BMT dünyada yalan informasiya yayanlara qarşı mübarizəyə başlayıb

BMT dünyada yalan informasiya yayanlara qarşı mübarizəyə başlayıbBirləşmiş Millətlər Təşkilatı (BMT) COVID-19-la əlaqədar artmaqda olan dezinformasiyaya qarşı mübarizə aparmaq üçün etibarlı, dəqiq məlumatların həcmini çoxaltmaqla ‘Verifed’ (Yoxlanmış) adlı qlobal kampaniyaya başlayıb.

Bu barədə "Report"a BMT-nin Azərbaycandakı Nümayəndəliyindən məlumat verilib.

Təşəbbüsü BMT-nin Baş katibi António Quterreş təqdim edib: "Virtual məkanlarımızı yalan, qorxu və nifrət dolu məlumatları nəql edənlərə təslim etməməliyik. Dezinformasiya onlayn məkanda, ünsiyyət proqramları və insanların bir-birinə ötürməsi nəticəsində geniş yayılmaqdadır. Bu kimi məlumatların müəllifləri, cəlbedici məhsullardan və yayma metodlarından istifadə edirlər. Buna qarşı mübarizə aparmaq üçün alimlər və Birləşmiş Millətlər Təşkilatı kimi təsisatlar insanları etibarlı və dəqiq məlumatlarla təmin etməlidirlər".

BMT-nin Qlobal Kommunikasiyalar Departamentinin idarə etdiyi "Verified" təşəbbüsü üç mövzu ətrafında məlumat verəcək:

- həyatları xilas etmək üçün - elm;

- yerli və qlobal əməkdaşlığı təşviq etmək üçün – həmrəylik;

- təsirə məruz qalmış əhaliyə dəstək olmaq üçün – həllər.

Təşəbbüs həmçinin iqlim böhranının həllinə, eləcə də yoxsulluq, bərabərsizlik və aclığın səbəblərini aradan qaldırmağa yönələn bərpa proqramlarını da təşviq edəcək.

Təşəbbüs dünyadakı insanları, onların ailələri və icmalarını düzgün informasiya ilə təmin etmək üçün əsaslandırılmış məzmun paylaşmaq istiqamətində "informasiya könüllüləri" olmağa çağırır. Rəqəmsal məkanda öncül rol oynayan könüllülərə hər gün səhv məlumatı birbaşa təkzib edən ya da informasiya boşluğunu dolduran və sosial media üçün uyğunlaşdırılmış, habelə məzmun baxımından yoxlanılmış xəbərlər göndəriləcək.

Qlobal Kommunikasiyalar Departamenti COVID-19-la əlaqəli nifrət və zərərli ifadələrin kökünü kəsmək üçün sosial media platformaları ilə işləyəcək, eləcə də etibarlı məzmunu yaymaq üçün BMT agentlikləri, BMT-nin ölkə üzrə idarə heyətləri, ictimai rəyə təsir gücünə malik insanlar, vətəndaş cəmiyyəti, biznes və media təşkilatları ilə tərəfdaşlıq edəcək: "Bir çox ölkələrdə rəqəmsal kanallar üzərindən yayılan yanlış məlumatlar ictimai səhiyyə tədbirlərinə mane olur və iğtişaşların ehtimalını artırır. Böhrandan nativizm (şovinizm) meyllərini artırmaq və ya azlıq qruplarını hədəfləmək üçün istifadə etmək cəhdlərinə dair daxil olan məlumatlar narahatlıq doğurur. Belə hallar cəmiyyətlərdəki gərginlik böyüdükcə və iqtisadi və sosial çətinliklər artdıqca daha da dərinləşə bilər," Qlobal Kommunikasiyalar üzrə Baş katibin müavini Melissa Fleminq qeyd edib. "Verified təşəbbüsü, eyni zamanda, yerli səviyyədə humanizm yanaşmalarını, qaçqın və miqrantların töhfələrini nəzərə alan və qlobal əməkdaşlığa xidmət edən ümid yaradan məzmundan istifadə edərək sözügedən meylləri həll etmək üçün çalışacaq".

Təşəbbüs dünyanın aparıcı sosial səfərbərlik təşkilatlarından biri olan Purpose ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Təşəbbüsü IKEA Fondu və Luminate də dəstəkləyir.

IKEA Fondunun proqramlar üzrə baş nümayəndəsi Patrisia Atkinson bildirib: "COVID-19 pandemiyası ictimai səhiyyə sahəsində misli görünməmiş qlobal böhrandır. IKEA Fondu hər bir şəxsin ailəsini və yaxınlarını etibarlı qoruması üçün tələb olunan tutarlı elmi dəlil və məsləhətlərə çıxışı təmin etmək məqsədi daşıyan Verified təşəbbüsünü dəstəkləməkdən qürür duyur."

Luminate şirkətinin İdarəedici direktoru Nişant Lalvani bunları söyləyib: "COVID-19 dəqiq, etibarlı məlumatlara çıxış imkanının qorxu və dözümlülük, parçalanma və birlik, hətta həyat və ölüm arasındakı fərqi əks etdirdiyini xatırladır. Dünya əhalisini və icmaları qorumaq üçün etibarlı, elmə əsaslanan məlumatları sürətlə yayaraq koronavirus 'infodemiyası' ilə mübarizə işinə töhfə verən Verified təşəbbüsünü dəstəkləmək bizim üçün şərəfli vəzifədir".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 777   Tarix: 22 may 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Taksimdə partlayış törədən qadına hökm oxundu - 1794 il HƏBS

Ötən il noyabrın 13-də İstanbulun İstiqlal küçəsində törədilən bombalı hücumla bağlı iş üzrə hökm elan edilib. Türkiyə mətbuatına istinadən xəbər verir ki, müttəhim Suriya əsilli Əhlam Əlbəşir törətdiyi cinayətlərə görə 7 ağırlaşdırılmış ömürlük və 1794 il həbs cəzasına məhkum edilib. Belə ki, iddianaməd

26 aprel
.

İnsanabənzər robotların buraxılış tarixi AÇIQLANDI

"İnsanabənzər robot "Optimus" hələ də "Tesla"nın laboratoriyasında sınaqdan keçirilir, lakin gələn ilin sonunda buraxılmağa hazır ola bilər". Bu barədə "Tesla"nın baş direktoru İlon Maskın bəyanatına istinadən məlumat yayılıb. "Tesla" dünyada potensia

25 aprel
.

Müəllim şagirdə dərs yazmaq əvəzinə rəqs etməsini istədi - VİDEO

Bir tələbə 15.00 sözlük məqalə yazmamaq üçün rəqs edib. xarici KİV-ə istinadən xəbər verir ki, tələbədən biotibbi mühəndislik mövzusunda 15.00 söz yazmağı tələb edən ənənəvi sənəd əvəzinə, bütün otağın qarşısında 15 saniyəlik rəqs etmək seçimi verilib. Tələbə tərəfindən yerləşdirilən video dərhal vira

24 aprel
.

Ev sahibi mənzildən çıxarmaq istədiyi kirayəçinin kanalizasiyasını bağladı

Türkiyənin İstanbul şəhərində maraqlı hadisə yaşanıb. xarici mediaya istinadən xəbər verir ki, kirayəçisinin evini tərk etməsini istəyən ev sahibi mənzilin kanalizasiyasını bağlayıb. Baş verənlərə üsyan edən və 20 gün tualetdən istifadə edə bilmədiklərini bildirən kirayə qalan ailə evdəki pis qoxuy

24 aprel
.

Qadın qapısı açıq avtobusdan YIXILDI - VİDEO

Türkiyədə qadın qapısı açıq avtobusdan yıxılıb. xarici mediaya istinadən xəbər verir ki, Adananın mərkəzi Sarıçam rayonunda qapısı açıq vəziyyətdə avtobusdan yıxılan qadın ağır yaralanıb. Qadının yolda yıxıldığı anı avtomobilin təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb. Ətrafdakıların xəbəri üzərin

26 aprel
.

Səhvən ayağını əzdiyi şəxsin xəstəxana xərclərini ödəmədi, ÖLDÜRÜLDÜ - VİDEO

Səhvən ayağını əzdiyi şəxsin xəstəxana xərclərini ödəməkdən imtina edən dükan sahibi bıçaqlanaraq öldürülüb. xarici mediaya istinadən xəbər verir ki, İstanbulda baş verən hadisədə mağaza sahibi həmin küçədə mebel satışı ilə məşğul olan şəxsin oğlunun ayağını maşını ilə əzib. Mağaza sahibi xəstəxana xərclərin

25 aprel
.

Qazaxıstanlı nazir arvadını öldürdüyü gün restoranı rusiyalı siyasətçilər tərəfindən bron edilibmiş - VİDEO

Qazaxıstanda həyat yoldaşı Saltanat Nukenovanı vəhşicəsinə qətlə yetirməkdə təqsirləndirilən keçmiş milli iqtisadiyyat naziri Kuandıq Bişimbayevin işi üzrə məhkəmə istintaqı başa çatıb. Bu barədə mərhumun qardaşı Aytbek Amangeldi xəbər verib. Onun sözlərinə görə, hazırda tərəflər arasında gələn həftəni

26 aprel
.

74 yaşlı kişi borcunu ödəmək üçün bankı qarət etdi

ABŞ-ın Ohayo ştatının 74 yaşlı sakini Enn Myers Feyrfild şəhərində bankı soymaq qərarına gəlib. Polis onu öz evində saxlayıb. xarici mediaya istinadla bildirir ki, onun avtomobilinə baxış zamanı oğurluqda istifadə olunduğu güman edilən tapança, həmçinin atılmış paltar və saxta dövlət nömrə nişanı aşka

26 aprel
.

Qadın keçmiş ərindən belə qisas aldı

Rusiyanın Samara şəhərində yerli sakin keçmiş ərinin avtomobilini yandırmaqda şübhəli bilinir. yerli mediaya istinadla bildirir ki, hadisə Müəlliflər küçəsində baş verib. Hadisə yerinə baxış keçirən polis "Lada Priora" markalı avtomobilin qəsdən yandırıldığını müəyyən edib. Avtomobil sahib

25 aprel