Karantin dövründə toylar necə keçirilməlidir? - Maraqlı TƏKLİFLƏR

Karantin dövründə toylar necə keçirilməlidir? - Maraqlı TƏKLİFLƏRAzərbaycanda koronavirus pandemiyası ilə bağlı tətbiq olunan karantin rejimində təxirə düşən əsas tədbirlərdən biri də toy mərasimləridir. Bu dövrdə gizli toy mərasimlərinin keçirilməsi və yaxud sadəcə nikah bağlamaqla yeni ailələlər qurulmasını görürük.

Qaynarinfo-nun məlumatına görə, məsələyə münasibət bildirən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Trend-ə bildirib ki, Dünya Səhiyyə Təşkilatı və ayrı-ayrı ölkələrin mütəxəssisləri də qeyd edib ki, koronavirus pandemiyası hələ bir müddət davam edəcək:

"Biz artıq epdemiya şəraitində yaşamağa öyrəşməliyik və həyat tərzimizi ona uyğun qurmalıyıq. Ona görə də biz 400-500 nəfərlik toylardan artıq imtina etməliyik. Təbii ki, toy insanların bir arzusudur və bunu uzun müddət təxirə salmaq olmaz. Ancaq əvvəlki təmtəraqlı toyların keçirilməsi indiki vəziyyətdə mümkün deyil. Hesab edirəm ki, Nazirlər Kabineti yanında Operativ Qərərgah bu şəraitə uyğun təlimatlar hazırlaya, normalar müəyyən edə bilər.

Misal üçün, toyda iştirak edəcək insanların sayı, buna uyğun yemək sifarişi və toyun davam etmə müddəti müəyyən edilməlidir. Çünki virus qapalı məkanda müəyyən zaman daxilində yolxucu konsentrasiyanı toplaya bilir. Məsələn, toya 30 adam gəlibsə və onun biri virus daşıyıcısıdırsa, həmin şəxs asqırdığı və ya öskürdüyü zaman dərhal yanındakı insanı yoluxdura bilər, Hətta asqırıb-öskürmədiyi halda belə tənəffüs vasitəsilə 50 dəqiqə ərzində ətrafındakı insanları yoluxdura bilər. Ona görə də toylar üçün müəyyən bir vaxt qoyulmalıdır və məclisə az sayda insan cəlb olunmalıdır, sosial məsafə gözlənilməlidir".

Toyların maska ilə keçirilməsini təsəvvür edə bilmirəm. Bu qədər çağırışlara və cərimələrə baxmayaraq, insanlar küçələrdə və marketlərdə maska taxmırlar, o ki qaldı toya maska ilə gedəcəklər. Bu, bir az real deyil. Ancaq insan sayını azaltmaq, ən azı girişdə insanların hərarətinin ölçülməsi, burun-boğazda axıntı və ağrıların olmasını müəyyənləşdirmək də vacibdir. Bir də toyda iştirak edənlərin siyahısı olmalıdır və onlar da toydan sonra bir neçə gün ərzində nəzarətdə saxlanılmalıdır".

Komitə sədri hesab edir ki, digər bir metod toyların ayaqüstdə keçirilməsidir: "Yəni vacib deyil ki, insanlar gəlib saatlarla oturub musiqi dinləsinlər. Tutaq ki, 15-20 nəfər testdən keçmiş ailə üzvləri və yaxın qohumlar toyda iştirak edir, qalan insanlar isə qısa müddətə gəlib bəylə gəlini təbrik edib və öz hədiyələrini verib gedir. Bu və ya digər şəkildə toyları keçirmək olar".

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva isə bildirib ki, bu elan olumamış koronavirus müharibəsində bütün dövlətlər təxirəsalınmaz tədbirlər həyata keçirir:

"Azərbaycanda da bu istiqamətdə tədbirlər görülür və bütün bunlar əlbəttə ki, insanların sağlamlığını qorumaq məqsədi daşıyır. Belə bir dövrdə insanların gündəlik həyata nə şəkildə davam edəcəkləri ilə bağlı müəyyən nüanslar ortaya çıxır. Bu nüanslardan bir də toylardır.

İstər-istəməz həyat davam edir və toylar da bir şəkildə tənzimlənməlidir. Düşünürəm ki, toylar az sayda insanın iştirakı, ara məsafəsinin qorunması ilə nikah bağlanması formasıda keçirilə bilər. Artıq Türkiyədə və bir sıra ölkələrdə bununla bağlı proqramlar hazırlanıb.

Bura da vətəndaş məsuliyyəti də çox önəmlidir. Dövlət tərəfindən lazımi tədbirlər görülür, qaydalar qoyulur və tövsiyələr verilir, ancaq mən düşünürəm ki, birinci növbədə insan özü-özünü qorumalıdır. Vətəndaşlar öz məsluliyyətini dərk etməli və müəyyən müddət həmişəki alışqanlığından qaçmalıdır. Bəlkə təmtəraqla deyil, az adamın iştirakı ilə toylar keçirilə bilər. Qaydalarla bərabər, insanların da buna şüurlu şəkildə getmələri vacibdir. Qaydalara əməl etməklə toy mərasimləri keçirmək olar. Çünki görünən odur ki, bu virus hələ bizimlədir. Buna görə də düşünürəm ki, müəyyən məsələlər var ki, onları da həyatımızda tənzimləmək lazımdır".

Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı bildirib ki, indiki şəraitdə Operativ Qərərgahın tövsiyələrinə və təlimatlarına əməl etməliyik:

"Həyatımızı pandemiya dövründə bu qaydalara uyğun dəyərləndirməliyik. Biz ətrafdakılarımızı da düşünməliyik. İnsan özü virus daşıyıcısı ola bilər, onda heç bir əlamət hiss edilməyə bilər, ancaq onun yoluxdurduğu insan ağır vəziyyətə düşə, ölə bilər. Ona görə də bu məsələyə məsuliyyətlə yanaşmalıyıq. Xüsusən, Azərbaycan toylarının formatı elədir ki, orada nə sosial məsafə qorumaq mümkün olacaq, nə də insanlar maska taxacaq. Ona görə də Operativ Qərərgah hansı qərarı verirsə, hər bir vətəndaş vəzifəsindən asılı olmayaraq ona riayət etməlidir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2606   Tarix: 23 iyun 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bu restoranların menyularında "dəvə qutabı" olsa da, özü yoxdur... - Fotolar

Daxil olan müraciətlər əsasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Sumqayıt şəhəri, Sahil küçəsində fəaliyyət göstərən bir sıra ictimai iaşə obyektlərində reyd keçirib. "Qafqazinfo" xəbər verir ki, yoxlama zamanı "Nicat" restoranı və "Balıqçı" kafesində "dəv

20 dekabr
.

Saxta sürücülük vəsiqəsi istifadə edən şəxs CƏZALANDIRILIB

Saxta sürücülük vəsiqəsindən istifadə etməkdə təqsirləndirilən Rusiya vətəndaşı barəsində hökm çıxarılıb. -a istinadla xəbər verir ki, 1990-cı il təvəllüdlü Rusiya Federasiyasının vətəndaşı - Emil Şərəfxan oğlu İsmayılov Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə (saxta sənəddən istifadə) ittiham olunub

20 dekabr
.

Meyxanaçı Kərim vəfat etdi

Meyxanaçı Ağakərim vəfat edib. xəbər verir ki, bu barədə -a onun yaxınları məlumat verib. Xatırladaq ki, meyxanaçı Ağakərimin 2017-ci ilin martında beyninə qan sızıb. Həmin gündən ifaçının səhhətində ciddi problemlər yaranıb

19 dekabr
.

Ofisiantların ölümünə görə tutulan icarədarın həbs müddəti artırıldı

Binəqədidə 4 gəncin elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı həbs edilən "Lake Hotel"in icarədarı Ağasif Verdiyev yenidən məhkəməyə çıxarılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, prokuror cinayət işi üzrə zəruri istintaq hərəkətlərinin davam etməsi ilə əlaqəda

19 dekabr
.

Sabah hava necə olacaq?

Azərbaycanda dekabrın 21-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəz

20 dekabr
.

Direktoru divara itələyən müəllimlə bağlı - Rəsmi açıqlama+Video

Sosial şəbəkələrdə yayılan Qobustan rayonu Ərəbşahverdi kənd ümumi orta ümumtəhsil məktəbinin müəlliminin direktora qarşı uyğunsuz davranışını əks etdirən video ilə bağlı araşdırma aparılıb. Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dağlıq Şirvan Regional Təhsil İdarəsindən məlumat verilib

19 dekabr
.

Arayik Arutyunyan: Kəlbəcərdəki Tunel və Bəylik bağı hadisələri hərbi cinayətlərdir

"Burada müharibə cinayətləri təqdim olundu. Səmimi desəm, böyük hissəsi ilə burada tanış oldum". AZƏRTAC xəbər verir ki, bu sözləri Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesində son söz nitqi zamanı təqsirəndirilən şəx

19 dekabr
.

Bu qadağa fevralın 1-dək ləğv olundu

Ekologiya və Təbii Sərvətlər Nazirliyində "Ov Məsələləri üzrə Koordinasiya Şurası"nın növbəti iclası keçirilib. Qaynarinfo xəbər verir ki, bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətindən məlumat verilib. Bildirilib ki, iclasda aparılan ekoloji monitorinqlərin nəticələri və mövcud elm

20 dekabr
.

Karantin rejiminin müddəti uzadıldı

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib. Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsus

20 dekabr