Karantin rejimini pozan şəxslərdən narkotik aşkar edildi -FOTO
Karantin rejimini pozan şəxslərdən narkotik vasitə aşkar edilib.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Sonxeber.az-a verilən məlumata görə, Sumqayıt şəhər sakinləri olan Ədalət Aşurov və Ramin Mirzəliyev sonuncuya məxsus "Renault" markalı nəqliyyat vasitəsi ilə Qusar-Xaçmaz istiqamətində hərəkət edən zaman xüsusi karantin rejimi ilə əlaqədar olaraq Xaçmaz rayonu Xudat şəhəri ərazisində quraşdırılmış müvəqqəti stasionar postda Xaçmaz RPŞ-nin Xudat Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıblar. Məlum olub ki, həmin şəxslər heç bir icazələri olmadan Xudat şəhərinə istirahət etmək məqsədi ilə gəlmək istəyiblər.
Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərkən hər iki şəxs özlərini şübhəli apardıqları üçün onların üzərilərinə və nəqliyyat vasitəsinə baxış keçirilib. Bu zaman hər iki şəxsdən narkotik maddə olan heroin aşkarlanaraq götürülüb.
Dindirilmə zamanı Ədalət Aşurov və Ramin Mirzəliyev narkotik maddə istifadəçisi olduqlarını və həmin narkotiklərin onlara məxsus olduğunu etiraf ediblər.
Faktla bağlı araşdırma aparılır.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 775 Tarix: 14 iyul 2020
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaşİntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Aprelin 24-də özünə qəsd edən respublikanın sabiq baş pediatrı bu gün dəfn olunacaq. -ın əldə etdiyi məlumata əsasən, Nəsib Quliyev Abşeron rayonunun Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılacaq. Qeyd edək ki, Nəsib Quliyev Görədildə yaşadığı mənzildə özünə ov tüfəngi ilə atəş açara
25 aprelİkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO
İkinci əl məhsullar, adətən, ucuz olduğundan vətəndaşların onlara marağı da yüksək olur. Ancaq bəzən bu məhsullar alındıqdan bir müddət sonra oğurluq olduğu ortaya çıxır. Bu barədə ARB TV-nin süjetində deyilir. Qeyd olunan məsələ ilə bağlı fikrini bildirən hüquqşünas Fərhad Mehdiyevin sözlərinə görə
25 aprelLənkəranda baş verən qəzada müəllim xəsarət alıb - FOTO
Lənkəranda yol qəzası baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə Lənkəran-Boradigah-Masallı magistralında, Lənkəran rayonunun Girdəni kəndi ərazisində qeydə alınıb. Masallı rayon Həsənli kənd sakini 1960-cı il təvəllüdlü Məhəmmədhüseyn Hüseyn oğlu Fərəcovun idarə etdiyi "Mercedes" markalı
25 aprelAlimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib
Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda bildirilib ki, "Abad Şəmkir" MMC və Sahibkarlığın İnkişafı Fonduna dəymiş ziyandan 185 min manat ödənilib. Qeyd edili
24 aprelElmira Süleymanova dəfn olundu
Azərbaycanın İnsan Hüquqları üzrə sabiq müvəkkili (Ombudsman) Elmira Süleymanova dəfn edilib. xəbər verir ki, mərhumun nəşi II Fəxri xiyabanda torpağa tapşırılıb
25 aprelMillət vəkilinə ağır itki
Milli Məclisinin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanova ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, millət vəkilininin qardaşı Vaqif Əmiraslanov vəfat edib. Qeyd edək ki, Vaqif Əmiraslanov Bakı Humanitar Kollecinin sabiq direktoru olub
25 aprelMübariz Qurbanlının ailəsinə ağır itki
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri, YAP-ın İdarə Heyətinin üzvü Mübariz Qurbanlıya ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, keçmiş komitə sədrinin bacısı Zərəngiz xanım dünyasını dəyişib. Onun xəstəlik səbəbindən vəfat etdiyi bildirilib. Qeyd edək ki, bir çox tanınmı
25 aprel