"Ermənistanda əhalinin böyük əksəriyyəti yarıac, yarıtox dolanır"-RƏY
Ermənistan Baş naziri Nikol Paşinyanın koronavirusa yoluxması və xəstələnmə ərəfəsində ölkə əhalisinin adambaşı yoluxmaya görə İtaliyanın acı təcrübəsini ötdüyü barədə açıqlaması erməni böhranının yeni göstəriciləridir. Təcavüzkar dövlətin koronavirusa qarşı hələ ki uğursuz mübarizəsi yerli siyasətçilər və ekspertlər tərəfindən də etiraf edilir. Ermənistandakı reallıq mahiyyət baxımından Paşinyanın başçılıq etdiyi hökumətin koronavirusa qarşı tədbirlərinin iflasa uğramasını nümayiş etdirir. Bu isə onsuz da güclü iqtisadi və sosial böhran keçirən ölkədə vəziyyətin daha da mürəkkəbləşməsinə işarə edir.
Bununla bağlı Sonxeber.az-a politoloq Mübariz Əhmədoğlu danışıb. O Ermənistandakı hazırkı vəziyyəti şərh edib:
"Sözügedən məsələdə çıxılmaz vəziyyətin olacağını Ermənistanın Baş naziri Nikol Paşinyanın hətta birinci sıra yaxınları etiraf ediblər. Vəziyyətin mürəkkəbliyini Paşinyan özü də etiraf edib. Bu vaxta qədər Azərbaycan ictimaiyyətində çoxları bilirdi ki Ermənistanda sosial - iqtisadi vəziyyət gərgindir, amma ermənilər bunu özləri etiraf etmirdi, "vəziyyətimiz yaxışıdır" deyə bildirirdilər. Fakt olaraq Ermənistanın səhiyyə sisteminin olmadığını görürük. Əhalinin böyük əksəriyyəti yarıac, yarı tox dolanır. Koronavirus xəstəliyi də bilirsiniz ki, immun sistemi zəif olan insanlara daha tez yoluxur. Ermənistanda həm də səmərəsiz idarəçilik hökm sürür. Paşinyan çalışdı ki koronavirusdan öz xeyri üçün istifadə etsin. Bunun üçün mətbuatı, rəqiblərini susdurdu. Paşinyan koronavirus kimi ağır xəstəliklə mübarizə aparmaq əvəzinə rəqibləri ilə mübarizə aparmağa başladı".
Politoloq Mübariz Əhmədoğlu həmçinin yaxın zamanlarda Paşinyanın siyasətdən uzaqlaşdırılacağı ilə bağlı proqnozların olduğunu da açıqlayıb:
"Ermənistanın keçmiş prezident Serj Sarqsyanın kürəkəni Maykl Minasyan yerində olan və təhlükəli ideya dövriyyəyə buraxıb. O, deyir ki, hakimiyyətdə olan Paşinyanın rəhbərlik etdiyi "Mənim addımım" bloku parlamentdə böyük səsə malikdir. Həmin ideyada Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması və əvəzinə kiminsə təyin edilməsi dayanır. Düşünürəm ki, bu yaxın zamanda həmin ideyanın ciddi şəkildə müzakirə olunduğunu görəcəyik".
Şəlalə Babayeva
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş