Partiya sədri: "Koronavirusa dövlət-vətəndaş birliyi nəticəsində qalib gəlmək mümkün olacaq"

Partiya sədri: "Koronavirusa dövlət-vətəndaş birliyi nəticəsində qalib gəlmək mümkün olacaq""Dünyanı bürüyən və təəssüf ki, ölkəmizdən də yan keçməyən koronavirus pandemiyası davam etməkdə və genişlənməkdədir. Buna baxmayaraq, dövlət səviyyəsində həyata keçirilən və getdikcə dərinləşməkdə və genişlənməkdə olan tədbirlər Azərbaycanda pandemiyanı nəzarət altında saxlamağa imkan verib və bunlar ümid verir ki, çox yaxın zamanda koronavirusun tamamilə yox olmasına nail ola biləcəyik".

Bunu "Report"a açıqlamasında Azərbaycan Təkamül Partiyasının sədri Teyyub Qənioğlu deyib.

Onun sözlərinə görə, koronavirusun qəfil peyda olması və sürətlə yayılması göstərdi ki, dünyanın heç bir ölkəsi, o cümlədən Azərbaycan, ona qarşı mübarizəyə hazır deyildi:

"Nə xəstəxanaların mövcud sayı, nə tibbi ləvazimat, nə də tibbi personalın sayı və hazırlıq səviyyəsi buna imkan vermirdi. Bütün bunları nəzərə alan Azərbaycan dövləti koronavirusun ölkəmizdə yayılmağa başladığı ilk gündən etibarən qabaqlayıcı tədbirlər həyata keçirməyə başladı. 6 iyul 2020-ci ildə Azərbaycan televiziyasına, İctimai televiziyaya və "Xəzər" televiziyasına verdiyi müsahibədə bu məsələlərə toxunan Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, çox qısa bir zamanda ölkəmizdə 5 modul tipli xəstəxana tikilib istifadəyə verilib, yaxın zamanlarda daha beş modul tipli xəstəxana inşa ediləcək, bugünlərdə 800 çarpayılıq xəstəxana istifadəyə verilib, 1-1,5 ay ərzində 1 300 çarpayılıq yeni modul tipli xəstəxanın istifadəyə verilməsi gözlənilir. Hazırda 45 xəstəxanada koronavirus xəstələri müalicə alır. Təsadüfi deyil ki, qeyd edilən istiqamətlərdə həyata keçirilən tədbirlərin nəticəsində, Azərbaycan koronavirusla mübarizədə dünyanın ən öndə gedən ölkəsi kimi həm ÜST-nın, həm də bir çox dövlətlərin rəğbətini qazanıb".

Partiya sədri: "Koronavirusa dövlət-vətəndaş birliyi nəticəsində qalib gəlmək mümkün olacaq"Partiya sədri təəssüflə qeyd edib ki, koronavirus həm ölkəmizin iqtisadiyyatına, həm də əhalimizin yaşayış səviyyəsinə mənfi təsirlərini göstərməkdədir:

"Ancaq koronavirusun ölkəmizdə yayılmağa başladığı ilk gündən həyata keçirilən qabaqlayıcı tədbirlər göstərdi ki, Azərbaycan dövlətinin əsas diqqəti koronavirusun əhalinin güzəranına mənfi təsirlərinin minimuma endirlməsinə istiqamətlənmişdir. Son 6 ayda ölkə iqtisadiyyatının 1,7% geriləməsinə baxmayaraq heç bir sosial layihə təxirə salınmadı və salınmayacaq. Məlumdur ki, koronavirus ən çox güzəranını gündəlik məşğulluqla təmin edən insanlara mənfi təsir göstərib və göstərməkdədir. Koronavirusun bu insanlara təsirini müəyyən qədər yumşaltmaq üçün onlara, eləcə də, işsizlərə dövlət hesabına 190 manatlıq yardım göstərilib və bu yardım davam etməkdədir. İqtisadi çətinliklərə baxmayaraq, 2020-ci ildə 300 min nəfərin yaşadığı 85 min ailəyə ünvanlı sosial yardımın verilməsi, 7 min köçkün, 1 500 şəhid ailəsinə, silahlı qüvvələrin 400 zabitinə yeni mənzillərin verilməsi nəzərdə tutulur".

T.Qənioğlu xatırladıb ki, pandemiya vəziyyətinin nə qədər davam edəcəyi hələlik məlum deyil:

"Qeyd edildiyi kimi, bu pandemiyanın həm ölkə iqtisadiyyatına, həm də xüsusilə insanların güzəranına mənfi təsirlərinin minimuma endirilməsi üçün dövlət imkan daxilində lazımi tədbirləri həyata keçirir. Ancaq nəzərə almaq lazımdır ki, dövlətin imkanları tükənməz deyil. Pandemiyanın uzun müddət davam edəcəyi təqdirdə dövlətin imkanları da tükənə bilər. Ona görə də, hər bir vətəndaş koronavirusla mübarizəni özünün də əsas vəzifəsi hesab etməli, onun yayılmasının qarşısını almaq üçün verilən tövsiyyələrə riayət etməlidir. Unutmaq lazım deyil ki, koronavirusa yalnız dövlət-vətəndaş birliyi nəticəsində qalib gəlmək olar və inanırıq ki, belə də olacaq".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kateqoriya   Baxılıb: 1012   Tarix: 10 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azad edilmiş daha bir kənddən GÖRÜNTÜLƏR

Müdafiə Nazirliyi Cəbrayıl rayonunun Xudaverdili kəndindən videogörüntülər yayıb. görüntüləri təqdim edir:

28 mart 2021
.

Yıxılarkən qucağındakı qızını BELƏ QORUDU - VİDEO

Türkiyədə buzlu yolda yıxılan və qucağındakı qızını qorumağa çalışan atanın görüntüləri hər kəsi duyğulandırıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bursada buzlu yolda qucağında uşaqla gedən kişinin müvazinətini itirib yerə yıxıldığı an təhlükəsiz kameraları tərəfindən qeydə alınıb. Ata qızını

21 yanvar 2021
.

Azərbaycanlı gənc rəssam beynəlxalq sərginin qalibi oldu - FOTO

Bakıdakı İncəsənət Gimnaziyasının 7-ci sinif şagirdi Əntiqə Rüstəmova Rusiyanın Sverdlovsk vilayətinin Nijni Tagil şəhərində keçirilən "Qış nağılı" adlı Beynəlxalq uşaq rəsm sərgisində qalib olub. xəbər verir ki, ötən ilin dekabrında "Uluslararası Sənətkarlar və Sənətçilər Dərnəyi"ni

13 fevral 2019
.

Orduxanlar, Vidadi İsgəndərlilər və s… - Milli Məclisdə məsələ qaldırıldı

"Azərbaycanda sosial şəbəkə ilə bağlı qanun hazırlanmalıdır. Hesab edirəm ki, "Kütləvi İnformasiya Vasitələri haqqında" qanuna da yenidən baxılmalıdır". xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Sahib Alıyev deyib. "Sosial şəbəkələrə diqqə

1 fevral 2019
.

Ağdamın Şoltanlı kəndindən VİDEO

Müdafiə Nazirliyi Ağdam rayonunun Şotlanlı kəndindən videogörüntülər yayıb. görüntüləri təqdim edir:

3 iyul 2021
.

ŞOK: Sevgilisini pəncərədən aşağıya ATDI

Türkiyənin Antalya şəhərində baş verən olay hər kəsin diqqətini çəkib. Türkiyə mətbuatına istinadən xəbər verir ki, Aytaç Süleyman adlı şəxs sevgilisi Safiye Nur adlı qadını yaşadığı binanın 2-ci mərtəbəsindən aşağıya atıb. Pəncərədən düşən qadın binanın qarşısındakı avtomobilin üzərinə düşüb. Qadı

26 may 2021
.

Toylarla bağlı Operativ Qərargahdan AÇIQLAMA

Bir ilə yaxındır ki, Azərbaycanda koronavirus pandemiyasına görə toy və yas mərasimlərinin, eləcə də digər kütləvi insanların toplaşdığı yığıncaqların keçirilməsinə icazə verilmir.Toylara qoyulan qadağanın ölkədə demoqrafik problemlərə gətirib çıxaracağı ilə bağlı fikirlər səsləndiririlir. Məhz bun

8 fevral 2021
.

Qənirə Paşayeva məmurları tənqid edib

"Bu gün söz almağımın əsas səbəbi ötən iclaslarda hökumət qarşısında qaldırdığım məsələlərə nə yazılı, nə şifahi cavab almamağımdır". -ın xəbərinə görə, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva parlamentin bu gün keçirilən plenar iclasında deyib. Onun sözlərinə görə

8 iyun 2021
.

Ekspert: "SOCAR xaricdəki investisiyalarla ölkə iqtisadiyyatına əlavə dəyər yaradır"

"Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2019-cu il üçün maliyyə göstəricilərini müsbət qiymətləndirmək olar". Bunu "Report"a SOCAR-ın 2019-cu il üçün maliyyə hesabatını şərh edərkən enerji məsələləri üzrə ekspert, fəlsəfə doktoru Emin Axundzadə bildirib. Onun sözlərinə görə, ötə

30 iyun 2020