Bakıda film kimi cinayət: Sabiq polis zabitinə bıçaq çəkdilər

Bakıda film kimi cinayət: Sabiq polis zabitinə bıçaq çəkdilərBakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda ittiham olunan 33 yaşlı Yevlax rayon sakini Rəhman Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Sonxeber.az Virtualaz.org-a istinadən xəbərverir ki, əvvəllər məhkumluq həyatı yaşamış R.Məmmədov sonuncu dəfə ötən il oktyabrın axırlarında həbsdən buraxılıb. Amma cəmisi iki ay azadlıqda qala bilib. Bu il yanvarın 8-də gecə saatlarında müştəri qismində əyləşdiyi avtomobilin sürücüsünü bıçaqla hədələyərək ondan pullarını tələb edib. Sürücünün üstündə olan cəmisi 4 manat pulu onun əlindən alaraq hadisə yerindən qaçıb.

Törətdiyi cinayət əməlinə görə R.Məmmədova qarşı Cinayət Məcəlləsinin 181.2.5-ci (quldurluq) maddəsi ilə ittiham irəli sürülüb və barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Təqsirləndirilən R.Məmmədov elan olunmuş ittihamla özünü təqsirli bilib, oğurluğa görə dəfələrlə məhkum edildiyini deyib. Cinayətə meyilli olduğundan və digər səbəblərdən ailə üzvləri onu danışdırmayıblar, küsülü olublar. Həbsdən çıxdıqdan sonra paytaxtdakı günlük kirayə evlərdə qalıb: "Pulum qurtarmışdı. Qərara gəldim ki, kimdənsə zorla pul alım. Gecə saatlarında evdən çıxıb "28 May" metrostansiyası tərəfə getdim, dayanacaqda durdum".

Dayanacaqdan bir qədər aralıda qara rəngli "Hyundai Sonata" markalı avtomobil R.Məmmədovun diqqətini cəlb edib. Maşın sahibinin pulu çox olduğunu zənn edərək ona yaxınlaşıb. Sürücüyə yalandan "Çermet körpüsü"nə getmək istədiyini deyib: "Beş manata razılaşdı, qabaq oturacaqda əyləşdim. Körpüyə çatanda sol əlimlə arxadan sürücünün boynundan tutdum, sağ əlimlə isə bıçağı qarnına dirəyib bütün pullarını verməsini tələb etdim. Əvvəl pulları vermək istəmədi. Dedim, əgər pulları verməsən vuracağam".
Sərnişinin hədə-qorxularından ehtiyatlanan sürücü üstündəki 4 manat pulu ona verib. R.Məmmədov bununla kifayətlənməyib. Sürücü isə başqa pulu olmadığını deyib: "Danışığından inandım ki, pulu yoxdur. Dedim ki, maşını düz sür, heç yerə döndərmə. Yolun kənarında adamların çox olduğu yerdə qəflətən maşını saxladı, adamları köməyə çağıracağından ehtiyat etdim deyə tez maşından düşüb oradan uzaqlaşdım".

R.Məmmədov ifadəsində azadlığa çıxandan sonra başqa şəxslərə qarşı quldurluq etmədiyini, törətdiyi əməldən peşman olduğunu deyib. Ertəsi gün polis əməkdaşları tərəfindən saxlanılan R.Məmmədov taksi sürücüsünün keçmiş polis əməkdaşı olduğunu öyrənib.
Zərərçəkmiş Arif Mustafayev ifadəsində 20 ildən çox polis orqanlarında çalışdığını, polis baş leytenantı rütbəsi ilə təqaüdə çıxdığını, özünə məxsus avtomobillə taksi sürücüsü kimi fəaliyyət göstərdiyini deyib. 67 yaşlı sürücü hadisə baş verən gün avtomobildə əyləşib sərnişin gözləyən vaxt bir nəfər ona yaxınlaşaraq "Çermet körpüsü"nə aparmağı xahiş etdiyini deyib. Yolboyu sürücü ilə sərnişin arasında əvvəlcə qısa söhbət olub: "Bir qədər getdikdən sonra məndən haralı olduğumu soruşdu. Dedim, azərbaycanlıyam, bu sualdan xoşum gəlmir. Bundan sonra heç nə soruşmadı. Körpünün üstündə qəflətən bıçaq dirəyib pulları verməyimi tələb etdi. Pul verməyəcəyim təqdirdə bıçaqla vuracağını dedi. Üstümdə olan dörd manat pulu versəm də, bıçağı kənara çəkmədi. Düz sürməyi, heç yerə dönməməyi tələb etdi. Bir qədər qarşıda avtomobil dayanmışdı, yanında bir neçə nəfər vardı. Onların yanına çatanda qəflətən əyləci basdım. Dərhal maşından düşüb qaçdı. Maşının ayaqaltısından qara rəngli pulqabı tapdım.İçərisində şəxsiyyət vəsiqəsi və bir ədəd metro kartı vardı. Vəsiqəyə baxanda bayaq məni hədələyən adama məxsus olduğunu gördüm. Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vurub hadisə barədə məlumat verdim".

Məhkəmə prosesi davam edir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 4000   Tarix: 28 iyun 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

İsmayıllıda ƏMƏLİYYAT - Heroin alverçisi saxlanıldı - FOTO

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı əməliyyat tədbiri keçirilib. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan  -a verilən məlumata görə, keçirilən əməliyyat zamanı üzərində narkotik vasit

22 avqust 2021
.

Kürün sahilində narkotik becərənlər saxlanıldılar - FOTO

Salyan Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyat tədbiri keçirilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan -a verilən məlumat

4 sentyabr 2021
.

Azərbaycanda DƏHŞƏTLİ OLAY - Dostu ilə əlbir olub qardaşını öldürdü

Prokurorluq Bərdədə baş vermiş hadisə ilə bağlı məlumat yayıb. Rayon prokurorluğundan -a daxil olan məlumatda deyilir:. "Avqustun 28-i saat 20 radələrində Bərdə rayonu, Hacallı kəndində transformatorun içində kənd sakini, 1988-ci il təvəllüdlü Səxavət Nəzərovun meyitinin aşkar edilməsi barədə rayo

30 avqust 2021
.

Bu rayonda 15 gün ərzində 12 koronavirus xəstəsinə cinayət işi açıldı

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq yoxlamalar zamanı yaşayış yerini tərk edən aktiv koronavirus infeksiyası daşıyıcısı aşkarlanıb. DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan -a verilən məlumata görə, Cəlilabad rayon sakini T.Əliyarlıya COVID-19 infeksiyası testini

25 avqust 2021
.

Göygöldə 83 yaşlı kişi intihar edib

Göygöl rayonunda intihar hadisəsi qeydə alınıb. xəbər verir ki, bu barədə -a hüquq-mühafizə orqanlarından məlumat verilib. Bildirilib ki, 1938-ci il təvəllüdlü Göygöl rayonu Xəqani kənd sakini Famil Musayev yaşadığı evdə özünü asaraq intihar edib. O, uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkirmi

25 avqust 2021
.

DTX-nin şöbə rəisi də qadının qətlinin sifarişinə görə həbs edilib

2018-ci ildə Şirvan şəhərində itkin düşən 62 yaşlı Sarayxanım Abdullayevanın qətlə yetirilməsinə görə Dövlət Təhlükəsizlik Xidmətinin Şirvan şöbəsinin baş əməliyyat müvəkkili, kapitan Rövşən Ağayev, Şirvan sakini Mətləb Əmirovun həbsi ilə detallar məlum olub. "Qafqazinfo"ya istinadən xəbə

17 sentyabr 2021
.

Azərbaycanda qayınata 19 yaşlı gəlinini boğaraq öldürdü

Naxçıvan Muxtar Respublikasında (MR) qətl hadisəsi baş verib. -ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, MR-in Babək rayonunda 67 yaşlı Əli Məmmədov gəlini 19 yaşlı Jalə Məmmədovanı boğaraq qətlə yetirib. Ə.Məmmədov tutulub. Faktla bağlı Babək Rayon Prokurorluğunda araşdırma aparılı

13 sentyabr 2021
.

Azərbaycanda DƏHŞƏT: Əri 30 yaşlı qadına 20-dək bıçaq zərbəsi vurdu

Masallı sakini əri tərəfindən bıçaqlanıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayonun Xıl kənd sakini - 1991-ci il təvəllüdlü Ağayeva Elza Cəfər qızı həyat yoldaşı - 1985-ci il təvəllüdlü Ağayev Ariz Ceyhun oğlu tərəfindən bıçaqlanıb. Qadın yaralı halda Lənkəran Rayon Mərkəzi Xəstəxanasın

29 avqust 2021
.

Sabirabadda qaynını bıçaqlayıb, qayınanasına xəsarət yetirən şəxs saxlanılıb - YENİLƏNİB

Sabirabadın Kürkəndi kəndində qaynını bıçaqlayan Ramil Tarverdiyev polis tərəfindən saxlanılıb. Kənd sakini, 1986-cı il təvəllüdlü Zərbəliyev İlkin Əlifağa oğlu boğazından və döş qəfəsindən bıçaqlanıb. Yaralı çoxsaylı bıçaq xəsarətləri və qanitirmə diaqnozu ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilərə

7 sentyabr 2021