Ramil Usubov: "Ordunun müasir silahlarla təchizatı sahəsində çox ciddi işlər görülüb"

Ramil Usubov: "Ordunun müasir silahlarla təchizatı sahəsində çox ciddi işlər görülüb""Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab Prezident İlham Əliyevin vaxtında orduda həm peşəkarlığın artırılması, həm müasir silahlarla təchizat, həm də sosial problemlərin həlli sahəsində çox ciddi işlər görüldü".

Sonxeber.az xəbər verir ki, bunu Prezident yanında Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov bildirib.

O qeyd edib ki, müstəqilliyin ilk illərində Azərbaycan Ordusunda vəziyyət heç də ürəkaçan olmayıb: "Təəssüflə qeyd etməliyəm ki, ordumuz, Silahlı Qüvvələrimiz həm kifayət qədər silah təchizatında geri qalırdı, həmçinin orduda nizam-intizam, orduda peşəkarlıq, vahid rəhbərlik faktiki olaraq çox aşağı səviyyədə idi. Bu da düşmənə qarşı mübarizədə öz mənfi təsirini göstərirdi".

Təhlükəsizlik Şurasının katibi deyib ki, ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Ermənistan ordusuna zərbələr vurulmağa başladı: "Azərbaycan Ordusunun formalaşması suverenlik dövrümüzdə məhz Heydər Əliyevin adı ilə bağlıdır. Ordu Heydər Əliyevin rəhbərliyi ilə formalaşmağa başladı. Və qısa müddət ərzində Azərbaycan Ordusunda, Silahlı Qüvvələrdə köklü dəyişikliklər getməyə başladı, nizam-intizam yüksəldi, milli vətənpərvərlik hissi artdı, düşmənə müqavimət gücləndi və 1994-cü ilin ilk aylarında Azərbaycan Ordusu Ermənistan Ordusuna zərbələr vurmağa başladı, onların hücumunun qarşısı alındı".

R.Usubov həmçinin Silah Qüvvələr Günü münasibətilə veteranları təbrik edib: "Veteranlarımızı bu bayram günündə təbrik edirəm. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında onların böyük xidmətləri var. Vətən yolunda, vətənin azadlığı yolunda şəhid olan insanlarımızın əziz xatirəsini dərin ehtiramla yad edirik".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2274   Tarix: 25 iyun 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan XİN Avropa Parlamentinə cavab verib

Avropa Parlamentini bir daha Azərbaycanın daxili işlərinə və məhkəmə proseslərinə müdaxiləni dayandırmağa çağırırıq. report-a istinadən xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Avropa Parlamentinin 25 aprel 2024-cü il tarixli qətnaməsi ilə bağlı bildirib

26 aprel
.

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində SON DURUM

Ermənistanla Azərbaycan arasındakı şərti sərhədin Qazax istiqamətindən görüntülər yayılıb. Ermənistan mediasında yayılan kadrlarda hazırda işğal altında olan Bağanis Ayrım kəndində azərbaycanlılara məxsus viran qalmış evlər əks olunub. Həmçinin Ermənistan KİV-də bölgədə delimitasiya prosesinin aparılmasın

23 aprel
.

İlham Əliyevin Berlində Olaf Şolts ilə geniş tərkibdə görüşü başlayıb

Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə geniş tərkibdə görüşü başlayıb. Bununla bağlı AZƏRTAC məlumat yayıb

26 aprel
.

Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB + FOTO

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə məhdud tərkibdə görüşü olub. Bununla bağlı məlumat yayıb. 11:49. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə məhdud tərkibd

24 aprel
.

İlham Əliyev: "COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək"

"Ümidvaram, bu beynəlxalq platforma (COP29 – red.) bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək, eyni zamanda, Avropa ölkələri ilə də əlaqələri uğurla inkişaf etdirək". AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-d

26 aprel
.

Qırğızıstan Prezidenti Sadır Japarov Füzuli rayonuna gedib

Azərbaycan Respublikasında dövlət səfərində olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gəlib. xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Qırğız Respublikasının Prezidenti Sadır Japarovu Azərbaycan Respublikasını

25 aprel
.

Qırğızıstan Prezidenti Şəhidlər xiyabanını ziyarət etdi - Fotolar

Azərbaycanda səfərdə olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də Şəhidlər xiyabanını ziyarət edib. "Qafqazinfo" xəbər verir ki, Prezident Sadır Japarov Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsin

24 aprel
.

Azərbaycan Prezidenti: "Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb"

"Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb və bu proses davam etdirilir". AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə birgə mətbuat konfransında deyib

26 aprel
.

İlham Əliyev Çinlə əməkdaşlıqdan DANIŞDI

"Bizim "Vahid Çin" siyasətinə yanaşmamız çinli tərəfdaşlarımıza yaxşı məlumdur. Çin isə hər zaman Azərbaycanın ərazi bütövlüyünə dəstək verib. Bu, hər zaman əməkdaşlığımız əsasını təşkil edib". AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də AD

23 aprel