Azərbaycanda sel gəldi: 19 əsrlik abidə üzə çıxdı - FOTO/VİDEO
Bir neçə gün öncə yağan güclü yağış nəticəsində yaranan sel suları Şamaxı rayonu Quşçu kəndi ərazisində antik dövrə aid nekropolun aşkar olunmasına səbəb olub.
Bu barədə Oxu.Az-a Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli məlumat verib.
Onun sözlərinə görə, sel suları kənd sakini Namiq Mustafayevə məxsus həyətyanı sahədə qədim qəbirlərin üzərini açıb:
"Kənd sakini bu barədə bildirib. Bununla əlaqədar AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Şamaxı Arxeoloji Ekspedisiyasının rəisi Akif Quliyev və rayon üzrə abidə mühafizəçisi Yasin Nuriyev əraziyə baxış keçiriblər. Baxış zamanı məlum olub ki, sel suları nəticəsində vətəndaşa məxsus həyətyanı sahənin yamac hissəsində doqquz qəbir üzə çıxıb.
Torpaq qəbirlərin üzəri iri sal daşlarla bağlanıbmış. Qəbirlər torpaq səthindən 1,5-1,8 metr dərinlikdə yerləşir".
F.Hüseynli qeyd edib ki, ərazidə aparılan araşdırmalar nəticəsində 10 ədəd müxtəlif ölçülü və biçimli saxsı məmulatlar, saxsıdan olan fiqurlar - bütlər, qrifon, heyvan fiqurları (at, qoç), metal pullar aşkar olunub:
"Tapıntılar arasında quş başlı insan fiqurlar böyük maraq doğurur. Bu tip qrifonlar Qədim Misirdə müdriklik və elm ilahəsi Totu səciyələndirirdi. Qəbir kamerasından aşkar edilmiş numizmatika materialları nekropolun b.e. I əsrinə aid olduğunu təsdiqləyir. Abidədə aparılacaq arxeoloji tədqiqat işləri bir çox mətləblərə aydınlıq gətirəcək".
F.Hüseynli vurğulayıb ki, Şamaxı rayonunun Quşçu kəndi Antik və İlk Orta əsrlər dövrlərinə aid abidələrlə zəngindir. Vaxtı ilə burada Qalacıq yaşayış yeri, Antik və İlk Orta əsrlər dövrünə aid nekropollarda geniş miqyaslı arxeoloji tədqiqat işləri aparılıb.







Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Boşandılar… - Teatrdan da getdi
Azərbaycan Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadə ilə rejissor xanımı Səidə Haqverdiyeva boşanıb. Axşam.az xəbər verir ki, bu haqda Səidə məlumat yayıb. "Artıq Rəşad Əhmədzadə ilə nikahıma xitam verildi. İndi isə əziz teatrımla yollarımı ayırdım və işimdən getdim. Məni 10 illik ailəmi
14 dekabrVan Qoqun iki əsəri satış rekordu qırdı - Fotolar
Nyu-Yorkdakı "Sotheby’s" hərracında niderlandlı dahi rəssam Vinsent van Qoqun "Paris romanları" (1887) əsəri 62,7 milyon dollara satılaraq, rəssamın Paris dövrü işləri üçün yeni rekord müəyyən edib. "Qafqazinfo" xəbər verir ki, ilkin qiymət proqnozu 40 milyon dollar ols
22 noyabrOperada yaş qalmaqalı: "Leyli"dən narazılara cavab
Xalq artisti Mənsum İbrahimov və Nəzakət Teymurovanın "Leyli və Məcnun" tamaşasında baş rol alması yenidən sosial şəbəkə izləyiciləri tərəfindən narazılıqla qarşılanıb. İzləyicilər adıgedən obrazın hər iki sənətkarın yaşına uyğun gəlmədiyini bildirib. Tamaşa 2026-cı ilin yanvar ayının 12-d
11 dekabrƏməkdar artistin dəfn yeri məlum oldu
Əməkdar artist Vahid Əliyev Badamdar qəbiristanlığında dəfn ediləcək. xəbər verir ki, bu barədə -a mərhumun oğlu Ramin Əliyev məlumat verib. O bildirib ki, Vahid Əliyevlə vida mərasimi sabah saat 13:00-da yaşadığı General Əliağa Şıxlinski küçəsi, 25 ünvanında keçiriləcək
6 noyabrNatiq Fərzəliyev balaca boyluların teatrını yaratdı - Azərbaycanda ilk
Azərbaycanda yeni teatr yaradılıb. "Bakı Karlik" adlanan bu teatrda balaca boylu aktyorlar cəmləşib. Teatrın direktoru aktyor Natiq Fərzəliyevdir. Direktor Qaynarinfo-ya bildirib ki, teatrda ilk olaraq "Bir gecənin nağılı" adlı tamaşa nümayiş olunacaq. Tamaşa Xalq artisti Vidadi Həsənovu
18 dekabrQəzənfər Abbasov: "...Özlərini pis günə qoyublar"
Əməkdar artist Babək Niftəliyev xanəndələrin geyimini tənqid edib. Xanəndə tədbirlərdə muğam ifaçılarının idman tərzində səhnəyə çıxmasının əleyhinə olduğunu bildirib:. "Dövlət tərəfindən milli musiqimizə böyük diqqət ayrılıb. Beynəlxalq müsabiqələrə ev sahibliyi edirik. Biz tələbələrlə danışand
31 oktyabrMəşhur serialda "Tərəkəmə" oynadılar - Video
Məşhur türk serialı "Veliaht"ın 13-cü bölümündə "Tərəkəmə" səsləndirilib. "Qafqazinfo" xəbər verir ki, bu, sosial şəbəkələrdə azərbaycanlılar tərəfindən maraqla qarşılanıb. Belə ki, həmin səhnədə ekran işinin əsas obrazlarından olan və serialda qardaş kimi təqdim edilə
13 dekabrƏməkdar artistə ağır itki
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktyoru, Əməkdar artist Nofəl Vəliyevə ağır itki üz verib. Qaynarinfo xəbər verir ki, bu barədə sənətşünas Turan Etibaroğlu məlumat verib. O bildirib ki, aktyorun anası Rəfiqə xanım vəfat edib. Allah rəhmət eləsin!
27 noyabr