Abuzər Əbilov ittihamlara cavab verdi: "Döyüş yolum Kosalardan başlayıb"

Abuzər Əbilov ittihamlara cavab verdi: "Döyüş yolum Kosalardan başlayıb""Mənim şəxsi fikrim var və öz fikrimi kimlərə görəsə dəyişmək niyyətində deyiləm. Əgər bu insanlar mənim kiməsə satıldığımı və ya xidmət etdiyimi deyirlərsə - buyursunlar, desinlər. Lakin onlar bilməlidir ki, xidmət ancaq Vətənə, xalqa və doğma torpağa ola bilər. Mən də bunlara xidmət edirəm. Sözsüz ki, bu insanlar da Vətənə xidmət ediblər, ancaq görünür ki, onların xidmətləri hansısa insana yarınmaq, maliyyə vəsaiti və vəzifə iddiası üçün olub".

Bunu "Report"a açıqlamasında ehtiyatda olan bir sıra hərbçilərin özü haqqındakı ittihamları barəsində danışarkən ehtiyatda olan zabit, hərbi ekspert Abuzər Əbilov deyib.

O bildirib ki, oxşar böhtanlarla keçmişdə də tez-tez rastlaşıb. Yaratdığı "Legion Hərbi Vətənpərvərlik Klubu"nun fəaliyyəti haqqında da belə böhtanlar səsləndirilib: "Mənə vəzifə lazım deyil. Dövlətin ayırdığı təqaüd hesabına öz gündəlik ehtiyaclarımı ödəyirəm və heç kimin maddi köməyinə də ehtiyacım yoxdur. Bu insanlara demək istəyirəm ki, onların döyüşlərə qatılmayan və döyüşlərə qatılan vaxtlarından orduda xidmət etmişəm.
Abuzər Əbilov ittihamlara cavab verdi: "Döyüş yolum Kosalardan başlayıb"Döyüş yolum da 1992-ci ildə Şuşanın Kosalar kəndində başlayıb. Həmin kənd iki tərəfdən mühasirəyə alınmışdı və biz tez-tez Rusiyanın 366-cı motoatıcı alayının həmlələrinə məruz qalırdıq. Bu haqda mənim çoxlu yazılarım və bunları sübut edəcək dəlillərim var. Bu hadisələr haqqında həmin illərdə bizimlə olan Kosalar sakinləri də danışa bilərlər. Ona görə də mənim haqqımda "döyüşməyib" deyəndə anlamıram ki, bunlar "döyüşməni" hansı meyarla ölçürlər".
Abuzər Əbilov ittihamlara cavab verdi: "Döyüş yolum Kosalardan başlayıb"A.Əbilovun fikrincə, bu məsələnin yenidən gündəmə gəlməsi məhz onun Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun xidməti fəaliyyəti haqqında öz fikirlərini bildirməsidir:
"Mən bu insanların necə xidmət etdiklərini, hansı səbəbdən və nədən küsmələrini bilmirəm. Bu haqda heç nə deyə bilmərəm. Baxmayaraq ki, hazırda ordu sıralarında deyiləm, özümün ordu komandanlığı haqqında gördüyüm proseslər və agah olduğum məlumatım var. Mən bunları əlimdə bayraq tutub hərəkət edəcəm. Eyni ilə, sizin bildiyiniz faktlar varsa, yaxud dediyiniz faktlar ortadadırsa, buyurun, siz də öz yolunuzla gedin, mən də öz yolum ilə. Sizin işiniz o cürdür, mənim işim bu cür. Gedin hüquq-mühafizə orqanlarına müraciət edin, faktlarınızı ortaya qoyun, məhkəmə və digər instansiyalara çıxın və dediyiniz ittihamları təsdiq edin. Mən sizə heç bir maneə törətmirəm.
Abuzər Əbilov ittihamlara cavab verdi: "Döyüş yolum Kosalardan başlayıb"Əminəm ki, bu gün bu məsələnin yenidən gündəmə gəlməsi Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun xidməti fəaliyyəti haqqında öz fikirlərimi bildirməyimdi. Buradan bir daha o insanlara deyirəm, Nəcməddin Sadıkov ilə keçmişdə bir neçə dəfə rastlaşmışam, o vaxtkı dövr üçün o insanın hərbçi peşəkarlığına, idarəçilik qabiliyyətinə həsəd aparmışam. Bu gün də o insana tam peşəkar hərbçi kimi baxıram. Bu haqda danışmışam, yenə də danışacam. Əgər onlar öz fikirlərində müstəqildirsə, sözsüz ki, o müstəqillik məndə də var.
Qarabağ döyüşlərinin son mərhələsi olan Horadiz qələbəsində Daxili İşlər Nazirliyinin Daxili Qoşunları tərkibində olan hərbçi kimi mən də iştirak etmişəm. Horadiz ərazisinin düşməndən alınması, Füzuli və onun 20-dən yuxarı kəndinin azad olunmasındakı döyüşlərdə iştirak etmişəm. Bunu da Daxili Qoşunların Qərargah rəisi polkovnik Zahid Teymurov təsdiq edə bilər".
Abuzər Əbilov ittihamlara cavab verdi: "Döyüş yolum Kosalardan başlayıb"O qeyd edib ki, sonradan xidmətində olduğu Daxili Qoşunların keçmiş komandanı Fəhmin Hacıyev, Qərargah rəisi polkovnik Zahid Teymurov bu insanların iddialarına cavab veriblər: "Biz Baş İdarədə xidmət etməyimizə baxmayaraq, daim cəbhə zonasında idik. Bildiyiniz kimi, Daxili Qoşunlar o vaxt üçün yeganə qoşunlar idi ki, tərkibində yetgin insanlar olan könüllü batalyonlarla yox, tam tərkibdə - çağırışçılarla döyüş əməliyyatlarına qatılmışdı. Biz hər dəqiqə döyüş zonasında idik. Təlimat, təchizat və digər məsələlərlə bağlı döyüş zonasına çatdığımız vaxt hansısa komandir yaralananda, yaxud başqa səbəbdən yerində olmayanda onları əvəz edirdik. Mən Ağdam şəhərinin bir sıra yerlərində və Ağdərə istiqamətində bir neçə döyüşlərdə iştirak etmişəm".
Abuzər Əbilov ittihamlara cavab verdi: "Döyüş yolum Kosalardan başlayıb"A.Əbilov təcrübəli hərbçinin necə olduğu haqqında da danışıb: "Mənə görə əsl hərbçi döyüş texnikasını bilən, silah-sursatdan anlayışı olan, maddi-texniki təminatı, döyüş hazırlığı və s. üzərində daima çalışan, özünü yeni biliklərlə təkmilləşdirən hərbi qulluqçudur.
Bu gün biz Azərbaycan Ordusunun silahlanmasında və xarici dövlətlərin ordularında olan döyüş texnikaları, silah sistemlərini incələməklə, təhlil etməklə analitik məlumatlar veririk. Fəaliyyətimizlə bağlı bir çox hərbi hissələrdə oluruq, hərbi qulluqçuların hazırlığını görürük, şəxsi heyətlə ünsiyyətdə oluruq. Bu gün "Legion" Hərbi Vətənpərvərlik Klubu olaraq özümüz təlimlər keçirərək gəncləri maarifləndiririk.

Abuzər Əbilov ittihamlara cavab verdi: "Döyüş yolum Kosalardan başlayıb"Tənqid etmək onların vətəndaş hüququdur, mənim onların hüquqlarına qarışmaq fikrim yoxdur, çünki bu məsələyə real yanaşıram. Mən onlara əsəbiləşmirəm də, onları ittiham etmək fikrim də yoxdur. Mənim tutduğum yol var, şəxsən özümün və komandamın fəaliyyətinə görə məni çoxlu insanların tənqid edəcəyini bilirdim. Çox onların edə bilmədiyini başqasının bacardığı halda ittiham edəcəklərini çoxdan bilirdim. Tənqid edən insanlardan hansı biri mənim rəhbərlik etdiyim qurum kimi orduya kömək edib? Ordunu tənqid etmək, hansısa vəzifəli şəxs haqqında ittiham irəli sürmək asandır, ancaq real iş görmək çox çətindir.
Abuzər Əbilov ittihamlara cavab verdi: "Döyüş yolum Kosalardan başlayıb"Bu insanlardan soruşun ki, bu gün səngərdə duran əsgər üçün nə ediblər? Sosial şəbəkələrə baxın, 3 il ərzində qeydiyyatsız, maliyyəsiz formada heç bir dəstək olmadan 100-ə qədər tədbir keçirmişik. Bunların sırasında orduya, maddi-texniki bazaya, səngərbərkitməyə yardım da var. Ən azından sədrlik etdiyim klub ilə Azərbaycan Ordusuna səngərbərkitmə işi üçün 50 mindən yuxarı işlənmiş təkər göndərmişik. Bu insanlar nə vaxt yaxınlaşıb həmin təkərlərin yüklənməsində heç olmasa insani də olsa yardım ediblər? Yaxud icra etdiyimiz hansısa layihədə dəstək olmaq istəyiblər? Danışmaq asandır, iş görmək çətin".

Abuzər Əbilov ittihamlara cavab verdi: "Döyüş yolum Kosalardan başlayıb"Abuzər Əbilov ittihamlara cavab verdi: "Döyüş yolum Kosalardan başlayıb"Abuzər Əbilov ittihamlara cavab verdi: "Döyüş yolum Kosalardan başlayıb"Abuzər Əbilov ittihamlara cavab verdi: "Döyüş yolum Kosalardan başlayıb"Abuzər Əbilov ittihamlara cavab verdi: "Döyüş yolum Kosalardan başlayıb"


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1704   Tarix: 01 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Qəzada həlak olan Ramaldanova və yaxınının FOTOSU

Xəbər verdiyimiz kimi, Qusarda tanınmış hərbi ekspert Şair Ramaldanovun ailə üzvləri qəzaya düşüblər. xəbər verir ki, qəzada Şair Ramaldanovun qardaşı, polkovnik İlham Ramaldanovun qızı 36 yaşlı Tamilla Ramaldanova və ailənin yaxını 43 yaşlı Cəmilə Bağırova həlak olublar. Qəzada yaralanan şəxslər d

15 dekabr
.

Ramil Səfərovun xanımına vəzifə verildi

Polkovnik-leytenant Ramil Səfərovun həyat yoldaşı Şəbnəm Səfərova "Study in Azerbaijan" layihəsinin direktoru təyin edilib. Axşam.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib. "Study in Azerbaijan" layihəsinin direktoru kimi fəaliyyətə başlamaq karyeramd

14 dekabr
.

Dövlət mülkiyyətinə keçirilmiş mallar üzrə hərrac keçiriləcək

Gələn il yanvarın 9-da dövlət mülkiyyətinə keçirilmiş malların satışı üzrə növbəti gömrük hərracı təşkil olunacaq. Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, hərraca müxtəlif kateqoriyalar üzrə dövlət mülkiyyətinə keçirilmiş mallar çıxarılacaq. Onların arasında avtomobil ehtiyat hissələri

13 dekabr
.

Bəzi yerlərdə yollar buz bağlayacaq - Xəbərdarlıq

Dekabrın 16-dan 17-si gündüzədək Azərbaycanın bəzi rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli olacağı ehtimal

15 dekabr
.

İcra başçısı baş mütəxəssisi işdən çıxardı

Beyləqan Rayon İcra Hakimiyyətinin (RİH) sürücülərindən işdən çıxarılıb. İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı icra başçısı Əziz Əzizov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Hüseynəli Süleymanov baş mütəxəssis - sürücü vəzifəsindən azad olunub. Onun yerinə hələlik təyinat olmayıb

15 dekabr
.

Xalq artisti yeni doğulan nəvəsi ilə foto paylaşdı

Xalq artisti Simarə İmanova ilk dəfə nəvəsi ilə foto paylaşıb. Axşam.az xəbər verir ki, müğənni yeni doğulan nəvəsinin fotosuna "Bəzən elə anlar olur ki, onu sözlə ifadə etmək olmur. Bax, bu, o anların ən gözəlidir" sözlərini yazıb. Qeyd edək ki, ifaçının oğlu Məhəmməd Fatimə adlı xanımla ail

15 dekabr
.

"Şərurlu İsfəndiyar": "Ramiz Mehdiyevlə bir əlaqəm varsa, dövlət cəzamı verəcək"

Böhtan və təhqir maddələri ilə xüsusi ittiham qaydasında məhkəməyə verilən "Şərur MTK"nın sahibi İsfəndiyar Axundovun ("Şərurlu İsfəndiyar") növbəti məhkəmə prosesi keçirilib. -a istinadən xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesd

15 dekabr
.

Səidə Haqverdiyeva vəzifədən azad olundu

Azərbaycan Dövlət Kukla Teatrında kadr dəyişikliyi baş verib. xəbər verir ki, teatrın quruluşçu rejissoru Səidə Haqverdiyeva tutduğu vəzifədən ayrılıb. O, bu barədə özü məlumat verib. Bildirilib ki, S.Haqverdiyeva işdən öz ərizəsi əsasında azad olunub

13 dekabr
.

500 manat olan pensiyalar BU QƏDƏR ARTACAQ - AÇIQLAMA

"Azərbaycanda orta aylıq əməkhaqqındakı artım dinamikasını müşahidə edirik. Artıma ən çox təsir göstərən faktor 2025-ci ildə sosial paketin icra edilməsi ilə bağlıdır". -ə istinadən xəbər verir ki, bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramo

14 dekabr