COVID-19 digər pnevmoniyadan nə ilə fərqlənir?
"Bir müddətdir ki, COVID-19 pnevmoniyasının radioloji müayinələrini aparırıq. Pasiyentlərimiz sırasında hamilələr, uşaqlar, travmalı xəstələr, hətta appendisit diaqnozu ilə əməliyyata alınan pasiyentimiz oldu. İstər diaqnostik, istər prognostik baxımdan düzgün dəyərləndirmə vacibdir".
"Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı Tibb Universitetinin Şüa diaqnostikası və şüa terapiyası kafedrasının müdiri, tibb elmləri doktoru Məlahət Sultanova sosial şəbəkədə paylaşıb.
Xəstəliyin standart göstəriciləri ilə yanaşı, fərqli dinamikaları ilə rastlaşdıqlarını bildirib. Öz müşahidələrinin elmi-statistik təhlilini aparan həkim faydalı olacaq bəzi nəticələri bölüşüb:
"Zənnimcə, bu istiqamətdə ən təzadlı məqam bəzi hallarda kliniki və radioloji görüntülərin uyğunsuzluğu oldu (kliniki simptomatikanın zəif olduğu ifadəli radioloji görüntülər, tam asimptomatik xəstədə tipik görüntü ilə yanaşı ağciyər parenximasında izlənilən konsolidasiya və s.). Müşahidələrimizin statistik təhlili göstərdi ki, qadınlarda bu xəstəliyə yoluxma sayı və ağırlıq dərəcəsi kişilərə nisbətən daha yüksək hədlərdə olur - 55% üstünlüklə(p.s. statistik təhlil dar çərçivədə aparılıb). Pasiyentlərin 80%-ə qədərinin yaş həddi 60 və daha yuxarı olan şəxslərdir".
M. Sultanova ən çox soruşulan suallardan olan pnevmoniyanın digərlərindən fərqinin nə olması məsələsinə də belə aydınlıq gətirib:
"Bakterial pnevmoniyalardan fərqli olaraq COVID-19 pnevmoniyalarında proses daha çox hər iki ağciyəri zədələməklə bilateral xarakter daşıyır, aşağı paylarda daha çok lokallaşır, plevral maye və kavitasiyalara (boşluqlara) daha az rast gəlinir. Ayrıca, COVID-19 pnevmoniyasında divararalığında böyümüş limfa düyünlərinə nadir hallarda rast gəlinir".
Həkim son olaraq bildirib ki, COVID-19 pnevmoniyasından sağalan xəstələrdə ağciyərdə qalıq əlamətlərinin olub olmayacağı ilə bağlı fikir söyləmək hazırda tezdir:
"Xəstəlikdən yalnız 1 il sonra çəkilmiş KT filmlərində qalıq əlamətləri haqqında fikir söyləmək olar. Bəzi tədqiqatlarda koronavirus pnevmoniyasından sonra ağciyərlərdə fibroz ola biləcəyi söylənilir. Ya da, pnevmosklerozun qala biləcəyi deyilir ki, bu da gələcəkdə sağlamlığımız üçün əngəl törətməyəcək. Pandemiya tarixi yaşayırıq. Qorunaq, qoruyaq və bu günləri az itki ilə geridə qoyaq".
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1283 Tarix: 24 iyun 2020
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Rəqs edən qadın meymun tərəfindən qarət olundu - VİDEO
Çində milli parkların birində gülməli hadisə baş verib. Belə ki, qadının təbiət fonunda rəqs etmək həvəsi onun meymun tərəfindən qarət olunması ilə nəticələnib. Hadisənin görüntüləri sosial şəbəkədə yayılıb. Kadrlarda qadının oynadığı vaxt bir meymunun çevik hərəkətlə onun çantasını qapıb qaçması ək
16 sentyabr 2021Qəbirdən çıxanı gördü, videonu titrəyərək çəkdi - VİDEO
ABŞ sakini tərəfindən çəkilən qorxunc kadrlar hər kəsi heyrətə salıb. -a istinadən xəbər verir ki, qəbiristanlıqdan çıxan saçları çəkən Coel Morrison saçların niyə çıxdığına təəccüblənib və səlahiyyətlilərdən məsələyə baxılmasını istəyib. Qəbirstanlıqda yaxınını ziyarət edən Morrison qəbirdən çıxan saçların
17 sentyabr 2021Napoleonun baş geyimi hərraca çıxarılır
Fransa imperatoru Napoleon Bonapartın üçkünc şlyapası hərraca çıxarılır. Qeyd edilir ki, Napoleon 1807-ci ildə hərbi kampaniya zamanı bu şlyapadan istifadə edib və Rusiya imperatoru I Aleksandrla görüş zamanı məhz həmin baş geyimində olub. Hərrac sentyabrın 15-dən 22-dək keçiriləcək və Fransa imperatorun
16 sentyabr 2021İnsanları aldadaraq pul yığan şəxs saxlanıldı - 171 manatı ƏLİNDƏN ALINDI
Türkiyə bələdiyyə polisi evinin yandığını deyərək dilənən dilənçini saxlayıb və yığdığı pulu əlindən alıb. "Haber Globa"a istinadən xəbər verir ki, həmin şəxs insanların duyğularından istifadə edərək onlara işləyə bilmədiyini,. evinin yandığını deyib və bu yolla onlardan pul alıb. O insanlar
17 sentyabr 2021Üç ay əvvəl itkin düşmüşdü - Cəsədi tapıldı
Rusiyanın Oryol bölgəsində üç ay əvvəl itkin düşən 9 yaşlı qızın cəsədi tapılıb. Unikal.org-a istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsi məlumat yayıb. Bildirilib ki, Viktoriya adlı azyaşlının cəsədi çoxmərtəbəli binanın zirzəmisində aşkar edilib. Müstəntiqlər hadis
15 sentyabr 2021Lukaşenko Düşənbəyə iti ilə səfər etdi
Belarusun lideri Aleksandr Lukaşenko sentyabrın 15-də Düşənbəyə işgüzar səfərə gedib. -a istinadla xəbər verir ki, Lukaşenko burada Tacikistan prezidenti Emomali Rahman, İrandan olan həmkarı İbrahim Rəisi ilə görüşüb. Məlumata görə, Lukaşenkonun Tacikistana səfərinin formal hissəsindən sonra Belaru
17 sentyabr 2021Bill Qeyts: "Dünya yeni pandemiyaya hazır deyil"
"Microsoft" şirkətinin təsisçisi Bill Qeyts dünyanın yeni pandemiyaya hazır olmadığını bəyan edib. Multimilyarderin fikrincə, bu hal həyəcan doğurur. Qeytsin qənaətinə görə, hazırlığın başlıca meyarı 100 gün ərzində bütün dünyanı vaksinlə təmin edəcək istehsal müəssisələrinin yaradılmasıdır
15 sentyabr 2021