"Ermənilər Azərbaycan cəmiyyətində çaşqınlıq yaratmaq üçün müxtəlif hiyləgər üsullara baş vururlar"-Deputat

"Ermənilər Azərbaycan cəmiyyətində çaşqınlıq yaratmaq üçün müxtəlif hiyləgər üsullara baş vururlar"-DeputatXəbər verdiyimiz kimi iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar. Ermənistan tərəfinin törətdiyi təxribat nətıcəsındə Azərbaycan Ordusunun 4 hərbi qulluqçusu şəhid olub, 4-ü isə yaralanıb. Bu gün Ermənistan dövləti cəbhə ilə yanaşı sosial şəbəkələrdə təxribatlar törədir. Onlar Azərbaycan dilində saxta profillər açaraq guya şəhid sayının gizlədilməsi ilə bağlı yalan məlumatlar yayırlar. Onlar bizimlə heç bir əlaqəsi olmayan və köhnə foto, video yayaraq əhali arasında təşviş yaratmaq istəyirlər.

Bununla bağlı Sonxeber.az-a danışan deputat Ceyhun Məmmədov bildirib ki, bu gün ermənilər Azərbaycan cəmiyyətində çaşqınlıq yaratmaq üçün müxtəlif hiyləgər metodlardan istifadə edirlər: "Məqsədli şəkildə Azərbaycan tərəfinin itkilərinin çox olması barədə məlumatlar yayırlar. Bu cür məlumatları əsasən azərbaycanlıların adlarına yaratdıqları saxta profillər, əvvəldən hazırladıqları məlumatlar və videolar vasitəsilə edirlər. Əslində Müdafiə Nazirliyinin təqdim etdiyi videolardan da göründüyü kimi erməni tərəfinin itkiləri daha çoxdur, ancaq onlar bunun üstünü ört-basdır edir, gizlədirlər. Bu hücumlar nəticəsində erməni tərəfi çoxli itkilər verib. Ona görə hər birimiz itkilərlə bağlı məsələyə yanaşmada və paylaşımlarımızda diqqətli olmalıyıq. Əks halda ermənilərə öz məqsədlərinə çatmaqda kömək etmiş olacağıq. Bu isə yolverilməzdir. Ona görə hər birimiz diqqətli olmalıyıq. Döyüş bölgəsindən video və fotoların paylaşılmasından qəti çəkinməliyik. Müdafiə Nazirliyi uyğun gördüyü video və fotoları paylaşır. Dəfələrlə deyilməsinə baxmayaraq yenə bəzi vətəndaşlarımız tərəfindən müxtəlif videolar sosial şəbəkələrdə paylaşılır. Bu da ermənilərə kəşfiyyat üçün imkanlar yaradır.
Eyni zamanda dəqiqləşdirilməmiş heç bir məlumatı yaymaq olmaz. Hər kəs narahatdır. Yeni xəbər axtarışındadır. Bu məqsədlə düşmən ölkənin xəbər saytlarına müraciət edənlər də var. Düşmən tərəf bunu gözəl bilir və bir sıra hallarda ictimai rəyi çaşdırmağa çalışır. Görünən odur ki, erməni tərəf ictimaiyyətə düzgün məlumatlar təqdim etmir, əksinə çaşqınlıq yaradacaq məlumatlardan geniş istifadə edirlər".

Deputat qeyd edib ki, hər kəs sosial şəbəkələrdə paylaşımlarında diqqətli olmalıyıq: "Bu gün yuxarıda qeyd etdiyimiz kimi, ermənilər sosial şəbəkələrdə Azərbaycan adları ilə yanlış xəbərlər yayırlar. İctimai rəyi çaşdırmağa, vətəndaşlar arasında nifaq salmağa çalışırlar. Bəzən bilməyərəkdən bizim vətəndaşlar da həmin xəbərləri tirajlayırlar ki, bu da əlavə problemlər yaradır. Nəzər almalıyıq ki, sosial şəbəkələrimiz ermənilər tərəfindən ciddi izlənilir və təhlil edilir. Buna uyğun strategiya və yanaşma formalaşdırılır. Paylaşımlarımızda bu amili mütləq nəzərə almalıyıq. Ən vacib məsələlərdən biri də birlik və həmrəyliyimizi qorumaqdır. Hamının fikri ümumi problemimizə yönəlməlidir. Hadisələrin gedişindən qrup və partiya maraqları üçün istifadə edilməsi yol verilməzdir. Bu birliyi və həmrəyliyi poza biləcək paylaşımlardan hər birimzi çəkinməliyik. Çünki burada əsas məqsəd bu birlik və həmrəyliyi pozmaqdır".

Aysel Yusifqızı


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1798   Tarix: 14 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18 sentyabr 2021
.

Vaksinasiyadan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırıldı

Fransada koronavirusa qarşı peyvənd olunmaqdan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırılıb. -a istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Olivye Veran bildirib. Onun sözlərinə görə, müvafiq tədbir müvəqqəti xarakter daşıyır. Belə ki, qeyd olunan əməkdaşların çoxu artı

17 sentyabr 2021
.

"Yaralanmışam, pensiya ala bilmirəm" - Müharibədə iştirak edən futbolçu

Vətən müharibəsi qazisi, "Kəpəz" klubunun sabiq futbolçusu, 1998-ci il təvəllüdlü Talib Rzayev müharibədə yaralanmağına baxmayaraq, ona hələ də əlillik dərəcəsinin təyin edilməməsindən narazıdır. Bu barədə "Qafqazinfo"ya müraciət edən T. Rzayev bildirib ki, 2019-cu ildə əsgərliy

17 sentyabr 2021
.

TƏBİB-ə yeni səlahiyyət verildi

Doğumun qeydə alınması qaydası dəyişib. Bu haqda məlumat Baş nazir Əli Əsədovun imzaladığı "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"da öz əksini tapıb. Dəyişikliyə əsasən, doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri

17 sentyabr 2021
.

Tovuza dolu düşüb - VİDEO

Tovuzun dağ kəndlərinə leysan yağıb, qısa müddətli dolu düşüb. APA-ya istinadən xəbər verir ki, bu gün rayonun Kirən, Əhmədabad, Əsrik Cırdaxan və Yanıqlı kəndlərinə dolu düşüb. Bəzi kəndlərdə isə yağışdan sonra sel gəlib. Təsərrüfata ciddi ziyan dəymədiyi bildirilir. Hazırda qərb rayonlarında yağıntıl

17 sentyabr 2021
.

Prezident Xalq artistinə mənzil verdi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində

17 sentyabr 2021
.

ABŞ-da azərbaycanlı yüzlərlə insanın həyatını xilas etdi, polis onu mükafatlandırdı - VİDEO

ABŞ-ın Kaliforniya ştatında yaşayan azərbaycanlı Fərrux Məmmədov Kempbell Şəhər Polis İdarəsi tərəfindən xüsusi mükafat ilə təltif olunub. Ölkənin yerli "ABC7" telekanalı ABŞ polisinin qəhrəman adlandırdığı azərbaycanlı haqqında süjet hazırlayıb. Xəbər cinayətkarın hazırladığı terror planında

18 sentyabr 2021
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18 sentyabr 2021
.

Rayonlara dolu düşüb, şimşək çaxıb

Azərbaycanda faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sentyabrın 17-si saat 16.00-a olan məlumatına əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Zaqatala, Tovuz, İsmayıllıd

17 sentyabr 2021