Misir koronavirusa qarşı vaksinin tədarükünə dair kontrakt imzalayıb
Misirin Farmasevtika İdarəsi "AstraZeneca" şirkəti ilə gələcəkdə Oksford Universitetinin COVID-19-a qarşı vaksininin tədarükünə dair kontrakt imzalayıb.
Sonxeber.az Trend-ə istinadən bildirir ki, dövlət qurumu olan bu idarə vaksinin miqdarını və göndəriləcəyi vaxtı açıqlamayıb.
Bu ölkənin Səhiyyə Nazirliyinin məlumatı isə yeni növ koronavirus pandemiyasına yoluxmaların və vəfat edənlərin sayının azalmadığını göstərir. Belə ki, son sutka ərzində Misirdə daha 1342 nəfər COVID-19-a yoluxub, 79 pasiyent isə həyatını itirib. Yoluxanların ümumi sayı 74 mini keçib, 3280 pasiyent isə vəfat edib. Məlumatda indiyədək 20 mindən artıq insanın müalicə olunaraq evə buraxıldığı bildirilib.
Misir hökuməti bəyan edib ki, artıq karantin xəstəxanaları yerli farmasevtika şirkətlərinin istehsalı olan "Remdesivir" preparatı ilə təmin edilir. COVID-19-un müalicəsində effektiv olan bu dərmanın ixracı isə yerli tələbat ödənildikdən sonra həyata keçiriləcək.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada Baxılıb: 3697 Tarix: 05 iyul 2020
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşDünyanın ən nüfuzlu insanları açıqlandı
ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilər arasında reytinqə ABŞ-ı
16 sentyabr 2021Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ
Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-ya istinadən xəbər verir ki, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"
17 sentyabr 2021Daha bir ölkədə iş yerində COVID-19 pasportu vacib oldu
İtaliyada oktyabrın 15-dən etibarən bütün sakinlər yalnız COVID-19 pasportunun olduğu halda işləyə biləcəklər. Belə bir sənədi ya COVID-19 əleyhinə peyvənd vurdurmaqla, ya yaxın günlərdə koronavirusdan sağalmanı təsdiqləyən sənədlə, ya da testin mənfi cavabı ilə əldə etmək mümkündür. Beləliklə, oktyabrı
17 sentyabr 2021"Ata tərəfim Azərbaycandandır" - Acun Ilıcalı
"TV 8"in rəhbəri, aparıcı Acun Ilıcalı "Müge ve Gülşen’le 2.Sayfa" proqramının qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, aparıcılar Acuna gənc qalmasının sirrini soruşublar. O, isə söhbət zamanı ata tərəfinin Azərbaycan köklü olduğunu deyib. Acun bildirib ki, gənc qalmasını
16 sentyabr 2021Lukaşenko Düşənbəyə iti ilə səfər etdi
Belarusun lideri Aleksandr Lukaşenko sentyabrın 15-də Düşənbəyə işgüzar səfərə gedib. -a istinadla xəbər verir ki, Lukaşenko burada Tacikistan prezidenti Emomali Rahman, İrandan olan həmkarı İbrahim Rəisi ilə görüşüb. Məlumata görə, Lukaşenkonun Tacikistana səfərinin formal hissəsindən sonra Belaru
17 sentyabr 202118 yaşlı tennisçinin geyimi sosial şəbəkələrdə ajiotaj yaratdı - FOTO
"US Open"in qalibi olan britaniyalı tennisçi Emma Radukanunun Açıq Çempionatda geyindiyi idman komplekti böyük ajiotaja səbəb olub. "Böyük Dəbilqə" turinirinin 18 yaşlı çempionu, "Nike" firmasının dar topunda və yubka-şortda korta çıxıb. Məlumata görə, elə həmin günü şirkəti
15 sentyabr 2021