Bu gün Milli Qəhrəman Koroğlu Rəhimovun ANIM GÜNÜDÜR

Bu gün Milli Qəhrəman Koroğlu Rəhimovun ANIM GÜNÜDÜRİyulun 3-ü Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi Koroğlu İsmayıl oğlu Rəhimovun anım günüdür.

Xocalı faciəsindən sonra könüllü olaraq Azərbaycan Silahlı Qüvvələrinin sıralarına yazılan Koroğlu Rəhimov "N" saylı hərbi hissədə 2-ci motoatıcı bölüyə hərbi komandir təyin olundu. 1992-ci ilin iyununda bölük Goranboy rayonunun Buzluq, Çartaz, Erkəç, Mənəşli, Başkənd, Madagiz və Gülüstan kəndlərini erməni işğalçılarından azad etdi.
3 iyul 1992-ci ildə Koroğlunun bölüyü Ağdərə istiqamətində hücuma keçir. Ağdərə uğrunda baş verən qanlı döyüşlərin birində 38 yaşlı Koroğlu Rəhimov şəhid olur.
Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli fərmanı ilə Koroğlu İsmayıl oğlu Rəhimov ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.

Sonxeber.az şəhidimizin ruhuna ehtiram əlaməti olaraq və gənc nəslin Azərbaycanın Milli Qəhrəmanı Koroğlu Rəhimovu yaxından tanıması üçün haqqındakı məlumatları bir daha təqdim edir.

Koroğlu İsmayıl oğlu Rəhimov 31 oktyabr 1953-cü ildə Oğuz rayonunun Xaçmaz kəndində müəllim ailəsində anadan olub. 1960-cı ildə 7 illik Yaqublu kənd orta məktəbinə gedib. 1961-ci ildə ailəsi ilə birlikdə ata-baba yurdları olan Qərbi Azərbaycanın Zəngibasar mahalına, Sarıcalar kəndinə köçüb. 1969-cu ildə hərbi təhsilini müvəffəqiyyətlə başa vurduqdan sonra Bakıya gələrək, Azərbaycan Neft və Kimya İnstitunun avtomexanika fakültəsinə daxil olub. 1972-ci ildə hərbi xidmətə yollanan Rəhimov 1974-cü ildə Almaniya Demokratik Respublikasında hərbi xidmətini başa vurub və yarımçıq qalmış təhsilini tamamlayıb. Koroğlu əmək fəaliyyətinə Bakı Məişət Kondisionerləri zavodunda başlayıb. Koroğlu təvəzökar, ailəcanlı və vətənpərvər insan idi. 1988-ci ildə azərbaycanlıların Qərbi Azərbaycandan qovulması, 1990-cı ilin Qanlı Yanvar hadisələri və 1992-ci ilin fevralın 25-26-da baş verən Xocalı soyqırımı, onun milli ordu sıralarına könüllü olaraq yazılmasında böyük təsir göstərmişdi.

Koroğlu Xocalı faciəsindən sonra könüllü olaraq 1992-ci il 17 martda Azərbaycan Silahlı Qüvvələrinin sıralarına yazılır. 30 apreldə N saylı hərbi hissədə 2-ci motoatıcı bölüyə hərbi komandir təyin olunur. 13 iyunda bölük Goranboyun Buzluq, Çartaz, Erkəç kəndlərini yaraqlılardan azad edir. Dəstə 15 ermənini məhv edərək 4 nəfəri əsir götürür, xeyli silah-sursat ələ keçirir. Koroğlu təkbaşına 5 düşməni məhv edir. Bu uğurdan ruhlanan döyüşçülər ertəsi gün, iyunun 14-də başqa bir kəndi - Mənəşlini də yaraqlılardan təmizlədilər. Sayca üstünlüyə baxmayaraq, ermənilər xeyli tələfat verməli oldular. 8 quldur öldürüldü. İyunun 15-də döyüşçülər daha mühüm obyekti - düşmənlərin ələ keçirdiyi Başkənd kəndini də azad etdilər. Madagiz və Gülüstan kəndləri də bir-birinin ardı ilə düşməndən alındı.

21 iyunda Madagiz kəndi uğrunda yenidən qanlı döyüş gedirdi. Koroğlu ratsiyanın önündən çəkilmirdi. Elə bu an tabor komandiri Yaşar Qarayevin bir neçə döyüşçü ilə birlikdə düşmən mühasirəsində qalması barədə xəbər gəlir. Koroğlu öz dəstəsi ilə döyüşçü dostlarının köməyinə çatır. Əməliyyat uğurla nəticələnir. Madagiz ikinci dəfə işğaldan azad edilir.
3 iyul 1992-ci ildə bölük Koroğlunun əmri ilə Ağdərə istiqamətində hücuma keçir. Bu onun son döyüşü idi. O Ağdərə yaxınlığındakı üçüncü savxozu ermənilərdən azad edir. Bu istiqamətdə gedən qanlı döyüşlərdə Koroğlu Rəhimov şəhid olur. Onun ölüm xəbəri hər kəsi sarsıdır. Cəsarətli komandirin şəhid bütün döyüş yoldaşlarını təəccübləndirir. Vəfatından sonra 38 yaşlı milli qəhrəman Bakıda Şəhidlər xiyabanında dəfn edilir.

Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 16 sentyabr 1994-cü il tarixli, 203 nömrəli fərmanına əsasən Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyün qorunmasında, Azərbaycan torpaqlarının erməni işğalçılarından müdafiə edilməsində gedən döyüşlərdə qəhrəmanlıqla vuruşaraq göstərdiyi şəxsi igidlik və şücaətə, öz müqəddəs əsgəri və xidməti borclarının şərəflə yerinə yetirilməsində göstərdiyi misilsiz xidmətlərə görə leytenant Rəhimov Koroğlu İsmayıl oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

Atası İsmayıl Rəhimov müəllim, anası Sura xanım evdar qadın idi. İki qardaşı və iki bacısı var. 1979-cu ildə əmisi qızı Aybəniz adlı xanımla ailə həyatı quran Koroğlunun bu dünyada 3 yadigarı var: Rəşad, Samir, Ülviyyə. Nəvələrindən biri babasının adını yaşatmaqdadır.
Bakının Nərimanov rayonunda küçələrdən birinə "Koroğlu Rəhimov küçəsi" adı verilib və bu küçədə onun büstü qoyulub. Xaçmaz kəndində yerləşən 3№-li körpələr evi, Oğuz şəhərində küçə Koroğlu Rəhimovun adını daşıyır.

Ölümündən sonra qəhrəmanlığı haqqında şeirlər, məqalələr, kitablar yazılıb. 2010-cu ildə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən çəkilən "Vətənim mənim" filmi Koroğlu Rəhimova həsr olunub. Həmin il Etibar Məmmədovun ssenarisi əsasında "Əbədiyyətə qovuşan Koroğlu" filmi ekranlaşdırılıb. 40 dəqiqəlik ekran əsərində Koroğlu Rəhimovun döyüş yolu öz əksini tapıb.

Bu gün Milli Qəhrəman Koroğlu Rəhimovun ANIM GÜNÜDÜRBu gün Milli Qəhrəman Koroğlu Rəhimovun ANIM GÜNÜDÜRBu gün Milli Qəhrəman Koroğlu Rəhimovun ANIM GÜNÜDÜR


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1879   Tarix: 03 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Ofisiantların ölümünə görə tutulan icarədarın həbs müddəti artırıldı

Binəqədidə 4 gəncin elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı həbs edilən "Lake Hotel"in icarədarı Ağasif Verdiyev yenidən məhkəməyə çıxarılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, prokuror cinayət işi üzrə zəruri istintaq hərəkətlərinin davam etməsi ilə əlaqəda

19 dekabr
.

Sabah hava necə olacaq?

Azərbaycanda dekabrın 21-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəz

20 dekabr
.

Ağakərimdən danışan Ağamirzə: "Sonuncu dəfə 5 il bundan əvvəl danışmışıq"

"Biz Ağakərimə mütəmadi olaraq baş çəkirdik. 10-20 gündən bir biz onu ziyarət edirdik. Demək olar ki, hər gün oğlu ya da bacısı oğlanları ilə telefonla danışırdıq". Qaynarinfo xəbər verir ki, bu sözləri "Xəzər axşamı" verilişinə açıqlaması zamanı meyxanaçı Ağamirzə Məmmədov deyib

20 dekabr
.

"Dəyirman"ın Anarı bu qurumda yüksək vəzifədə çalışır - Foto

Məşhur "Dəyirman" qrupunun keçmiş üzvü Anar Abdullayev qurumların birində yüksək vəzifədə çalışır. xəbər verir ki, bununla bağlı məlumat yayıb. Bildirilib ki, o, 2023-cü ildən "AzerGold" QSC-də müşavir kimi fəaliyyət göstərir. Qeyd olunub ki, "Dəyirman" qrupu dağıldıqda

20 dekabr
.

Meyxanaçı Kərim dəfn edilidi (FOTO)

Meyxanaçı Kərim Novruzov Maştağa qəsəbəsində yerləşən Seyidəli qəbiristanlığında dəfn olunub. APA xəbər verir ki, dəfn mərasimində mərhumun ailə üzvləri və sənət dostları iştirak ediblər. Qeyd edək ki, Kərim Novruzovla vida mərasimi yaşadığı evdə keçirilib. Xatırladaq ki, o, dünən uzun sürən xəstəlikdə

20 dekabr
.

Bəzi şəxslər 100 manatlıq bu rüsumu ödəməyəcək

Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmaların əhatə dairəsi genişləndirilir. xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Dövlə

19 dekabr
.

Azərbaycanda əsgərlik müddəti azaldılacaq - Ekspert AÇIQLADI

Azərbaycanda hərbi xidmət müddətinin azaldılması məsələsi artıq ictimai müzakirə mərhələsini geridə qoyub və real mexanizmə çevrilmək üzrədir. Bu addım ölkənin ərazi bütövlüyü və suverenliyinin təmin olunmasından sonra gündəmə gələn təbii və zəruri proseslərdən biridir. xəbər verir ki, bu sözləri -

20 dekabr
.

"2 500-dək tibbi avadanlıq, cihaz və tibbi inventarlar satın alınıb" - Vüqar Qurbanov

"2025-ci ilin ötən dövrü ərzində tibb müəssisələrinin fəaliyyətinin optimallaşdırılması, diaqnostik və müalicə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə müxtəlif profilli tibb müəssisələrinin ehtiyacları nəzərə alınaraq, diaqnostik, reanimasiya, laboratoriya, cərrahi, fizioterapiya v

19 dekabr
.

Bu restoranların menyularında "dəvə qutabı" olsa da, özü yoxdur... - Fotolar

Daxil olan müraciətlər əsasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Sumqayıt şəhəri, Sahil küçəsində fəaliyyət göstərən bir sıra ictimai iaşə obyektlərində reyd keçirib. "Qafqazinfo" xəbər verir ki, yoxlama zamanı "Nicat" restoranı və "Balıqçı" kafesində "dəv

20 dekabr