Abituriyentlərə stress hansı formalarda təsir edə bilər? - Psixoloq danışır

Abituriyentlərə stress hansı formalarda təsir edə bilər? - Psixoloq danışırQəbul imtahanı sadə prosesdir. Bizdə isə buna insanların taleyini təyin edən bir məsələ kimi yanaşırlar. Belə yanaşma abituriyentlərin stressə düşməsinə səbəb olur. Ona görə də tələbə olmaq istəyənlər çətin bilik yarışından qalib çıxmaqla yanaşı, həm də belə böyük stressi aradan qaldırmağı bacarmalıdırlar. Bir sözlə, məzun imtahana həm intellektual, həm də psixoloji cəhətdən hazır olmalıdır. Üstəlik, bu il qəbul imtahanlarının pandemiya dövrünə təsadüf etməsi abituriyentlərin həyəcanını ikiqat artırır.

Maraqlı suallar ortaya çıxır. Abituriyentlərə stress hansı formalarda təsir edə bilər? Qarşısını almaq üçün nələri etmək lazımdır?

Sonxeber.az bildirir ki, mövzu ilə bağlı Lent.az-a açıqlama verən psixoloq Fuad Əsədovun sözlərinə görə, imtahanı düşünən kimi həyəcanlanırlar:

"Həyəcanlanmanın əsas səbəbi hələ də cavabını bilmədikləri suallarla bağlıdır. Düşübürlər ki, bunların hamısını öyrənib çatdırmaq lazımdır. Müddət isə azdır. Amma bu yalnış düşüncə tərzidir. Çünki onsuz da bilmədikləri mövzu hər zaman olacaq. Özlərini heç bir zaman hazır hiss etməyə bilərlər. Əksinə, bunları düşünərək həyəcanlana və bildiklərini də unuda bilərlər. "Bu stressin təsirindən necə qurtulmaq olar" məsələsinə gəldikdə, deyə bilərəm ki, abituriyentlər hər gün yatmazdan öncə 10 dəqiqə beyinlərində xəyal qursunlar. İmtahanın yaxşı keçəcəyini hər detalı ilə beyinlərində canlandırsınlar. Bu həm onların həyəcanını azaldacaq , həm də böyük ruh yüksəkliyi verəcək".

Sonda qeyd edək ki, bu müddət ərzində valideynlərin övladlarına qayğı ilə yanaşması daha yaxşı olardı. Arzuolunmaz nəticə olacağı təqdirdə belə, onlara qarşı müəyyən cəza tədbirləri həyata keçirməsinlər. Abituriyenti psixologiyasına təsir göstərə bilən hadisələrdən, xəbərlərdən uzaq tutmaq lazımdır. Bu müddətdə abituriyentlər fizioloji problemləri ilə, yəni ürəkbulanma, tərləmə, soyuqdəymə və s. hallarla mübarizə aparmalıdırlar. Valideynlər onların səhhətinə daha çox diqqət etməlidir. İmtahan günü abituriyent rahat geyim geyinməlidir. Onlar ayaqlarını və bədənini sıxan ayaqqabı və paltardan imtina etməlidir. Məsləhətdir ki, qol saatından, başqa digər aksesuarlardan istifadə etməsinlər. İmtahana isə mütləq üzərində reklam yazısı olmayan buzlu su aparmaq lazımdır. Əvvəlcə daha yaxşı hazırlaşdığı fəndən başlasalar yaxşıdır. Bu zaman onlarda özünəinam yaranacaq. Sual kitabçasında hansı variantı yazıblarsa, cavab kartına da həmin an mütləq onu qeyd etsinlər. Amma əvvəlcə sualın cavabını düzgün yazdıqlarını ciddi yoxlasınlar. Belə etsələr, səhv cavabların qaralanması, sürüşdürmə kimi hallarla qarşılaşmayacaqlar.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1718   Tarix: 04 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

16 sentyabr 2021
.

Seyrək saqqaldan bezən bəylər DÍQQƏT! BU ÜSULLA...

Məhsul haqqında. Saqqalınızı yumşaldır, dərini nizamlayır, nəm itkisini tarazlaşdırmaq üçün dərini dəstəkləyir və vitamin və minerallarla zəngindir. Qaşıntı, quru və iltihablanmış dərini rahatladır və sakitləşdirir. Şirin badam ağacının qurudulmuş toxumlarından əldə edilir. Bütün dəri tiplərində xüsusə

8 sentyabr 2021
.

Kosmosa uçanların - FOTOLARI

Kosmosa hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi göndərilib. Axşam.az-a istinadən xəbər verir ki, sərnişinlər 3 gün dünya ətrafında səyahət edəcəklər. "SpaceX" şirkətinin təşkil etdiyi kosmos səyahəti Kennedi Kosmos Mərkəzində baş tutub. Bu gün isə səyyahların fotolar

18 sentyabr 2021
.

Dərinizi yumşaq və gözəl edən təbii VASİTƏ

Məhsul haqqında BURADAN . Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv ağardıcı krem. Serum ilə birlikdə. Biokus Acne Ağardıcı Serum vitaminlər, təbii maddələr ilə zənginləşdirilmişdir. Ən yaxşı ağardıcı müalicə hesab olunur. Bu ağardıcı müalicə formulunun tərkibində olan minerallar, meyv

9 sentyabr 2021
.

Günəşin ətrafındakı halqa görənləri heyrətləndirdi - FOTOLAR

Sinqapurda Günəşin ətrafında yaranan işıq dairəsi görənləri heyrətləndirib. xəbər verir ki, 2020-ci ildən sonra ikinci dəfə müşahidə olunan Günəş dairəsi insanlar tərəfindən maraqla qarşılanıb. Hər kəs bu təbiət hadisəsini seyr etsə də, elm insanları dairəyə gözlüksüz baxmağın təhlükəli olduğu yönünd

12 sentyabr 2021
.

Danışan ÖRDƏK tapıldı - VİDEO

Avstraliyada Ripper adlı bir ördək "sən lənətə gəlmiş axmaq" kimi bir söz deyə bilir. Yeni araşdırmalara görə, quşun 1980-ci illərin sonlarında Kanberra yaxınlığındakı Tidbinbilla vəhşi təbiət qoruğunda böyütmüş bir baxıcıdan - "lənətə gəlmiş yemək" kimi də yozula bilən ifadəni öyrəndiy

9 sentyabr 2021
.

Ərdoğan gənclər üçün şeir oxudu - VİDEO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan şeir oxuyub. xəbər verir ki, Qəhrəmanmaraşda gənclərlə bir araya gələn Ərdoğan Türkiyənin istiqlal şairi Mehmet Akif Ərsoyun şeirini oxuyub. Ərdoğan bu şeirlə məktəblərarası şeir yarışmasında qalib olduğunu xatırladıb. Həmin anların videogörüntüsünü təqdim edirik

12 sentyabr 2021
.

Payızın 4 trend rəngi - FOTO

Yeni mövsüm həmişə yeni trend və yeni qaydalar deməkdir. Mövsümün bir neçə dəb cərəyanları ilə artıq sizi tanış etmişik. Deməli, qalır rənglərin aktuallığını müzakirə etmək. xəbər xarici mətbuata istinadən xəbər verir ki, bu payız monoxrom dəstlər özünə daha çox yer edəcək. Rənglərin düzgün harmoniyasın

8 sentyabr 2021
.

İdman dünyası BİR ƏSRDƏ necə dəyişdi? - FOTO

Bir insan üçün 100 il çox böyük müddətdir, tarix baxımından isə bir əsr bir anlıqdır. idman aləminin bir əsrdə necə dəyişdiyini açıq şəkildə nümayiş etdirən maraqlı arxiv fotoşəkillərini təqdim edir:

15 sentyabr 2021