"İbrahim Borçalı oğlunun nəşini Bakıya gətirə bilmədi"
Xəbər verdiyimiz kimi, müğənni İbrahim Borçalının oğlu Rəhim ötən gün avtomobil qəzasında dünyasını dəyişib.
Sənətçi Gürcüstanda ölən oğlunun nəşini Bakıya gətirə bilməyib. Bu haqda şairə Nazilə Səfərli xəbər verib. O bildirib ki, İbrahimin həyat yoldaşı Zöhrə hələ də övladının öldüyünü bilmir:
"İbrahim Borçalı oğlunun nəşini Bakıya gətirə bilmədi. Uzun danışıqlardan sonra İbrahim, xanımı Zöhrə və qayınatası nəhayət ki, Gürcüstana keçə bildi. Qızı isə təəssüf ki, Bakıda qalmalı oldu. Bacının qardaşın vidasına gedə bilmədiyi dövrə gəldik. Nə ağır il oldu bu il. Ən pisi odur ki, Zöhrə yazıq hələ də bilmir oğlu rəhmətə gedib.
Sərhəddə xəyal qururmuş ki, mən karantində olana qədər oğlum komadan ayılar. İndilərdə evlərinə çatmış olarlar. Bilmirəm, ona niyə yalan dedik. Həqiqəti bilsəydi, bu uzun yolu onu aparmaq mümkün olmayacaqdı.
Oğlunu tabutda görüb necə tab gətirəcək... Heç bir ata-ana bu acını yaşamasın. Nə ağır dərtdir".(axşam.az)
Qeyd edək ki, ağır avtomobil qəzası keçirən Rəhim yerindəcə dünyasını dəyişib. Türkiyədə təhsil alan gənc uzun müddətdir Gürcüstanda imiş.
Sonxeber.az
Telegramda izləyin
instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşAygün Kazımova da orduya yazıldı - FOTO
Xalq artisti Aygün Kazımova da Hərbi Komisarlığa yollanaraq qeydiyyatdan keçib. axşam.az-a istinadən bildirir ki, müğənni cəbhədə vuruşmaq istəyən könüllülər siyahısına daxil olub. Kazımova ilə birlikdə aparıcı Hacı Nuran Hüseynov da olub. Hazırda yeni layihəsi ilə bağlı Qəbələdə olan müğənni çəkilişlər
18 iyul 2020Tanınmış müğənninin oğlu avtomobil qəzasında öldü - FOTO
Tanınmış müğənni İbrahim Borçalının ailəsində dəhşət yaşanıb. -a istinadən xəbər verir ki, ifaçının gənc oğlu avtoqəzada həyatını itirib. Bu barədə şairə Nazilə Səfərli instaqramda məlumat yayıb. Hadisə Bakıya qayıdarkən Gürcüstanın Marneuli rayonunun Şulaveri kəndində baş verib. Qeyd edək ki, müğənnini
18 iyul 2020Nazilənin ailəsindən üç nəfər orduya yazıldı: "Azərbaycan bütöv olmalıdır"
Şairə, aparıcı Nazilə Səfərlinin də ailəsindən könüllü olaraq hərbi xidmətdə olmaq üçün qeydiyyatdan keçənlər var. xəbər verir ki, Nazilə bu barədə instaqram hesabında paylaşım edib. O, bildirib ki, ailəsindən üç nəfər orduya yazılıb:. "Bizim ailədən üç nəfər qeydiyyatdan keçib. Orduya yazıldıq
17 iyul 2020"Hazırıq düşmən qanını tökməyə" - O da orduya yazıldı - FOTO
"Prezidentimizin göstərişi ilə və eləcədə öz istəyimlə Xətai Rayonunda səfərbərlikdən keçdim". xəbər verir ki, bu sözləri reper Qurd sosial şəbəkə hesabında yazıb. O fikirlərini belə ifadə edib:. "Hazırıq müharibə elan edilən kimi düşmən qanını tökməyə
17 iyul 2020Bakıdakı yürüşə Xatirə İslam da qoşulub
Xəbər verdiyimiz kimi dünən gecə saatlarında Bakı sakinləri Şəhidlər Xiyabanının yanında toplaşaraq dövlətə və orduya dəstək şüarları səsləndirib. xəbər verir ki, yürüşə müğənni xatirə İslam da qoşulub. Müğənni bu barədə instaqram hesabında video paylaşıb. O, videonu paylaşaraq "Şəhidlərin xatirəsin
15 iyul 2020"Döyüşməyə hazıram..." - İlkin Misgərli
Aktyor İlkin Misgərli sosial mediadakı paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, aktyor generalımızın şəhid olma xəbərinə sərt reaksiya göstərib. Belə ki, o, Müdafiə Naziri Zakir Həsənovun fotosunu paylaşaraq: " Buyurun cənab nazir, generalımızı vururlar əsgərnən işləri yoxdur. And olsun Allah
14 iyul 2020