"Həyat yoldaşlarımdan qalan əmlakı satıb uşaqlarımı oxutdurdum"

"Həyat yoldaşlarımdan qalan əmlakı satıb uşaqlarımı oxutdurdum""Milyonçu deyiləm. Boşanmış, uşaqlı qadınam. Hazırda maaşlı işə düzəlmişəm, çünki heç bir yerdən gəlirim yoxdur. "Day-dayım" və ya sevgilim də həmçinin. Haqqımda danışılan söhbətlərin mənimlə heç bir əlaqəsi yoxdur. Buna əmin ola bilərsiniz".

Sonxeber.az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial şəbəkədə yazıb. Sənətçi yardım üçün ona müraciət edənlərə cavab verib:

"Keçmiş həyat yoldaşlarımdan aliment filan da almıram. Üçotaqlı evdə yaşayıram və 2013-cü ildə alınan avtomobil idarə edirəm. Həyat yoldaşlarımdan qalan əmlakı satıb uşaqlarıma xarici məktəb və universitetlərdə təhsil vermişəm (hazırda davam edir). Bunu etdiyimə görə özümə ayrıca hörmətim var. Heç bir müəmmallı gəlirim falan da yoxdur.

Uzun illər məşhur restoranlarla çalışmışam, reklam, ictimaiyyətlə əlaqələr, gecələrin və açılışların təşkilat işləri ilə məşğul olmuşam. Bilirsiniz ki, Fevraldan işlərimiz dayanıb. Buna baxmayaraq mütəmadi və uzun illər yardım etdiyim ailələr var.

Xahiş edirəm, mənə yazıb böyük məbləğdə yardımlar istəməyin. Məmur, bizneswoman, oliqarx deyiləm. Bacardığım qədər yardım edirəm. Hər gün ən az 10-15 nəfər məndən yardım istəyir. 18 yaşımdan reklamsız yardımlar etmişəm.

Sonuncu dəfə aksiya keçirdik, qarşılaşdığım problemləri gördünüz. Bundan sonra yardım aksiyası keçirməyə çəkinirəm, hətta qorxuram da. Sadəcə, tanıdığım ailələrə yardım etməyə imkanım daxilində davam edəcəm".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şou-biznes   Baxılıb: 3816   Tarix: 02 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Cavanşir Məmmədovun son sözü bu olub - 3 dəfə deyib keçindi - VİDEO

Cavanşir Məmmədovun ölümü ilə bağlı şok detallar məlum olub. Ölkə.az bildirir ki, bu barədə ATV kanalında yayımlanan "Bizimləsən" verilişinin canlı yayımında açıqlama verilib. Müğənni Firuzə İbadova bildirib ki, həmin vaxt ona zəng gəlib. "Ona kimsə zəng edib. Telefon əlindən düşüb. Deyi

24 aprel
.

Türkiyəli fenomen duet oxuduğu azərbaycanəsilli reperlə məhkəməlik oldu

Son vaxtlar mahnıları ilə gündəmə gələn türkiyəli sosial media fenomeni Berkcan Güven Azərbaycan əsilli rusiyalı reper Əlizadəni məhkəməyə verib. Türkiyə KİV-ə istinadən xəbər verir ki, B. Güven bu barədə qatıldığı "Ebo Show" adlı proqramda açıqlama verib. Belə ki, verilişin aparıcısı İbrahi

17 aprel
.

"Xəstəxanada olarkən halallaşmışdıq" - Elgiz ağladı

"Biz Cavanşir Məmmədovla eynik vaxtda koronavirusa yoluxmuşduq. Pandemiyanın ən kritik vaxtında xəstələnmişdik, ikimiz də xəstəxanaya düşdük. Həmin ərəfədə xəstəxanalarda yer də yox idi. Cavanşir müəllim Fatmayı tərəfdə xətəxanada idi, çox uzağa düşmüşdü. Mən isə Musa Nağıyeva adına xəstəxanad

21 aprel
.

Lalədən qalmaqal yaşadığı Cavanşir Məmmədovla bağlı GÖRÜN NƏ PAYLAŞDI- FOTO

Aparıcı Lalə Azərtaş qalmaqal yaşadığı mərhum Əməkdar artist Cavanşir Məmmədovla bağlı paylaşım edib. OLAY yazır ki, o, instaqramın hekayə bölməsində müğənninin ölüm xəbərini paylaşaraq "Allah rəhmət etsin", - deyə, bildirib. Qeyd edək ki, bir müddət öncə C. Məmmədovla Azərtaş arasında gərgi

21 aprel
.

Mərdanla Nəzrinin toyuna kimlər gəldi? - Fotolar

Xəbər verdiyimiz kimi, Xalq artisti Mələkxanım Eyubovanın qızı Nəzrinin müğənni Mərdan Kazımovla toyu olub. Axşam.az-ın məlumatına görə, şəhər restoranlarından birində keçirilən məclisə sənət aləminin tanınmış simaları qatılıblar. Gecədə yer alanlar arasında Xalq artistləri Alim Qasımov, Mənsum İbrahimov

23 aprel
.

Talıb Talenin toyu olacaq - VİDEO

Müğənni Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə həyatı quracağını açıqlayıb. xəbər verir ki, müğənni bu barədə ATV-də yayımlanan verilişlərdən birində deyib. O, həyatındakı xanımla hər şeyin yolunda getdiyini, onunla xoşbəxt olduğunu deyib. "Həyatımda olan xanımla aramızda 15 yaş fərq var

26 aprel
.

Toyu bu xəbərlə açdı

Aparıcı Könül Muxtarova aparıcılıq etdiyi toy məclisini Qazaxın dörd kəndinin işğaldan azad edilməsi xəbəriylə açıb. OLAY yazır ki, o, gecədə qonaqları salamladıqdan sonra bunları söyləyib:. "Şad xəbəri sizə çatdırmaq, sizinlə bölüşmək istəyirəm. Bir neçə dəqiqə bundan öncə aldığımız məlumata görə

19 aprel
.

"Cavanşir Məmmədov o qadını Allaha həvalə etdi"

Aparıcı Sərxan Kərəmoğlunun mərhum Əməkdar artist Cavanşir Məmmədovla bağlı paylaşımı diqqət çəkib. Axşam.az xəbər verir ki, aparıcı sənətçinin bir qadın tərəfindən haqsızlığa uğradığını yazıb. O, həmin şəxsin adını açıqlamayıb. "Bir ay öncə mənə təşəkkür etdi. Bir qadın var, onu Allaha həvalə etdi

21 aprel
.

Röya Ayxan ailə quracaq - Toya hazırlaşır - VİDEO

Xalq artisti Röya Ayxan açıqlaması ilə hər kəsi təəccübləndirib. xəbər verir ki, "PrimeTime Elvin Elxanla" yutub layihəsinə danışan ifaçı ailə quracağını bildirib. Röyanın toyu yay aylarında baş tutacaq:. "Ərə gedirəm. Bu yay aylarına təsədüf edəcək. Özüm də demişəm ki, edəcəksən təklifi

18 aprel