

Yaxın zamanlarda Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq. Bununla bağlı Ermənistan hökumətinin iclasında qərar qəbul edilib. Eyni zamanda, baş konsulun əldə edəcəyi maaş da açıqlanıb. Bildirilir ki, konsulun gəliri 2565 dollar həcmində təyin edilib. Təbrizdə Ermənistanın baş konsulugun açıqlmas

26 aprel
.

Azərbaycan Prezidenti: "İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var"

"Biz məsələnin həllinə (sülh sazişinin imzalanmasına – red.) heç vaxt olmadığı qədər yaxınıq. Biz işğal zamanı buna heç vaxt yaxın olmamışıq. Həmin vaxt biz baza prinsipləri üzərində belə razılığa gələ bilmirdik". AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev apreli

23 aprel
.

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində SON DURUM

Ermənistanla Azərbaycan arasındakı şərti sərhədin Qazax istiqamətindən görüntülər yayılıb. Ermənistan mediasında yayılan kadrlarda hazırda işğal altında olan Bağanis Ayrım kəndində azərbaycanlılara məxsus viran qalmış evlər əks olunub. Həmçinin Ermənistan KİV-də bölgədə delimitasiya prosesinin aparılmasın

23 aprel
.

Prezident: "Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar"

"Bu gün biz bəzi ölkələrdən Azərbaycana qarşı əsassız hücumları görürük. Biz cavab tədbirləri görürük". AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumd

23 aprel
.

Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və Füzuli şəhərinin Baş planı ilə tanış olublar. Bununla bağlı məlumat yayıb

25 aprel
.

Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB + FOTO

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə məhdud tərkibdə görüşü olub. Bununla bağlı məlumat yayıb. 11:49. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə məhdud tərkibd

24 aprel
.

Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub - VİDEO

Azərbaycan Respublikasına dövlət səfərinə gələn Qırğız Respublikasının Prezidenti Sadır Japarovun aprelin 24-də rəsmi qarşılanma mərasimi olub. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Qırğızıstan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbayca

24 aprel
.

Rusiya Qarabağdakı abidələrlə bağlı məsələlərin həllində Bakı və İrəvana yardım göstərməyə hazırdır

"Rusiya Qarabağ ərazisində dağıdılmış abidələrlə bağlı məsələlərin həllində Azərbaycan və Ermənistana kömək göstərməyə hazırdır". Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib. "Ermənistan və Azərbaycan arasında mədəni abidələrin, tarixi abidələrin v

25 aprel