İyulun 20-dən sonra ticarət mərkəzləri yenidən açılır? - AÇIQLAMA

İyulun 20-dən sonra ticarət mərkəzləri yenidən açılır? - AÇIQLAMAXəbər verdiyimiz kimi iyulun 5-də 523 nəfər koronavirusa yoluxub, 451-i isə sağalaraq evə buraxılıb. 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək Bakı, Cəlilabad, Gəncə, Goranboy, Göygöl, Lənkəran, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları ərazisində xüsusi karantin rejimi tədbiq edilir. Sərt karantin rejiminə görə bir çox iaşə obyektləri, eləcə də iri ticarət mərkəzləri bağlıdır. Son iki gündə yoluxanların sayında müşahidə olunan azalma dinamikası davam edərsə iyulun 20-də ticarət mərkəzlərinin fəaliyyətinə yenidən icazə verilə bilərmi?

Bununla bağlı Sonxeber.az-a danışan deputat İqbal Məmmədov bildirib ki, son iki gündə yoluxanların sayında bir azda olsa azalma müşahidə olunur: "Ən sevindirici hal isə gündəlik sağalanların sayı 400-dən çox olmasıdır. Hazırda 16 şəhər və rayonda sərt karantin rejimi tədbiq edilir. Sərt karantin rejiminin müsbət nəticəsi artıq 2 gündür ki, hiss edilir. Yoluxma sayı kəskin artdığına görə iri ticarət mərkəzlərinin və digər içaşə obyektlərinin fəaliyyəti yenidən dayandırıldı. Bu obyektlərin iyulun 20-dən sonra fəaliyyətə başlaması insanlarımızın o vaxta qədər karantin rejiminin qaydalarına necə əməl etməsindən asılı olacaq. Əgər insanlarımız bu məsələdə məsuliyyətlərini anlayaraq qoruyucu tibii maskalardan istifadə edib, sosial məsafəni qoruyarsa və sanitar-gigyenik qaydalara əməl edərlərsə əvvəlki həyatımıza daha tez qayıda bilərik. Əlbəttə növbəti yumşalmalardan sonra ticarət obyektləri və digər müəssisələr daha diqqətli olmalıdır. İri ticarət mərkəzlərinə daxil olan hər kəsin hərarəti ölçülməli, qoruyucu tibbi maskaların istifadəsinə və sosial məsafənin qorunmasına nəzarət edilməlidir. Əlbəttə daha çox ticarət mərkəzlərində fəaliyyət göstərən mağaza sahibləri məsuliyyətlərini artırmalıdırlar. İnsanların ticarət mərkəzlərinə maskasız daxil olmasına icazə verilməməli və mağaza daxilində sosial məsafənin qorunmasına diqqət edilməlidir. Ən önəmlisi isə çalışanlar mütəmadı olaraq koronavirus testindən keçirilməli və sanitar-gigiyenik qaydalara əməl olunmalıdır. Düşünürəm ki, bu cür qaydalar qoyulmaqla iri ticarət mərkəzlərinin işləməsinə icazə vermək olar. Təbii ki, bu cür qərarların verilməsi Operativ Qərargahın səlahiyyətindədir. Əgər iyulun 20-ə kimi yoluxanların sayı azalarsa və sağalanların sayı çoxlarsa Operativ Qərargah mərhələli şəkildə yenidən yumşalmalara gedə bilər. Əlbəttə bu müddət ərzində hər şey insanlarımızdan və qoyulan qaydalara əməl edilməsindən asılı olacaq. Vətəndaşlarımız bu müddət ərzində qaydalara əməl etməli, lazım olmadıqca evdən çıxmamalıdır. İnsanlarımızı da anlayıram. Havalar istiləşdikcə evdə oturmaq çətinləşir. Amma özümüzün, yaxınlarımızın və bütün Azərbaycan vətəndaşının sağlamlığı üçün qoyulan qaydalara əməl etmək hər birimizin borcudur".

Aysel Yusifqızı


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 32811   Tarix: 06 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

11 gün əvvəl zəhərlənmişdi - Xəstəxanada öldü

Dünən gecə saatlarında Kliniki Tibbi Mərkəzdə ölüm hadisəsi qeydə alınıb. "Qafqazinfo"nun məlumatına görə, Zaqatala rayon Yuxarı Tala kənd sakini 62 yaşlı Murad Ramazanov sözügedən vəfat edib. M. Ramazanov təxminən 11 gün əvvəl pomidor turşusundan zəhərlənmişdi

26 aprel
.

Qobu kəndində təpəciklər düzləşdirilib mülki şəxslərə satılır - İDDİA + VİDEO

Qaradağ rayonunun Qobu kəndində təpəciklərin düzləşdirildiyi iddia olunur. Bu barədə -a müraciət daxil olub. Bildirilib ki, təpəcikləri qazıb, düzləşdirir, mülki şəxslərə satır, yerində ev tikirlər. Məsələ ilə bağlı Qaradağ Rayon İcra Hakimiyyətinə sorğu ünvanlamışıq. Həmin görüntüləri təqdim edirik

26 aprel
.

Sağlamlıq arayışlarının ödənişləri niyə fərqlidir?

TƏBİB sağlamlıq arayışlarının ödənişlərindəki fərqə aydınlıq gətirib. "Qafqazinfo" xəbər verir ki, bunu TƏBİB-in şöbə müdiri Səbinə Quliyeva jurnalistlərin suallarını cavablandırarkən deyib. "Bəzi tibbi arayışlar ödənişsiz, icbari tibbi sığorta çərçivəsində qarşılanır. Tariflər sağlamlı

26 aprel
.

Sabah 32 dərəcə isti olacaq

Aprelin 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-1

26 aprel
.

Bakının bu küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Sabah saat 09:00-dan aprelin 28-i saat 22:00-a qədər Bakının Elşən Süleymanov küçəsində (Bəhruz Nuriyev küçəsindən Cəmşid Naxçıvanski küçəsinə qədər olan hissədə) aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. bu barədə "Azərbaycan Avtomobil Yolları Dövlə

26 aprel
.

Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü

Şəkidə tibb bacısı antibiotikdən şoka düşüb. APA-nın Şimal-qərb bürosunun əldə etdiyi məlumata görə, bu gün axşam saat 17 radələrində rayonun Kiş kənd sakini 1975-ci il təvəllüdlü Gülcöhrə Ziyad qızı Allahverdiyeva hüşsuz vəziyyətdə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) gətirilib. Müayinə zamanı G.Allahverdiyavanı

26 aprel
.

İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO

İkinci əl məhsullar, adətən, ucuz olduğundan vətəndaşların onlara marağı da yüksək olur. Ancaq bəzən bu məhsullar alındıqdan bir müddət sonra oğurluq olduğu ortaya çıxır. Bu barədə ARB TV-nin süjetində deyilir. Qeyd olunan məsələ ilə bağlı fikrini bildirən hüquqşünas Fərhad Mehdiyevin sözlərinə görə

25 aprel
.

Bakıda məktəbin yaxınlığında BÖYÜK TƏHLÜKƏ - VİDEO

Bakı şəhəri Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində qəzalı vəziyyətdə olan ağac təhlükə saçır. Bu barədə məlumat -in qaynar xəttinə daxil olub. Bildirilib ki, 99 saylı tam orta məktəbin çıxışında yerləşən ağac qoparaq dəmir hasara ilişib. Baş verə biləcək xırda hadisə dəhşətli faciəyə səbəb ola bilər

26 aprel
.

Evlilik üçün ideal yaş fərqi neçə olmalıdır? - AÇIQLAMA

Bildiyimiz kimi, bu gün ölkəmizdə erkən yaşda qızların evləndirilməsi halları ilə tez-tez rastlaşırıq. Əlbəttə ki, bu nikahların baş tutması qəbulolunmazdır. Digər tərəfdən, Azərbaycanda 22 yaşlı oğlanın 40 yaşlı qadınla evlənməsi ilə bağlı hallarda mövcuddur. Araşdırmalar onu göstərir ki, tərəflər arasınd

26 aprel