"Azərbaycan polisi həmişə xalqın və dövlətin mənafeyinə ləyaqətlə xidmət edib"-Deputat

"Azərbaycan polisi həmişə xalqın və dövlətin mənafeyinə ləyaqətlə xidmət edib"-DeputatMüstəqil dövlətimizin ən mühüm atributlarından, əsas sütunlarından olan Azərbaycan polisinin 102 yaşı tamam olur.

Azərbaycan polisi həmişə xalqın və dövlətin mənafeyinə ləyaqətlə xidmət edib, ölkədə ictimai asayişin, təhlükəsizliyin mühafizəsi, əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizə aparılması kimi məsuliyyətli vəzifələri vicdanla yerinə yetirib:
Onların böyük vətəndaşlıq məsuliyyətini, cəsarətini hər zaman yüksək qiymətləndirən Ulu öndər Heydər Əliyev Azərbaycan polisini ölkənin, xalqın keşiyində duran mübariz bir dövlət orqanı kimi dəyərləndirib.

Bunu Milli Məclisin deputatı Naqif Həmzəyev Sonxeber.az-a açıqlamasında bildirib.

Millət vəkili qeyd edib ki, koronavirus pandemiyasının hamımızı sınağa çəkdiyi günlərdə fəaliyyəti ilə yadda qalan, nümunə göstərən, vətəndaşın yanında olan polis əməkdaşlarının zəhməti hər kəsin gözü önündə oldu:

"Cəsarətli tibb işçilərimiz, könüllü gənclərimiz, hərbi qulluqçularımızla yanaşı, polis əməkdaşları da fəalliyyətləri, nümunəvi davranışları ilə soydaşlarımızın təhlükəsizliyi keşiyində ayıq-sayıq dayandılar. Hər an koronavirusa yoluxma təhlükəsi ilə üz-üzə qalan şərəfli peşə sahibləri ciddi rejimdə tapşırıqların öhdəsindən layiqincə gəldilər. Onlar bu ağır, çətin günlərdə bəzən həyatlarını təhlükəyə ataraq, daim vətəndaşların mənafeyi üçün xidmət keçdilər".

Naqif Həmzəyev vurğulayıb ki, Azərbaycan polisi yağışın, soyuğun, küləyin, qızmar günəşin yaratdığı narahatlıqlara məhəl qoymadan vəzifə borcuna sədaqət nümayiş etdirdi:
"Yolda qalanın, yardıma ehtiyacı olanın, xəstə insanların ilk köməyinə çatan polislərimiz oldu. Onları əhalinin ən həssas təbəqəsinə zəruri ərzağın, xəstələrə tibbi ləvazimatların, dərmanların çatdırılmasında ön sıralarda gördük. Koronavirus pandemiyası ilə bağlı maarifləndirmə işlərində də polislərimizin fəaliyyəti əvəzsiz oldu.

Polisin vətəndaşlarla kobud davranışının şahidi olduğumuz bəzi demokratik ölkələrdən fərqli olaraq, Azərbaycan polisi bəzən vətəndaşlarımızın haqsız rəftarı qarşısında belə nəzakət nümayiş etdirdilər, yüksək peşəkarlıqla humanist mövqe sərgilədilər. Məhz bunun üçün hər bir vətəndaş onu qoruyan, onun təhlükəsizliyini təmin edən polis əməkdaşını gördükdə özünü güvəndə hiss edir.

Dövlətin, xalqın asayişi keşiyində dayanan hər bir polis əməkdaşını 2 iyul – Polis Günü münasibətilə səmimi qəlbdən təbrik edir, bu çətin günlərdə onlara vətəndaşlarımızın sağlamlığı naminə atdıqları qətiyyətli addımlarda uğurlar arzulayırıq"!

F.Ağayeva


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2324   Tarix: 02 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Azərbaycanla Ermənistan arasında delimitasiya prosesinə sürətlə gedir" - Politoloq

Dünən 2024-cü il aprelin 23-də Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesi çərçivəsində ilk sərhəd dirəyi quraşdırılıb. İki ölkənin ekspert qruplarının işi davam edir. Yaxın gələcəkdə hansı əraziləri

24 aprel
.

Almaniyada iqlim dialoqunun ikinci günü başlayır: İlham Əliyev iştirak edəcək

XV Petersberq İqlim Dialoqunun ikinci günü başlayır. "Report" xəbər verir ki, Prezident İlham Əliyev Almaniya Kansleri Olaf Şoltsun dəvəti ilə bu gün keçiriləcək XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində iştirak edəcək. Prezident İlham Əliyevin Almaniya kansleri ilə həmi

26 aprel
.

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində iştirak ediblər

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməlqoyma mərasimində iştirak ediblər. Bununla bağlı AZƏRTAC məlumat yayıb

25 aprel
.

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİB

Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də Azərbaycan Respublikasına dövlət səfərinə gəlib. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Qırğız Respublikasının Prezident

24 aprel
.

Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub. Bununla bağlı AZƏRTAC məlumat yayıb

24 aprel
.

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib. Report-a istinadən xəbər verir ki, əklil mərhumənin məzarı üstünə qoyulub

25 aprel
.

"COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir"

"COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir". "Qafqazinfo" xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Berlində "15-ci Petersberq İqlim Dialoqu"nun Yüksək Səviyyəli Seqmentində çıxışında deyib. Bu qlobal tədbi

26 aprel
.

​​​​​​​Azərbaycan və Qırğızıstan arasında ikiqat vergitutma aradan qaldırılır

Azərbaycanla Qırğızıstan arasında "Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş" imzalanıb. xəbər verir ki, sənədləri Azərbaycanın iqtisadiyya

24 aprel
.

Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE

Naxçıvan Ali Məclisinin qərarı ilə muxtar respublikanın yeni Baş naziri Ceyhun Cəlilov təyin olunub. yeni baş nazirin dosyesini təqdim edir:. Ceyhun Ramiz oğlu Cəlilov 1987-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz şəhərində anadan olub. 2009-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxal

25 aprel