"Ordumuzun generalı da, zabiti də əsgərlərlə ön cəbhədədir"-DEPUTAT

"Ordumuzun generalı da, zabiti də əsgərlərlə ön cəbhədədir"-DEPUTAT"Düşmənin üzərində qələbəyə nail olmaq üçün hamı səbrli davranmalı, təxribatlara imkan verməməli, orduya öz haqq işinin görməsinə mənəvi dəstək göstərməli, dövlətin yanında olmalı və Ali Baş Komandanın əmrini gözləməlidir"

Bunu Sonxeber.az-a açıqlamasında deputat Azər Badamov ötən gecə Bakıda "Qarabağ", "Orduya" dəstək şüarı ilə keçirilən yürüşdən danışarkən deyib:

"Ordumuz düşmənlə üz-üzə dayanıb qəhrəmancasına vuruşur. Nəinki sərəhəddə, hətta düşmənin dərinliklərdə yerləşən dayaq nöqtələrini ordumuzun peşəkar fəaliyyətilə məhv edilir. Düşmənə kifayət qədər ağır zərbələr endirilir. Ordumuzun generalı da, zabiti də əsgərlə ön cəbhədədir. Şəhidlərimizi xalqımız böyük coşqu ilə son mənzilinə yola salınır, xalqımız isə ordumuza öz dəstəyini ifadə edir. İyunun 14-də küçələrə axışaraq xalq orduya dəstək olduqlarını, torpaqlarımızı işğaldan azad olunmasına səfərbər olunmağa hazır olduqlarını ifadə etməklə Ali Baş Komandanın yanında olduqlarını bildirməklə dövlət-xalq birliyini nümayiş etdirdilər.
Amma çox təəssüf ki, düşmənə xidmət edən 5 kolunun bir qrup nümayəndəsi yürüşün istiqamətini dəyişməklə Milli Məclisin binasına daxil olmaqla dövlət çevrilişinə cəhd etməyə çalışdı".

Deputat həmçinin bildirib ki, həmin insanlar polis əməkdaşlarına zor tətbiq edərək parlament binasının qapısını sındıraraq insanları yanlış yola aparmağa çalışıblar:

"Milli Məclisin inzibati binasına kifayət qədər maddi ziyan vurmaqla haray- həşir qopardaraq içəri daxil olan insanların niyyəti əslində məlum idi. Belə ünsürləri nə torpaq, nə vətən və nə də şəhid düşündürmür. Onların öz məqsədləri var.
Bu məqsəd ölkəni daxildən zəiflətmək və parçalamaqla düşmən dəyirmanına su tökməkdir. Onu da qeyd edim ki, bu gün 90-cı illərin əvvəli deyil. Bu gün həm xalqın dünya görüşü artmışdır, həm xalq və dövlətə xəyanət edənləri müəyyənləşdirmək üçün texniki imkanlar genişdir. Artıq araşdırma istintaq işlərinə başlanılıb. Düşünürəm cinayətkarlar və onlara tapşırıq verənlər tez bir zamanda müəyyənləşəcək və qanunun ən ağır cəzası ilə cəzalandıracaqlar".

Şəlalə Babayeva


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1992   Tarix: 15 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Səs Avropa Eşitmə Mərkəzi" məhkəməyə verildi

"Səs Avropa Eşitmə Mərkəzi Gəncə" MMC məhkəməyə verilib. -ın xəbərinə görə, MMC ilə bağlı Gəncə Kommersiya Məhkəməsinə müraciəti "Billur elm istehsalat" şirkəti edib. Mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr olan iş hakim Gülnaz Quliyevanın icraatındadır

29 aprel
.

Sərhəddə yaşayan ermənilərə XƏBƏRDARLIQ

Ermənistanın Azərbaycanla sərhəddə yerləşən Tavuş bölgəsinin Berkaber kəndindən 1540 metr şimal-şərqdə partlayış işləri aparılacağına dair yerli sakinlərə xəbərdarlıq edilib. Ermənistanın Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, partlayış 08:10-dan 08:40-dək olan vaxt aralığında baş verəcək. Sakinlərdə

29 aprel
.

Vətən müharibəsində itkin düşən altı hərbçiyə şəhid statusu verilib - FOTO

"Bilirsiniz ki, Üçtərəfli Bəyanat imzalandıqdan dərhal sonra hər iki tərəfin aidiyyəti dövlət qurumları tərəfindən Rusiya sülhməramlı kontingentinin və Beynəlxalq Qızıl Xaç Komitəsinin də iştirakı ilə ərazidə çox ciddi axtarış-araşdırma işləri həyata keçirildi". xəbər verir ki, bunu APA-y

29 aprel
.

Prezident İlham Əliyevlə Antoni Blinken arasında telefon danışığı olub

Aprelin 28-də ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. AZƏRTAC xəbər verir ki, Antoni Blinken ilk növbədə Ermənistan ilə Azərbaycan arasında sərhədlərin delimitasiyası sahəsində əldə olunmuş razılaşma ilə bağlı təbriklərini çatdırıb, bunun ABŞ tərəfində

28 aprel
.

Sarvan Cəfərov: "COP29-a ev sahibliyinin aqrar və ekoloji siyasətdə mühüm rolu olacaq"

Azərbaycanın bu il Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi ölkədə aqrar və ekoloji siyasətin qabaqcıl beynəlxalq təcrübəyə, texnoloji mübadilə və innovasiyalara uyğunlaşdırılmasında mühü

28 aprel
.

Tanınmış teleaparıcı Aytən Səfərova evə buraxılıb

Tanınmış teleaparıcı Aytən Səfərova xəstəxanadan evə buraxılıb. -ın əldə etdiyi məlumata görə, aparıcı ötən həftə xəstəxanadan çıxıb. Xatırladaq ki, aprelin 17-si saat 7 radələrində Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi "Hyundai ix-35"

29 aprel
.

Həftənin ilk iş gününün HAVA PROQNOZU

Aprelin 29-na gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gecə 13-18 dərəcə isti, gündüz 25-30 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civ

28 aprel
.

Sürücü siqaret çəkərkən avtobus İDARƏ ETDİ: Qadın açıq qapıdan yıxılaraq ÖLDÜ - VİDEO

Türkiyədə ağlasığmaz hadisə baş verib. türk mediasına istinadən xəbər verir ki, Adanada qadın avtbusda gediş haqqını ödəməyə qalxarkən açıq qalan qapıdan yıxılıb. Əldə edilən məlumatlara görə, hadisə günorta saatlarında baş verib. Belə ki, sürücü siqaret çəkərkən avtobusu qapısı açıq halda idarə edib

29 aprel
.

Britaniya deputatları Sunakı vəzifəsindən uzaqlaşdıra bilər

Böyük Britaniyanın hakim Mühafizəkarlar Partiyasının bir neçə deputatı mayın 2-də bələdiyyə, yerli və regional hakimiyyət orqanlarına seçkilər keçirildikdən sonra Baş nazir Rişi Sunakı vəzifəsindən uzaqlaşdırmaq niyyətindədir. "Report" xəbər verir ki, bu barədə "Financial Times" nəşr

28 aprel