Sərt karantin rejimi tətbiq edilməyən rayonlarda toylara icazə verilir?-AÇIQLAMA

Sərt karantin rejimi tətbiq edilməyən rayonlarda toylara icazə verilir?-AÇIQLAMAXəbər verdiyimiz kimi dünə ölkədə 556 nəfər koronavirusa yoluxub, 346 nəfər sağalıb, 7 nəfər isə dünyasını dəyişib. Qeyd edək ki, Nazirlər Kabineti sərt karantin rejimi tədbiq edilən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonlarında 5 iyul tarixindən daha 2 həftə sərt karantin rejiminin tətbiq olunmasının nəzərdə tutulduğu bildirilib. Belə olduğu halda bütün kütləvi tədbirlər yenidən təxirə salınıb. Son dövrlər ən çox müzakirə olunan məsələlərdən biri də toylara, yaslara və kütləvi yığıncaqlara qoyulan qadağadır.

Sərt karantin rejimi tətbiq olunmayan rayonlarda toy və yas mərasimlərinə icazə verilə bilərmi?

Məsələ ilə bağlı deputatlar Sonxeber.az-a açıqlama veriblər.

Deputat Aqil Abbas bildirib ki, Operativ Qərərgahın verdiyi qanun bütün respublika üzrədir. Çünki insanların hamısı testdən keçməyiblər və kimin daşıyıcı olub-olmadığı dəqiq bilinmir:

"Sadəcə həmin karantin olmayan rayonlarda xəstə yoxdur və yaxud bir-iki nəfərdilər. Onlar da karantinə alınıblar.

Amma insanlar toy və yasda bilmədən bir-birilərinə yoluxdura bilərlər".

Deputat qeyd edib ki, kənd yerlərində açıq havada az miqdarda insanların toy keirməsinə icazə verilməlidir və yəqin ki, veriləcək:
"İstəyərəm ki, açıq havalarda və müəyyən şərtlərlə toylar keçirilsin. Bildiyiniz kimi Türkiyədə 50 nəfərlik toya artıq icazə verilib".

Deputat Cavid Osmanov bildirib ki, dünən Operativ Qərərgah növbəti dövr üçün karantin rejiminin hansı bölgələrdə tətbiq olunacağını açıqladı və karantin rejiminin müddəti də uzadıld:

"Amma bu o demək deyil ki, karantin rejimi tətbiq olunmayan rayonlarda vətəndaşlar pandemiya dövründən əvvəlki kimi öz həyatlarını davam etdirə bilərlər. Virus sərhəd tanımır və Azərbaycanın bu şəhərində var və yaxud digər şəhərində yoxdur deyə bilmərik. Bu virus ölkələr arasında belə sərhəd tanımır, nəinki rayonlar arasında. Ona görə də digər rayonlarda da kütləvi toplaşmalar virusun daha çox yayılmasına səbəb ola bilər.

Belə ki, toy və yas mərasimlərinə Nazirlər Kabineti tərəfindən ümumilikdə qoyulan qadağalar çox doğru addımdır. Təkcə sərt karantin rejimi tətbiq olunan yerlərdə yox, bütün ölkə ərazisində o qaydalar hələ də davam etməlidir".

F.Ağayeva


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 17038   Tarix: 01 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Millət vəkilinə ağır itki

Milli Məclisinin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanova ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, millət vəkilininin qardaşı Vaqif Əmiraslanov vəfat edib. Qeyd edək ki, Vaqif Əmiraslanov Bakı Humanitar Kollecinin sabiq direktoru olub

25 aprel
.

Rusiyada silahlı insident: Yaralananlar var - ANBAAN VİDEO

Rusiyanın Primorye diyarının Dalneqorsk şəhərində silahlı insident yaşanıb. Primorye diyarının prokurorluğundan verilən məlumata görə, hadisə nəticəsində üç nəfər güllə yarası ilə xəstəxanaya çatdırılıb. Qeyd olunur ki, atəş açan bir neçə nəfər dərhal ərazidən uzaqlaşıblar. Hüquq-mühafizə orqanları onları

26 aprel
.

Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü

Şəkidə tibb bacısı antibiotikdən şoka düşüb. APA-nın Şimal-qərb bürosunun əldə etdiyi məlumata görə, bu gün axşam saat 17 radələrində rayonun Kiş kənd sakini 1975-ci il təvəllüdlü Gülcöhrə Ziyad qızı Allahverdiyeva hüşsuz vəziyyətdə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) gətirilib. Müayinə zamanı G.Allahverdiyavanı

26 aprel
.

DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI

Havaların qızmasına baxmayaraq, son zamanlarda uşaqlar arasında yeni virus yayılıb. Bu virus özünü yüksək hərarət, səpkilərlə biruzə verir. Bəziləri isə bu virusun rozeola xəstəliyi olduğunu iddia edir. Maraqlıdır, görəsən, uşaqlar arasında yayılan bu viruslar hansılardır?. Məsələ ilə bağlı pediatr Elşə

25 aprel
.

Evlilik üçün ideal yaş fərqi neçə olmalıdır? - AÇIQLAMA

Bildiyimiz kimi, bu gün ölkəmizdə erkən yaşda qızların evləndirilməsi halları ilə tez-tez rastlaşırıq. Əlbəttə ki, bu nikahların baş tutması qəbulolunmazdır. Digər tərəfdən, Azərbaycanda 22 yaşlı oğlanın 40 yaşlı qadınla evlənməsi ilə bağlı hallarda mövcuddur. Araşdırmalar onu göstərir ki, tərəflər arasınd

26 aprel
.

Bakıda məktəbin yaxınlığında BÖYÜK TƏHLÜKƏ - VİDEO

Bakı şəhəri Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində qəzalı vəziyyətdə olan ağac təhlükə saçır. Bu barədə məlumat -in qaynar xəttinə daxil olub. Bildirilib ki, 99 saylı tam orta məktəbin çıxışında yerləşən ağac qoparaq dəmir hasara ilişib. Baş verə biləcək xırda hadisə dəhşətli faciəyə səbəb ola bilər

26 aprel
.

Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR

Bakıda şadlıq saraylarında qiymət artımı davam edir. "Ölkə.az" xəbər verir ki, bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib. 2024-cü ilin mart ayında şadlıq saraylarında sifarişlərin sayı 73.4 faiz azalıb. Bu, martın Ramazan ayına təsadüf etməsi ilə bağlıdır. Bununl

26 aprel
.

Qobu kəndində təpəciklər düzləşdirilib mülki şəxslərə satılır - İDDİA + VİDEO

Qaradağ rayonunun Qobu kəndində təpəciklərin düzləşdirildiyi iddia olunur. Bu barədə -a müraciət daxil olub. Bildirilib ki, təpəcikləri qazıb, düzləşdirir, mülki şəxslərə satır, yerində ev tikirlər. Məsələ ilə bağlı Qaradağ Rayon İcra Hakimiyyətinə sorğu ünvanlamışıq. Həmin görüntüləri təqdim edirik

26 aprel
.

İcra hakimiyyətləri prezidentin xüsusi nümayəndəliyi ilə əvəz OLUNUR?- AÇIQLAMA

Azərbaycanda keçirilən prezident seçkilərindən sonra idarəetmə sahəsində bir sıra dəyişikliklər həyata keçirildi. İlk olaraq bələdiyyələrin sayının azaldıması və birləşdirilməsi ilə bağlı qanun layihəsi hazırlandı. Eyni zamanda Qarabağda bir sıra ərazilərə prezidentin xüsusi nümayəndəsi təyin edildi

26 aprel