Yürüş gecəsi ilə bağlı daha bir qrup şəxs həbs olundu -VİDEO
İyulun 14-dən 15-nə keçən gecə Milli Məclisin binasına daxil olan şəxslərdən daha bir neçəsi müəyyən edilib.
Sonxeber.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb. Həmin məlumatı təqdim edirik:
"Məlum olduğu kimi, iyulun 14-dən 15-nə keçən gecə Bakı şəhərində Azərbaycan Ordusuna dəstək məqsədilə dinc və vətənpərvər ruhda keçən yürüşün sonunda bir qrup şəxs tərəfindən ictimai qaydanın kobud surətdə pozulması hallarına yol verilib. Həmin şəxslər Milli Məclisin inzibati binasının qapı-pəncərələrini sındıraraq içəriyə daxil olublar, aksiyanın təhlükəsizliyini təmin edən polis əməkdaşlarına müqavimət göstərməklə zor tətbiq ediblər.
Nəticədə bir neçə polis əməkdaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib, xidməti avtomobillərlə yanaşı, mülki nəqliyyat vasitələrinə də ciddi ziyan vurulub. Polis əməkdaşları tərəfindən dəfələrlə edilən xəbərdarlıqlara məhəl qoyulmadığından, eləcə də vəziyyətin daha da gərginləşməsinin qarşısının alınması üçün görülən operativ tədbirlərlə ictimai asayiş bərpa edilib.
Fakt üzrə başlayan əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri nəticəsində qanunsuz hərəkətlər törətməkdə şübhəli bilinən şəxslərdən daha bir qrupunun şəxsiyyəti müəyyən edilərək saxlanılıblar. Onlar şübhəli şəxs qisimində istintaqa cəlb edilib və barələrində Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanılaraq məhkəmənin müvafiq qərarları ilə həbs olunublar.
Hazırda qanunsuz hərəkətlərə yol verən şəxslər ətrafında əməliyyat-axtarış, əməliyyat istintaq tədbirləri davam etdirilir".
Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 2493 Tarix: 23 iyul 2020
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Binanın damında 13 yaşlı qıza əxlaqsızlıq edən gəncə - 2 il həbs!
Gəncədə yetkinlik yaşına çatmayan qızla intim münasibətdə olan 2005-ci il təvəllüdlü Ş.Məmmədov (şərti) cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Gəncə Şəhər Məhkəməsi 20 yaşlı gənci Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma
1 dekabrRamiz Mehdiyev vəkilindən imtina etdi - "Boz kardinal" nə düşünür?
İttiham olunduğu xüsusilə ağır cinayətlərlə bağlı ev dustaqlığında saxlanılan Ramiz Mehdiyev dövlət hesabına təyin edilmiş vəkildən imtina edib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, "boz kardinal" bu qərarı şəxsi istəyi ilə verib. Ramiz Mehdiyev müdafiəsinin özünün seçdiyi vəkillə
24 noyabrAzyaşlıya qarşı bir neçə dəfə əxlaqsızlıq edibmiş - 17 il iş aldı
Sabirabadda azyaşlıya qarşı əxlaqsız hərəkətlər edən 64 yaşlı Mərdan Hüseynovun məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub. Təqsirləndirilən şəxs məhkəmədə əməlini etiraf edib. Bildirib ki, həmin
19 noyabrNaxçıvanda uşaq oğrusu peyda olub? - RƏSMİ AÇIQLAMA
Ötən gün sosial şəbəkələrdə Naxçıvanda "uşaq oğrusunun peyda olması" ilə bağlı yayılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb. -a Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, araşdırmalarla görüntünü sosial şəbəkələrdə yaya
8 dekabrRusiyada tutulan azərbaycanlı ölkəyə gətirildi
Beynəlxalq axtarışa verilmiş Azərbaycan vətəndaşı Əkbər Xəlilov Tariyel oğlu Rusiyadan ölkəmizə ekstradisiya edilib. xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Bildirilib ki, Baş Prokurorluğun vəsatəti əsasında Rusiya Baş Prokurorluğu tərəfindən "Mülki, ailə və cinayət işləri üzr
17 noyabr"Oğlum hələ uşaq idi, meyiti yox etməli idik..." - Tanınmış həkimin qızı
Yeniyetmə oğlunun atasını öldürdüyünü istintaqdan gizlədən ana cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, 39 yaşlı Mətanət Hüseynova xüsusilə ağır cinayəti bilib gizlətmə ittihamı ilə hakim qarşısına çıxarılıb. Bu hadisə elə ötən ilin bu ayı baş verib. Mətanə
4 dekabrGeneralın oğlu və komitənin daha iki əməkdaşı həbs olundu (YENİLƏNİB)
Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Gömrük Baş İdarəsinin əməkdaşları Heydər Eyvazov və Tamerlan Axundzadə saxlanılıb. APA-nın əldə etdiyi məlumata görə, onlar barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Onlara 206.4. (Qaçaqmalçılıq, mütəşəkkil dəstə tərəfində
11 dekabrİtkin balıqçıların axtarışına helikopter göndərildi
Astarada itkin düşən balıqçıların axtarışına helikopter cəlb edilib. "Qafqazinfo" xəbər verir ki, dekabrın-da saat 08-də balıq tutmaq məqsədi ilə Xəzər dənizinə çıxan və itkin düşmüş hesab edilən balıqçılar Turan Həsənov və Ağadədə Həsənovun axtarışları davam etdirilir. Artıq FHN-nə məxsu
11 dekabr