"Çox narahatam, sabah bunun başqa fəsadları ortaya çıxacaq" - Nura Suri

"Çox narahatam, sabah bunun başqa fəsadları ortaya çıxacaq" - Nura Suri"İnsanların bu qədər evdə oturması, işsiz qalması yaxşı deyil. İcazələr birdən-birə ləğv edilir. Bunu əvvəlcədən demək olardı. Camaat yatıb-durur bir xəbərlə oyanır. Hamı stress içindədir, əsəblərimiz gərgindir. Bir həyatdan, başqasına keçmişik. Komfortumuzu itirmişik".

Bu sözləri Axşam.az-a açıqlamasında müğənni Nura Suri deyib. Sənətçi pandemiya dövründə insanların yaşadığı çətinliklərdən bəhs edib:

"Sağlam insanları evdə otuzdurub, bir-birindən ayırmağı başa düşmürəm. Həkimlər də təsdiq edər ki, insan immuniteti bir-biri ilə ünsiyyətdə güclənir. Təmiz hava və günəş şüası, dəniz havası immuniteti gücləndirir. Vitamin D-ni həm də günəşdən alır insan.

Üç övlad böyütmüşəm, bunu yaxşı bilirəm. Məktəbdən əvvəl uşağı bağçaya qoyuruq ki, immuniteti güclənsin, böyük kütlə ilə qarşılaşanda güclü olsun. Sabah başqa fəsadlar ortaya çıxacaq axı. Bunları düşündükcə narahat oluram.

İnsanların qapısını döyüb, evindən çıxarıb cərimələyirlər. Şəxsi bağ evində 5 nəfərlə ad günü edir, çəkib ictimailəşdirirlər. Üzlərini bağlasınlar heç olmasa. Bəziləri rayonda bağ tutub, oturub həyətdə rahat nəfəs almaq istəyirlər. Onları şəhərə qaytarıb, cərimə yazmaq nədir? Niyə axı? Həmin bölgə karantində olan siyahıda deyil heç. Bunları beynim həzm etmir".

N.Suri bildirib ki, insanlar son günlər bir-birinə qarşı çox aqresiv olublar:

"Pandemiya başlayanda insanların bir-biri ilə gözəl ünsiyyəti var idi. Hamı imkansıza yardım edirdi. İndi isə hamıda bir-birinə qıcıq yaranıb. Polisdə işləyən də bizim millətin üzvü, ananın övladıdır, adi biri də... Bir-birimizi didirik, hörmət etmirik, sosial şəbəkədə nələr görürük. Bunlar insanlarda qorxu və stress yaradır".

Sənətçi insanlara immuniteti gücləndirmək üçün məsləhətlər də verib:

"Hər zaman bu haqda status yazıb, müsahibə vermişəm. Təbii məhsuldan istifadə edin. Uşaq olanda nə qədər xəstəliklər keçirmişik: qızılca, donuz (svinka), suçiçəyi... Ölməmişik, immunitetimiz güclənib. İnsanlar virusla yaşamağı öyrənir. Əvvəl adamlar suçiçəyindən ölürdü, bu gün ondan sağalırıq. Yayda meyvələr daha çox olur. Özüm nə qədər təbii meyvələr dondurub qışa saxlayıram. Niyə hamı dərmanlı meyvə, tərəvəz arxasınca qaçır. Sonra da deyir immunitetim yoxdur.

Hər gün limon, nanə, şalfey və zəncəfildən istifadə edin, dəmləyib için. Eyvanımda dibçəkdə nanə-cövhər yetişdirirəm. Onu dəmləyib içirəm. İdman edirəm, bol su içirəm.

Oxuyub öyrənsinlər, mən də nənəmin etdiklərindən, internətdən məlumat almışam. İnsanlar niyə belə edirlər?
Hər yerdə yemək yemərəm, nə yediyimə diqqət edirəm. İnsan özünü sevməli, qorumalıdır. Səhər yuxudan oyananda günortaya qədər su içirəm, ya da qəhvə. Qəhvəyə isə ədviyyatlar atıram. Evdə övladıma da ədviyyatlar içirdirəm, çaya qatıram. Bu gün orqanizm üçün ən xeyirlisi vitamin D və C-dir.

Mövsüm meyvələri, giləmeyvələr çox yemək lazımdır. Amma hamı alıb yeyə bilmir, çünki süni qiymət artımı var. Moruğun kiloqramını 8 manata qaldırıblar. Danışmaqla bu problemlər düzələcəksə, hər gün danışaram. Çalışıb immunitetimizi bu cür təbii vasitələrlə qaldıraq.

Canlılar təbiətdə bitən bitkilərlə özlərini müalicə edirlər. Biz də nənələrimizdən eşitmişik, görmüşük. Bitkilərdən çox istifadə etmək məsləhətdir. Bölgələrdən alın təbii məhsulları, həm də onlara maddi dəstək olmuş olarsız. Bir-birimizə hörmət edək. Hər şeyə özümüzə hörmətdən başlayaq".


Sonxeber.az Telegramda izləyin
Şou-biznes   Baxılıb: 4866   Tarix: 07 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR

"Kişi evlidirsə, işdən sonra evə getməlidir"

"Nadir hər zaman evdə olub. Bəzi gənc kişi ifaçılar var ki, onlar məndən o xüsusiyyəti götürür".. . Sonxeber.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə "Hüseynova bacıları" proqramında qonaq olarkən deyib. Sənətçi təkcə karantin dövründə yox, hə

7 iyul

"Xatun və Damla yaxşı aktrisadır"

Əməkdar artist Könül Kərimova "5/5" verilişində aparıcı Zaur Kamalın suallarını cavablandırıb.. Axşam.az xəbər verir ki, sənətçi "Evi kim dağıdır" sualına "Qadın" qısa cavabını verib.. . Komplekslərindən və sevmədiyi hallardan danışan Kərimova "Guya çox plastik əməliyya

7 iyul

"Hamı depressiyadadır"- Günay

"Hamı depressiyadadır. Amma heç kim bunu hiss eləmir".. . BiG.AZ xəbər verir ki, bu sözləri müğənni Günay İbrahimli sosial şəbəkədə yazıb. Sənətçi son günlər paylaşımlarına yazdığı qəmli şərhlərlə diqqət çəkib. Günay karantinin uzanmasının hər kəsi depressiyaya saldığını vurğulayıb.. . Digə

7 iyul

Şəbnəm və Nazilənin koronavirus testinin cavabı BƏLLİ OLDU - FOTO

Tanınmış müğənni Şəbnəm Tovuzlu və şairə Nazilə Səfərli koronavirus testindən keçib.. . BiG.AZ xəbər verir ki, hər iki məşhurun testinin cavabı bəlli olub. Onlarla yanaşı Şəbnəmin qızı Günel də analiz verib. Nazilə "Neqativ" çıxan cavabı sosial şəbəkə hesabında paylaşıb.. . Fotonu təqdim edirik:

7 iyul

Emin Ağalarovun keçmiş həyat yoldaşı və qızından YENİ FOTO

Xalq artisti Emin Ağalarovun keçmiş xanımı Alyona Qavrilova sosial şəbəkə hesabında yeni foto paylaşıb.. . BiG.AZ xəbər verir ki, fotoda Alyonanın Emindən olan qızı Afina da yer alıb. Onların fotosu marağa səbəb olub.. . Qeyd edək ki, Alyonanın birinci evliliyindən oğlu var.. . Həmin fotoları təqdi

7 iyul

Xoşqədəm Baxşəliyeva: "Xəyanətini mənə etməsə də..."

"Əsla yalan söyləmə. Yalan söyləyən içində yaxalanmaq qorxusuyla yaşayan oğru kimidir. Nə gözəl deyilmiş, bağışlamadığım insanlar yalan danışan və sənə sahib çıxanlara xəyanət edənlərdir!". . Publika.az xəbər verir ki, bu sözləri "Səni axtarıram" verilişinin aparıcısı Xoşqədəm Baxşəliyev

7 iyul

"Damlaya "yox" demişəm"

"Damlaya "yox" demişəm. Çəkiliş bir gün əvvəldən deyilməməlidir. Sıradan bir iş görmümrük və sırdan adam deyilik ki, sırazı qaçaq. Mənim də işlərim var, onlara görə addım atıram. Vaxt olmadığı üçün getmədim".. Axşam.az xəbər verir ki, bu sözləri stilist Elnur Həsənov "ATV maqazi

6 iyul

"Nigar Camal aravuranlıq etdi" - Elnurdan etiraflar

"ATV maqazin onlarla" verilişinin "33 sual" rubrikasının növbəti qonağı stilist Elnur Həsənov olub.. Axşam.az xəbər verir ki, o, rubrikanın aparıcısı Ruslan Ağayevin suallarını cavablandırıb. Elnur müğənni Zamiq Hüseynovla işbirliyinə son qoymasının səbəbini açıqlayıb:. . "He

6 iyul

Toyu olmadan övladı olan azərbaycanlı müğənninin YENİ FOTOSU

Bir neçə müddət öncə ana olan müğənni Aygün Rəhimovadan xəbər var.. . BiG.AZ xəbər verir ki, makiyajsız görüntülənən Aygünün fotosu marağa səbəb olub. Fotoya çoxsaylı bəyənmə gəlib.. . Qeyd edək ki, sənətçinin oğlu dünyaya gəlib. İfaçı övladına Camal adını verib.. . Onu da bildirək ki, Aygün ötən i

6 iyul