Şeyx Heydərin hakimliyi dövründə Səfəvilər Azərbaycan dövlətçiliyini inkişaf etdirə biləcək güclü siyasi qüvvəyə çevrildi

Şeyx Heydərin hakimliyi dövründə Səfəvilər Azərbaycan dövlətçiliyini inkişaf etdirə biləcək güclü siyasi qüvvəyə çevrildi560 il əvvəl, 1460-cı ildə, Ərdəbil hakimliyinin və Səfəvi təriqətinin başında Şeyx Heydər durdu. Onun 28 illik rəhbərliyi dövründə Ərdəbil hakimliyi xeyli möhkəmləndi, Səfəvilərin tərəfdarları qızılbaş adlanmağa başladı. Məhz Şeyx Heydərin hakimliyi dövründə Səfəvilər Azərbaycan dövlətçiliyini inkişaf etdirə biləcək güclü siyasi qüvvəyə çevrildi. Şeyx Heydərin oğlu I İsmayıl mərkəzləşdirilmiş Azərbaycan Səfəvilər dövlətini qurdu.

Atası öləndə hələ doğulmamış olan Şeyx Heydər dayısı Uzun Həsənin sarayında doğulub. 9 yaşında dayısı Uzun Həsən tərəfindən Ərdəbilə göndərilib, 1471-ci ildə dayısının Dəspinə xatundan doğulmuş qızı Aləmşah bəyim ilə evlənib. Uzun Həsənin qaraqoyunlular və Teymuri sultanı Əbu Səidlə mübarizəsində fəal iştirak edib.

Şirvanşah Fərrux Yasarla döyüşdə məğlub olan Şeyx Heydər elə öldüyü yerdə də dəfn olunub. Hər iki qoşun arasında döyüş Ruzbihan Fəzlullahın yazdığına görə Elbrus (Qafqaz) dağlarının ətəklərində gedib. V.F. Minoriskiyə görə Şeyx Heydər 9 iyul 1488-ci ildə baş vermiş vuruşmada məğlub olaraq döyüş meydanında qəhrəmancasına həlak olur və müridləri tərəfindən orada da dəfn olunur.

Şeyx indiki Xızı rayonunun Tıxlı kəndindən 3-4 km şimal-şərqdə, Beşbarmaq dağının arxasında dəfn olunmuş, Şah İsmayılın dövründə məzarı təmir edilərək üzərində türbə ucaldılmışdı. Bu türbə hazırda da həmin məkandadır. Başqa ehtimala görə, Şeyx Heydərin məzarı və türbəsi Dağıstanın Xiv rayonunun Tinit kəndindədir.

Onun məqbərəsi elə dəfn olunduğu Xızı rayonunun Tıxlı kəndində Beşbarmaq dağının arxasındadır. Türbə üzərində aşkar edilmiş daş lövhədəki üçsətirlik farsca kitabə süls elementli nəsx xətti ilə həkk olunub. Kitabənin birinci sətri iri, aydın nəsx xətti ilə, ikinci, üçüncü sətirdəki sözlər 5-6 cərgədə, yuxarı qaldırılaraq üst-üstə süls elementli xırda nəsx xətti ilə yazılıb. Kitabənin mətnində məlum olur ki, Səfəvi şeyxlərindən Şah İsmayıl Xətainın atası olan Şeyx Heydər "Şirvan dağlarından birində gizlicə dəfn olunub və onun məzarı uzun müddət gizli qalıb. Sonralar Qızılbaşların Şirvan ərazisinə yürüşləri zamanı Şah İsmayıl Səfəvi atası Şeyx Heydərin qəbrini axtarıb tapıb, üzərində türbə binası tikdirib orada müridləri tərəfindən Təkəli və Şıxlar kəndlərini saldırıb və məqbərəni müqəddəs ziyarətgah elan edib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 4076   Tarix: 12 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bakıda velosiped yollarına quraşdırılan baryerlər kimlərin qəzəbinə tuş gəlib? - FOTO

Bakının bəzi küçələrində salınan velosiped yollarında quraşdırılan baryerlərə ziyan vurulur. xəbər verir ki, artıq bir neçə müddətdir ki, şəhərin müxtəlif küçələrində velosiped zolaqlarının kənarına düzülən bu baryerlərin yerindən çıxarıldığı və bəzi yerlərdə hətta kənara atıldığı müşahidə olunur. Bə

26 aprel
.

"Kəpəz" hospitalında əməliyyat olunan yeniyetmə öldü

Bakıda özəl klinikada əməliyyat olunan yeniyetmə ölüb. -a istinadən xəbər verir ki, Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Xalid Səmədov hüquq-mühafizə orqanlarına şikayət ünvanlayıb. O, şikayətində 13 yaşlı oğlu Murad Səmədovun "Kəpəz" hospitalında ürəyindən əməliyyat olunduğunu və əməliyyatda

26 aprel
.

Bakıda 21 yaşlı model bədbəxt hadisədə öldü - Foto

Bakıda gənc qız dəm qazından boğulub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Nəsimi rayonu Moskva prospektindəki evdə yaşayan 2003-cü il təvəllüdlü Kamilə Həsənova dəm qazından boğularaq vəfat edib. Bildirilib ki, K.Həsənova aktrisa-model kimi də fəaliyyət göstərirmiş. O, həm də Moskv

26 aprel
.

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur (VİDEO)

Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib. Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqlarında toz və kir olduğunu qeyd edir. Onlar bu kimi halların xəstəlik mənbəyi olduğunu bildirərək məsələnin tezliklə həll edilməsini istəyiblər. Məsələ ilə bağl

26 aprel
.

Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT

Sumqayıt Dövlət Universitetinə (SDU) rektor müşaviri təyin olunub. Bu barədə -a Sumqayıt Şəhər İcra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, "Mercedes-Benz Consulting" şirkətinin süni intellekt üzrə baş məsləhətçisi, Berlin Texniki Universitetinin süni zəka üzrə doktorantı, Dövlət Proqram

26 aprel
.

Həcc ziyarəti ilə bağlı dünya zəvvarlarına müraciət edildi

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi zəvvarları saxta şirkətlərə inanmamağa çağırıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi məlumat yayıb. Bir sıra ölkələrdə sosial media saytlarının xidmətlərini reklam edərək, 1445/2024-cü il üçün Həcc mərasimlərini yerin

26 aprel
.

Sabunçuda qaçırılan 16 yaşlı qızın atası DANIŞDI: "Hər ikisinin təhsili yoxdur" - VİDEO

Bakıda qaçırılan 16 yaşlı qızın atası danışıb. -ın məlumatına görə, hadisə aprelin 17-si Bakının Sabunçu rayonunun Sabunçu qəsəbəsində baş verib. 16 yaşlı qız kredit ödənişi üçün evdən çıxıb və geri qayıtmayıb. Məlumata görə, o, özündən bir yaş böyük oğlana qoşulub qaçıb. Yeniyetmə qızın atası bildiri

27 aprel
.

Polisin "saxla" əmrinə tabe olmadı, hadisə yerindən qaçdı - VİDEO

Bakıda magistral yolda motosiklet sürücüsü Yol Patrul Xidmətinin "saxla" əmrinə tabe olmayıb. Bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Görüntülərdə YPX maşını motosiklet sürücüsünü saxlamağa cəhd etsə də sonuncunun hadisə yerindən qaçması öz əksini tapıb. Hadisə "Koroğlu" körpüsünü

26 aprel
.

Sabah 32 dərəcə isti olacaq

Aprelin 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-1

26 aprel