"Misirdə iki azərbaycanlı tələbədə koronavirus şübhəsi var idi, bütün dəstək göstərildi"-Azərbaycanın Misirdəki diaspor sədri ilə MÜSAHİBƏ

"Misirdə iki azərbaycanlı tələbədə koronavirus şübhəsi var idi, bütün dəstək göstərildi"-Azərbaycanın Misirdəki diaspor sədri ilə MÜSAHİBƏÇindən bütün dünyaya yayılaraq milyonlarla insanın ölümünə səbəb olan koronavirus pandemiyası hələ də davam edir. Hazırda bütün dünya bu pandemiya ilə mübarizə şəraitində yaşayır. Bəs görəsən Misirdə vəziyyət necədir? Misir koronavirus pandemiyası başlayandan hansı mübarizə üsullarından istifadə etdi?

Bu barədə və daha ətraflı Azərbaycanın Misirdəki diasporunun sədri Dr. Seymur Nəsirov Sonxeber.az-a geniş müsahibə verib.

Diaspora sədri bildirib ki, hazırda bütün dünya koronavirus pandemiyasından əziyyət çəkir. Misir də bu ölkələrdən biri kimi böyük problemlərlə qarşılaşdı. Amma problemlərdən ən az itki ilə çıxmaq üçün böyük səylə çalışır:

"Misirdə koronavirus pandemiyası demək olar ki, biraz gec yayıldı. İlk dəfə fevral ayının 14-də elan olundu. O da xaricdən gələn vətəndaşda aşkar olunsa da, hansı ölkədən olduğu bilinmədi. Amma Misir mətbuatında onun misirli bir gənclə ailə qurmuş italyan gəlində aşkar olduğu iddiaları yazıldı. Artıq virus yavaş-yavaş artmağa doğru getdikcə, mart ayında Misir prezidenti xalqa müraciət edərək "sizin sağlamlığınız və sağlamlığınızı qorumaq bizim əsas hədəfimizdir. Hökumət böyük səylə çalışacaq ki, dövlət vətəndaşının sağlamlığını qorusun" dedi və həmin vaxt ilkin olaraq koronavirus pandemiyası ilə mübarizəyə 100 milyard Misir funtu (10 milyard manatdan çox) məbləğ ayırdı. Artıq mart ayının ortalarından Misir hökuməti sərt addımlar atmağa başladı".

-Misirin koronavirus pandemiyası ilə bağlı özünəməxsus müdafiə üsulları varmı? İnsanlar qaydalara əməl edirlərmi?

Misir hökuməti ilk olaraq bütün təhsil müəssisələrində tədris prosesi dayandırdı. Bütün dərslər, iclaslar, müzakirələr, imtahanlar artıq videogörüntü vasitəsi ilə həyata keçirilməyə başladı. Hətta bütün bağçalar da bu prosesə qoşuldu. Yəni, bir sözlə bütün işlər "onlayn" qaydada davam etdi. İkinci addım yerində xidmət göstərən bütün restoran və kafelərin bağlanması oldu. Üçüncü ən sərt addımlardan biri də axşam saat 20:00-dan səhər saat 06:00-dək evdən çölə çıxmaq qadağası tətbiq edildi. Bu proses 94 gün davam etdi.
Ötən üç ay yarım ərzində müəyyən dərəcədə yumuşaldılma olsa da, hər zaman sərtləşdirməyə doğru qərarlar verildi. Lap əvvəllər yüzlərlə yoluxma halı olurdusa, ötən ay 1700-ə qədər, son günlərdə isə yoluxma sayında azalma müşahidə olundu.

İlk günlər Misir xalqı da bu virusun olub-olmaması haqqında tərəddüdləri var idi. Bəzi tapşırıq və tövsiyələrə tam şəkildə əməl etməslər də, sonradan bunun həqiqətən də böyük bir bəla, xəstəlik olduğunu başa düşərək qanunlara əməl etməyə başladılar. Lakin daha sonra ən sərt addımlardan biri də cərimələrin və hətta həbs olunma tədbirlərinin tətbiq olunması oldu. Yəni qaydalara əməl etməyən, maska taxmayan şəxslərə 4 min Misir funtu (400 manatdan çox) cərimə tətbiq olundu. Həmçinin bir şəxsə hər iki cəza növü də tətbiq oluna bilər. Bundan sonra insanların əksəriyyəti maska taxmağa başladılar və qaydalara daha da ciddi şəkildə əməl etdilər.

Onu da qeyd edim ki, mart ayından etibarən ölkədə bütün hava yolu şirkətlərində uçuşlar dayandırıldı. Sadəcə misirliləri xaricdən gətirmək və yaxud Misirdən getmək istəyən xarici vətəndaşlar istisna olmaqla bütün hava yollarında uçuşlar dayandırıldı. Amma 10 gün öncə hökumət toplanaraq bəzi məhdudiyyətləri aradan qaldırdı.
Demək olar ki, 94 gün ərzində olan evdən çölə çıxmamaq qadağası aradan götürüldü. Misir dövləti xalqa elan edərək "biz birlikdə bu virusa qalib gələ bilərik. Hamı əl-ələ verib bu virusdan qurtarmaq yollarını axtararaq və qaydalara əməl edərək ən az itki ilə bu bəladan xilas ola bilərik" dedi.

Bu ayın əvvəlindən artıq Misir Hava Yolları bəzi ölkələrə uçuşlar təşkil etdi. Hazırda Misirdə ümumi yoluxma sayı 75 min 253 nəfərdir. Bunlardan 20 min 726 nəfər sağalıb, 3 min 343 nəfər isə vəfat edib. Bugünkü yoluxma sayı isə 1218-dir. Biraz azalmağa doğru gedir. Çünki ötən həftələr gündəlik 1766-nəfərə qədər yoluxma müəyyən edilmişdir. Artıq yavaş-yavaş azalmağa doğru gedir. Yəni, günbəgün azalma müşahidə olunur.

Diaspora sədri bildirib ki, Misir hökuməti bu il açılışı gözlənilən böyük layihələri gələn ilə qədər təxirə saldı:

"Eyni zamanda imtahanlara gəlincə son sinifləri çıxmaq şərtilə bütün imtahanları "onlayn" qaydada, lakin son siniflər isə müəyyən şərtlər qoyulmaqla imtahanlar keçirildi. Amma universitetlərdəki imtahanlar hələ başlamayıb. Ola bilsin ki, bu ay və yaxud növbəti ay bu barədə qərar verilsin".

-Misirdə yaşayan azərbaycanlılarda virus aşkar olunubmu? Onlarla yaxından əlaqəniz varmı?

Misirdə Azərbaycanlıların sayı o qədər də çox deyil. Burada yaşayan həmvətənlərimizlə pandemiya yayılan ilk gündən mütəmadi olaraq əlaqədəyik və bizim "Whatsapp" qruplarımız var. Eyni zamanda Azərbaycanın Misirdəki səfirliyi ilə davamlı əlaqə yaradaraq həmvətənlərimizin qayğısına qalırıq.
Azərbaycanlılar ilk gündən Misirdə həmrəylik nümayiş etdirirlər, hətta Misirdə yaşayan iş adamları zəng edərək öz soydaşlarımıza dəstək olmağa hazır olduqlarını bildirdilər. Bir neçə tələbənin problemi var idi ki, biz Diaspor olaraq onu həll etdik. Digər maddi imkanları zəif olan azərbaycanlı tələbələrə bütün lazımı dəstəklər göstərildi. Onu da qeyd edim ki, koronavirusa yoluxmada şübhəli iki azərbaycanlı tələbə var idi ki, həm səfirlik, həm də Diaspor tərəfindən onlara bütün lazımı dəstək göstərildi. Artıq bu gün də onlarla əlaqə saxladım hər biri çox şükür yaxşıdılar və heç birində xəstəlik yoxdur.

-Misir və Azərbaycan arasında olan əlaqələr necədir?

Misir ilə Azərbaycan arasındakı əlaqələrə gəldikdə isə, bildiyiniz kimi xalqlarımız əsrlərdən bəri dostdurlar. Tarixən əlaqələrimiz çox yüksək səviyyədə olub və bu gün də bu davam edir. Misir ilə Azərbaycan arasındakı əlaqələr gündən-günə inkişaf edir, prezidentlərimizin apardığı yüksək səviyyədə olan siyasət xalqlarımız arasında olan əlaqləri möhkəmləndirir. Məhz onaların nümunəvi dostluq əlaqələrini biz xalq olaraq da hiss edirik. Şəxsən mən Misirdə uzun illərdir yaşayan bir şəxs kimi bunu görürəm. Məhz Misirdə ölkəmizi, xalqımızı tanıyanların, hörmət bəsləyənlərin sayı gündən-günə artmaqdadır. Buna nümunə olaraq deyə bilərəm ki, Misir prezidenti hər zaman "Azərbaycan dost yox, qardaş ölkədir" deyir. Biz bunu dəfələrlə Misir prezidentinin özündən eşitmişik. Əlaqələrin inkişafına digər bir nümunə olaraq ötən ilin sonlarında Qoşulmama Hərəkatı ilə bağlı keçirilən konfransda Misir Xarici İşlər Nazirliyinin , daha sonra Misir Parlamentinin birinci vitse spikeri, Parlamentin Dil və Vəqflər komissiyasının sədri, Misir prezidentinin müşavirinin iştirak etməsi, yüksək səviyyədə təmsil olunması və cənab Prezident İlham Əliyevlə səmimi görüşləri bunu bir daha təsdiqləyir.

May ayının 4-də cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının koronavirusla bağlı keçirilən "onlayn" konfransda Misir prezidentinin şəxsən iştirak etməsi və orada cənab Prezident İlham Əliyevi qardaş ölkənin prezidenti olaraq salamlaması xalqlarımız arasında dostluq və qardaşlıq əlaqələrinin nə qədər möhkəm olduğunu bir daha sübut edir.

Onu da qeyd edim ki, Misir universitetlərinin bir çoxunda Azərbaycan dilinin tədris olunması, xüsusilə də Misirin ən mötəbər universitetləri sayılan "Qahirə", "Əl-Əzhər", "Ayn Şəms" universitetlərində yüzlərlə tələbəyə Azərbaycan dilinin tədris olunması xalqımıza, ölkəmizə verilən yüksək dəyər və hörmətin bariz nümunəsidir".

F.Ağayeva


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2076   Tarix: 06 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Elmira Süleymanovanın dəfn olunacağı yer BİLİNDİ - YENİLƏNİR

Bu gün vəfat edən Azərbaycanın ilk Ombudsmanı Elmira Süleymanovanın dəfn olunacağı yer bilinib. xəbər verir ki, E.Süleymanova İkinci Fəxri xiyabanda dəfn olunacaq. 14:27. Bu gün vəfat edən Azərbaycanın ilk Ombudsmanı Elmira Süleymanova ilə vida mərasimi keçirilir. xəbər verir ki, mərasim Təzəpir məscidind

25 aprel
.

Mübariz Qurbanlının ailəsinə ağır itki

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri, YAP-ın İdarə Heyətinin üzvü Mübariz Qurbanlıya ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, keçmiş komitə sədrinin bacısı Zərəngiz xanım dünyasını dəyişib. Onun xəstəlik səbəbindən vəfat etdiyi bildirilib. Qeyd edək ki, bir çox tanınmı

25 aprel
.

Nəsib Quliyev dəfn edildi - Fotolar

Ötən gün odlu silahdan atəş açaraq özünə qəsd edən sabiq baş pediatr Nəsib Quliyev dəfn edilib. -a istinadən xəbər verir ki, Nəsib Quliyev Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılıb. Məlumata görə o, öz atasının yanında dəfn edilib

25 aprel
.

Azərbaycanda mayın 1-dən bu qadağa qüvvəyə minir

Balıqların kürütökmə dövrü ilə əlaqədar may ayının 1-dən ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minir. xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib. Onun sözlərinə görə, bu proses sentyabrın 1-dək davam edəcək. Xidmət rəsmis

25 aprel
.

İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: "Kafedra ilə problemi olmayıb"

"Bizdə heç bir yeni rəhbər təyinatı olmayıb" . Bunu -ın sorğusuna cavab olaraq Azərbaycan Tibb Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Aslanova deyib. O qeyd edib ki, Nəsib həkimin çalışdığı "Birinci uşaq xəstəlikləri kafedrası" ilə heç bir problemi olmayıb

24 aprel
.

İki dostun davası - Biri yaralanıb, o biri həbsdədir

İki yeniyetmə oğlan arasındakı mübahisə onlardan birinin bıçaqlanmasına gətirib çıxarıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə bir müddət əvvəl Sabunçu rayonu ərazisində baş verib. Hazırda işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. İttiham ondan ibarətdir ki, peşə liseyində təhsil ala

24 aprel
.

Elmira Süleymanova dəfn olundu

Azərbaycanın İnsan Hüquqları üzrə sabiq müvəkkili (Ombudsman) Elmira Süleymanova dəfn edilib. xəbər verir ki, mərhumun nəşi II Fəxri xiyabanda torpağa tapşırılıb

25 aprel
.

Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə ŞAD XƏBƏR - VİDEO

"Zəngilanda çox böyük işlər görülür, yaşayış evlərinin tikintisi həyata keçirilir. Artıq 13 binadan ibarət kompleks inşa edilir". Bizim.Media xəbər verir ki, bu barədə Laçında keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" beynəlxalq forumda iştirak edən Cəbrayıl, Qubadlı və Zəngila

24 aprel
.

Bakıda ƏMƏLİYYAT: Sosial şəbəkələrdə bıçaq satanlar tutuldu - VİDEO

Kəsici-deşici alətləri sosial şəbəkələrdə və paytaxt ərazisində müxtəlif ticarət mərkəzlərində yerləşən mağazalarda satan 6 nəfər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Qeyd edilib ki, müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışı və gəzdirilməsini

25 aprel